Diskret riyaziyyat.
Tədris ili: 2009-2010
Syllabus
Müəllim: i.e.n, dosent Məmmədov F.C. ......................
İş ünvanı: ...........................................................................
İş saatları: ...........................................................................
İş tel. N: ...........................................................................
E- mail: ……………faxraddin1028@rambler.ru.......……...
Dərs günləri: ………………………………………………...
Dərs saatı: ………………………………………………….
Dərsin keçirildiyi ünvan: ………………………………………
Dərsliklər:
-
Андерсон Дж.А. «Дискретная математика и комбинаторика» М. 2003.
-
Алексеев В.Б. «Лекции по дискретной математике.» М. 2002.
-
Белоусов А.И., Ткачев С.И. «Дискретная математика» М. 2004.
-
Нефедов В.Н., Осипова В.А. «Курс дискретной математики» М. 1992.
-
Гаврилов Г.П., Сапоженко А.А. «Сборник задач по дискретной математики» М. 1992.
-
Яблонский С.В. «Введение в дискретную математику» М. 2001.
-
Баврин И.И. «Дискретная математика» М. 200?.
-
Просветов Г.И. «Дискретная математика. Задачи и решения» М. 2008.
-
Набебин А.А. «Логика и Пролог в дискретной математике» М. 1996.
-
Mizrahi & Sullivan «Finit Mathematics 7 th Edition An Applied Approach» USA, 1996.
Fənnin təsviri:
Bir sıra ixtisasların tədris proqramına daxil olan bu kurs aşağıdakı mözüları əhatə edir:
Riyazi məntiq: Çoxluq. Bul funksiyaları. Normal formalar, onların minimallaşması. Qoşma funksiyalar. Sabiti dəyişməyən funksiyalar. Xətti funksiyalar. Monoton funksiyalar. Post teoremi. Kontakt sxemlər. Mülahizələrin hesablanması. Nəticə alma qaydaları. Predikatlar məntiqi (məntiqdə: mühakimə obyektini-subyekti müəyyən edən anlayış). Alqoritm. Hesablanan funksiyalar. Türinq maşını. Normal Markov alqoritmləri.
Cəbri sistemlər və kodlaşdırma nəzəriyyəsi: İnikas. Münasibət. Riyazi induksiya prinsipi. Bölünmə. Müqayisə. Çoxhədli. Qrup, halqa, sahə. Əvəzetmə. Rekurent münasibətlər. Kodlaşdırma. Heminq kodu. Hofman kodu.
Kombinatorika: Yerləşmə, yerdəyişmə, kombinasiya. Təkrar olunma. Hyuton binomu. Daxil etmə və xaric etmə düsturu.
Qraflar nəzəriyyəsi: Qraflar nəzəriyyəsi əsas anlayışları. Ən qısa yolun tapılması məsələsı. Minimal məsafəli komunikasiya şəbəkəsinin qurulması. Maksimal axının müəyyən edilməsi məsələsi. Vahid orta məsələsi. Əhatə etmə məsələsi. Kommivoyaj məsələsi. Vətər və sərhədlər məsələsi. Şəbəkə formasında nəqliyyat məsələsi. Xətti yığıcı xəttinin tarazlaşdırılması. Təyinat məsələsi. Eyler dövrləri. Qrafların rənglənməsi
Fənnin məqsədləri:
I. Fənnin tədrisinin sonunadək aşağıdakıları öyrənəcək:
II. Fənnin tədrisi nəticəsində öyrənilənlər yuxarıda sadalanan anlayışları və teoremləri bilməli və aşağıdakıları bacarmalıdır:
Fənnin metodologiyası:
Diskret riyaziyyat kursу mühazirə və məşğələ dərslərində tədris olunur. Nəzəri materialların izahı konkret misallarda şərh edilir. Tələbələrə məşğələ dərslərində nümunəvi misalları həll etdirilir və möhkəmlındirmə aparılır. Tələbələrin sərbəst hazirlaşmaları üçün ev tapşırıqları verilir.
Dərs siyasəti:
Dərsdən qalma. Dərsdən qalma tarixləri və məhdudiyyətləri ilə əlaqədar AU-nun Akademik Təqviminə istinad edin. Akademik Təqvim AU-nun kataloqunda və veb-saytında yerləşdirilib (www.au.edu.az).
Akademik vicdansızlıq. Mənbəni göstərmədən internet saytlarından və digər elektron sənədlərdən kəsib yapışdırma plagiatızm, aldadtma forması və akademik ədalətin pozulması sayılır. Bunun ardınca nizam-intizam bərpasını tələb edən qaydalar tətbiq edilir (AU kataloqunda və veb-saytda təfsilat göstərilir).
Fənnin və müəllimin dəyərləndirilməsi. Tələbələr anonim sorğular və tələbə-pool vasitəsiylə semestrin sonunda fənnin və müəllimin dəyərləndirməsini aparır. Bu zəruri və şəffaf bir prosedurdur.
Dərsə davamiyyət:
Diskret riyaziyyat kursу üzrə dərsə davamiyyətə diqqət ciddidir. Bu məsələdə istisnaları müəllimdən xahiş etməyin. Dərsə 05 dəqiqə gecikmə qayıb, iştirak etməmək sayılır və yekun qiymətə təsir edir. İştirak etməmək üçün üzürlü (hüquqi) səbəblər bunlardır: 1) xəstəlik (həkimdən arayış təqdim olunmalıdır); 2) ailədə bədbəxt hadisənin baş verməsi; 3) dini bayramlar. İş tələblərinə görə dərsdən qalma üzürlü qayıb sayılmır. Üzürlü qayıblar qayıb həddini aşmamalıdır. Tələbə davamiyyət vərəqini imzalamağa borcludur. Fənlərdə qayıbların həddi 15% dir. (həftədə 1 dəfə olan dərslərdə 2, həftədə iki dəfə olan dərslərdə 4, həftədə 3 dəfə olan dərslərdə 6 qayıb). Bu həddi keçəndə yekun qiymətdən ballar çıxılacaq (həftədə bir dəfə olan dərslərdə hər qayıba görə 2, həftədə 2 dəfə olan dərslərdə hər qayıba görə 1, həftədə 3 dəfə dərslərdə hər qayıba görə 1). Müəyyən bir dərsə gəlmədikdə, gecikmə halı olduqda və ya tez çıxma haqqında nəzakət əlaməti olaraq, müəllimə əvvəlcədən xəbər verilməlidir. Müəlliminiz iştirak etmədiyiniz dərs haqqında sizi məlumatlandırmağa borclu deyil. Bu zaman elektron poçt ünvanına və yaxud qrup yoldaşlarınıza arxalanın. Bundan əlavə, tələbə iştirak edə bilməyəcəyi imtahandan əvvəl müəllimi qabaqcadan xəbərdar etməlidir. Tələbə imtahanda iştirak etməmişdən əvvəl müəllim xəbərdar edilməyibsə, bu hal həmin imtahan üçün sıfır qiymətlə nəticələnir.
Sinif etiketi (ədəb qaydaları):
Dərsdə mövzudan kənar söhbətlər: dərsdə kənar söhbətlər tələbələrin fəal dinləmə və qavramasını çətinləşdirir. Başqalarına qarşı diqqətli olun, onların hüquqlarına hörmətlə yanaşın.
Dərsdə mühazirələrin yazılı qeydləri aparılmalı və məşğələdə həll olunan bütün missal və məsələlərin qeyduyyatı aparılmalıdır.
Diqqətsizlik: Dərs vaxtı başqa kitablar, qəzetlər oxumaq, nə də kompüterdə işləmək olmaz. Qeydlər əllə aparılmalıdır. Hər an qrup müzakirələrinə qoşulma gözlənildiyinə görə diqqətli olmaq tələb edilir. Bu tələbəyə materialı mənimsəməkdə kömək edir. Bütün mobil telefonlar dərs vaxtı söndürülməlidir. Əks təqdirdə bu gün ərzində bütün dərslərdən məhrumiyyətə və dəyərli balların itirilməsinə gətirib çıxarar.
Stolüstü kantlar: Müəllim oxuya bilməsi və mümkün qədər sizin adınızı öyrənməsi üçün kifayət qədər tünd və iri hərflərlə üzərində adınız yazılmı. Stolüstü kant düzəltməlisiniz. Hər bir dərsdə həmin kantı görünən yerə qoyun.
Tapşırıqlar siyasəti:
Gecikdirilmiş iş. Gecikdirilmiş iş qəbul edilməyəcək. Bununla bağlı heç bir xahiş eşidiməyəcək.
Əlavə imtahanlar:
İmtahandan əlavə həmin fəndən hər hansı bir imtahan təşkil edilmir, yekun imtahandan sonra və ya əvvəl kiminsə balını artırmaq üçün qətiyyən əlavə layihələr müəyyən olunmur.
Təqdimatlar: Təqdimatlar baş tutmadıqda onların əvəzinə təqdimat keçirmək yolverilməzdir.
Tələbələrin tərcümeyi-hal blankı:
Bütün tələbələrdən ikinci dərsə kimi bu fənn üçün tərcümeyi-hal blankını doldurub müəllimə təqdim etmələri tələb olunur. Blanka bir fotoşəkil yapışdırılmalıdır. Əgər blankı doldurmasanız “Semestr ərzində faydalı aktivlik” başlığı altındakı ballarınızdan 2 bal çıxılacaq.
Tələbələr qarşısında qoytulan tələblər: tələbələr gündəlik tapşırıqları yerinə yetirməli, dərslərdə aktiv iştirak etməli, nümunəvi hesabatları vaxtında təhvil verməli, aralıq və yekun imtahanlarını müvəffəqiyyətlə verməlidirlər.
Fənnin əsas tələbələri:
İmtahan: Fənn üzrə imtahan semestr ərzində iki dəfə (aralıq 20% və final 40%) keçirilir.
Kuizlər - qısa testlər və misallar, yaxud açıq cavab tələb edən suallar. Kuizi ötürənlərə onları yenidən təşkil etmək mümkün deyil. Ötürülmüş bu cür testlər (0)-la qiymətləndirilir. Belə testlər dərs saatının istənilən vaxtında verilə bilər. Semest ərzində kuizlərə ayrılan bal 40%-ni təşkil edir. Yəni semest ərzində test və açıq cavab tələb edən suallarla kiçik imtahanlar keçirilir (aralıq və final imtahanlarından əlavə) və bunların hər birisi 0-1 balla qiymətləndirilir (0;0,1;0,2;0,5;0,8;1).
Başqa ev tapşırıqları. Müəllim dərsə hazırlıqda və dərslərdə aktiv iştirakda sizə yardımçı olacaq ev tapşırığı verə bilər.
Hər bir məşğələ dərsi üçün ev tapşırıqları yerinə yetirilir. Ev tapşırıqları nəzəri materiallardan və məsələ misal həllindən ibarətdir.
İmtahan nəticələrinini qiymətləndirilməsi:
İmtahanın nəticəsində tələbə maxsimum 100 bal yığa bilər və bu aşağıdakı düsturla hesablanır:
Y = A + İ + F
I - imtahan balı
A – aralıq imtahanının balı
F - fəalliq (Kuizlər, ev tapşırıqları) - 40 bal
Y – yekun imtahan balı
Cəmi: 100 bal
Qiymətləndirmə
İstiqamət
|
Ballar
|
Faiz
|
İmtahan (aralıq)
|
20
|
20 %
|
İmtahan (final)
|
40
|
40 %
|
Kuizlər, ev tapşırıqları
|
40
|
40 %
|
Cəm:
|
100
|
100 %
|
Ballarla qiymətləndirmə
|
AKTS qiyməti və faizi
|
A = 94 - 100
|
A = 96 - 1000 (10%)
|
A - = 90 – 93
|
B + = 87 – 89
|
B = 86 – 95 (25%)
|
B = 84 – 86
|
B - = 80 – 83
|
C+ = 77 – 79
|
C = 74 – 85 (30%)
|
C = 74 - 76
|
C - = 70 – 73
|
D + = 67 – 69
|
D = 64 - 73 (25%)
|
D = 64 – 66
|
D - = 60 – 63
|
F = 59
|
E = 60 – 63 (10%)
|
|
Fx = 17 - 59
|
F = 0 - 16
|
1-ci dərs (mühazirə). Mövzu: Məntiq və məntiqi ardıcıllıq
Dərsin məqsədi: Məntiq və məntiqi ardıcıllığın mahiyyəti və onu öyrənmənin əhəmiyyəti
Ədəbiyyat: Mizrahi & Sullivan «Finit Mathematics 7 th Edition An Applied Approach» USA, 1996.
-
Mülahizə
-
Doğruluh cədvəli
-
İmlikasiya, Şərtsiz (zəruri və kafi) əlaqə, Tavtalogiya
-
Argument
Dostları ilə paylaş: |