a) b)
Şəkil 5.21. minik (a) və yük (b) avtomobilləri üçün şinlər
● Şinlərin tipləri və profilinə uyğun markalanması
Şinlər aşağıdakı kimi təsnif olunur: 1) Qarış zolağının naxışının tipinə görə: yönəlmiş simmetrik və
asimmetrik; 2) Yol örtüyünün tipinə uyğun olaraq: yol universal, artırılmış keçicilikli və karyer; 3)
İstifadə olunma fəsli üzrə: yay, qış və bütün mövsümlü.
Protektorun naxışları onun elementlərinin bir-birinə və şinin fırlanma istiqamətinə nəzərən müəyyən
yerləşməsi ilə alınır. Yönəlmiş naxışlar, yönəlməmiş naxışlarla müqayisədə kontakt izindən suyu, maye
palçığı daha effektiv kənarlaşdırır. Həmçinin hərəkət zamanı şinin yaratdığı səs-küyü azaldır. Assimetrik
naxışlı şinlər isə sol, sağ təkərlər üçün müxtəlif şinlər tələb olunur, daxilə və xaricə istiqamətlənməli
olduğu mütləq qeyd olunur. Universal şinlər keyfiyyətli yollarda iş üçün nəzərdə tutulur. Artırılmış
keçicilikli şinlər ağır yol və yolsuzluq şəraitlərində işləmək üçündür. Bərk örtüklü yollarda şinlərin
yeyilməsi, sürətlənir. Səs-küyü artır, avtomobilin hərəkət səlisliyi və dəyanətliyi pisləşir. Karyer şinləri
- karyerdə ağac tədarükü məntəqələrində və s. işləmək üçün nəzərdə tutulur. Onlar daha enli
çıxıntılara, daha dar qanovlara malidir. Yay şinlərinin əsas təyinatı yolla maksimal ilişməni, hərəkət
təhlükəsizliyini təmin etməkdir. Rezinin sərtliyi çox olur. Qış şinləri isə yumşaq sortlu kauçuklardan
hazırlanır. Quru, bərk örtüklü yollarda, xüsusən yay dövründə hərəkət etdikdə qış naxışlı protektorlu
şinlər sürətlə yeyilir. Onların diyirlənmə müqaviməti böyük olur və səs -küy salır. Sürətli
şinlər yüksək dinamikli avtomobillərdə yerləşdirmək üçün yaradılıb, yəni belə şinlər daha yüksək ilişmə
xüsusiyyətlərini və idarəolunmanın daha yüksək səviyyəsini təmin etməlidir.
Şinlərin yeyilməsinin indikatoru (çıxıntıları) minik avtomobilləri üçün 1,6 mm, yük avtomobilləri üçün
isə 1 mm olur. Bəzi qış şinlərində iki müxtəlif yeyilmə indikatoru olur: yay və qış istismarı üçün. Şinlərin
profili formasına görə enli, adi, alçaq, çox alçaq, tağlı və pnevmodiyircək olur. Enli profilli və tağlı şinlər
keçicilik qabiliyyətini yüksəltmək məqsədiylə yük avtomobillərində istifadə edilir. Belə bir şin cütləşmiş
şini əvəz edə bilir. Şinin əsas ölçüləri çənbərə montaj olunmuş və doldurulmuş şinin yüklənməmiş
halda profilinin eni B, profilin hündürlüyü H, xarici diametri D, şinin çənbərə oturdulma diametri d,
şinin seriyası (h) - profilin hündürlüyünün onun eninə nisbətinin faizlə ifadəsidir. Əgər seriya yoxdursa
bu nisbət 80 % və daha çoxdur. Avtomobil şinlərinin əsas xarakteristik göstəriciləri onların yan
böyründə göstərilir.
● Qabaq təkərlərin qurulma bucaqları
Qabaq idarəolunan təkərlərin qurulma bucağının məqsədi hərəkət zamanı avtomobilin
dəyanətliyini artırmaq, idarəolunmanı yüngülləşdirmək, şinlərin yeyilməsini azaltmaqdır. Qabaq
təkərlər bir-birinə paralel deyil, müəyyən bucaq altında yerləşdirilir.
Təkərin şaquli oxa nəzərən vəziyyəti - təkərin çəpliyi, üfüqi oxa nəzərən vəziyyəti isə yaxınlaşma
adlanır. Təkərlər çəplik və yaxınlaşma ilə yerləşdirildiyindən həm müsbət, həm də mənfi olur. Qabaq
intiqallı avtomobillərdə təkərlər mənfi yaxınlaşma ilə yerləşdirilir. Avtomobilin təkərlərinin çəpliklə
yerləşdirilməsinin bir çox səbəbləri var. Təkər şaquli müstəviyə nəzərən (çəplik bucağı 0 olur, əgər
perpendikulyardırsa) bucaq altında diyirlənirsə, şinlərin yolla ilişməsi azalır. Kontakt izi isə öz formasını
dəyişir, bu halda hərəkət stabilliyini pozmağa çalışan yan qüvvələr yaranır. Çəpliyin dəyişməsi kuzov
yana əyildikdə təkərin şaquliliyini saxlamaq üçün çəpliyin əksinə yönəltməli, döngələrdə təkərin ilişmə
93
keyfiyyətini artırmalı və idarə olunma qabiliyyətini yüksəltməlidir. Belə mailliliyin olması sürətdən asılı
olmayaraq 6
Dostları ilə paylaş: |