°
-dən +55
°
C-yə qədər temperaturunda istismar üçün
nəzərdə tutulmuş müxtəlif tipli şinlər istifadə olunur.
Sxem 5.8. Şinlərin təsnifatı
Şəkil 5.20. Şinlərin təsnifatı
Avtomobildə qurlaşdırılan şinlər konstruksiyasından və texniki vəziyyətindən asılı olaraq, avtomobilin
əyləc yolu 10-15 % yanacaq sərfi isə 4-7 % arta bilər.
Kameralı şin - şin və kameradan ibarətdir. Yük avtomobilinin şinlərində çənbər lenti də
kameranı zədələrdən, təkərin çənbər və şinin bortlarına sürtünməsindən qoruyur. Lent rezin
profillənmiş hazırlanır, halqa formasında olur. Onun daxili diametri təkərin diametrindən bir qədər çox
olur. Şin kamerada olan sıxılmış havanın təzyiqini qəbul edir, zədələrdən qoruyur və yolla ilişməsini
təmin edir. Şinin karkasının hazırlanması üçün əsas material rezin və xüsusi parça - korddur. O
protektordan, yastıq təbəqədən, karkasdan, yan böyürdən çiyinlərdən, daxili qatdan və nüvəli
bortlardan ibarətdir. Karkas - şinin əsasını təşkil edir, onun bütün hissələrini bir yerdə birləşdirir,
yüksək elastikliyə və möhkəmliyə malik olaraq şinə lazımı möhkəmlik verir. Protektor - yüksək
möhkəmlikli qalın qat olub, şinin yolla ilişməsini təmin edir və karkası zədələrdən qoruyur. Protektor
möhkəm yeyilməyə davamlı rezindən olub, şinin təyinatından asılı olaraq dəyişən naxışlara malikdir.
Yəni yolla kontakta girən naxışlar "qaçış cığırı" adlanır. Breker - karkas ilə protektor arasında
rezinləşdirilmiş kord təbəqələrindən ibarət xüsusi zolaqdır.
92
Kamerasız şinin kamerası olmur, quruluşca oxşardır, xarici görünüşü də fərqlənmir. Xüsusiyyəti,
onun daxilində sıxılmış havanı saxlayan 2-3 mm qalınlığında hava keçirməyən hermetik qatın olmasıdır.
Kameralı şinlə müqayisədə, kamerasız şinlər daha təhlükəsizdir. Kütləsi az olur, hərəkət zamanı isə az
qızır, uzunömürlüdür.
Dostları ilə paylaş: |