Təlim nəticəsi 5: Avtomobilin hərəkət hissəsinin ümumi quruluşunu bilir və müəyyən



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə10/15
tarix08.01.2022
ölçüsü0,74 Mb.
#113733
1   ...   7   8   9   10   11   12   13   14   15
avtomobillarin-umumi-qurulusu(1)(2)

Avtomobildə yerləşməsinə görə

  

  



 

 

Yerləşdirilən təkərlərin tipinə görə

  

 

                 



Qabaq

  

 



Aparan

  

 



Arxa

  

 



 

İdarə olunan

  

 



 

Aralıq

  

 



 

Kombinə edilmiş 

  

Saxlayan

  

 

Sxem 5.6. Körpülərin təsnifatı  



  

Şəkil 5.12. Kombinə edilmiş körpülər  

  

Kombinə edilmiş körpülər aparan və idarə olunan körpülərdir. Mühərrikdən burucu momenti 



ötürülən aparan təkərli körpü aparan körpü  adlanır. Avtomobildə aparan körpü   yalnız  qabaq, orta 

,arxa və ya eyni zamanda bütün körpülər ola bilər. Asılı  asqılı aparan körpü sərt içiboş tirdir.  Onun 

sonluqlarına  yastıqlar  üzərində  aparan  təkərlərin  topları,  içərisində  isə  baş  ötürmə,  diferensial  və 

yarımoxlar yerləşdirilir.  

  

  

Şəkil 5.13. Yük avtomobilinin sökülməyən arxa körpüsü  



  

● Körpülərin tipləri  

Avtomobillərdə aparan körpülərin müxtəlif tipləri vardır: Asılı asqılı aparan körpü, qeyri asılı 

asqılı  aparan  körpü,  sökülən  körpü,  sökülməyən  ştamplanmış  –  qaynaq  olunmuş  aparan  körpü, 




88  

  

sökülməyən  tökmə  üsulu  ilə  hazırlanan  aparan  körpü.  Konstruksiyasına  görə  körpülərin  tirləri  (asılı 



asqılı) sökülən və ya sökülməyən; hazırlanma üsuluna görə isə möhürlənmiş və  ya möhürlənməmiş 

olur.  


Sökülən körpünün karteri döyülə bilən çuqundan tökmə üsulu ilə hazırlanır. O, ayrılma  yeri 

uzununa  şaquli  müstəvidə  olan,  öz  aralarında  birləşdirilmiş  iki  hissədən  ibarətdir.  Karterin  hər  iki 

hissəsi boğazlığa malikdir. Onlara yarımoxların polad boru şəkilli örtüyü preslənir, ressorların dayaq 

sahələri və təkər əyləc mexanizmlərinin dayaq disklərinin bərkidilməsi üçün flanslar qaynaq olunur.  

Sökülən  aparan  körpülər  minik  avtomobillərində,  kiçik  və  orta  yük  götürmə  qabiliyyətli  yük 

avtomobillərində istifadə olunur.  



Sökülməyən ştamplanmış  - qaynaq olunmuş aparan körpünün orta hissəsi üzük  formasında 

artırılmış bütöv tir şəkilində hazırlanır. Onun en kəsiyi boru şəklində olub, iki uzununa müstəvi üzrə 

qaynaq  olunmuş,  ştamplanmış  polad  hissədən  ibarətdir.  Körpünün  orta  hissəsinə  boş  ötürmənin 

karteri,  tirinə  asqının  yaylarının  dayaq  fincanları,  əyləc  mexanizmlərinin  dayaq  disklərinin 

birləşdirilməsi  üçün  flanslar,  asqı  detallarının  bərkildilməsi  üçün  kronşteynlə  qaynaq  olunub.  Bu 

körpülər  möhkəm  və  sərt  olmaqla  sökülən  körpülərlə  müqayisədə  onların  kütləsi  və  hazırlanma 

qiyməti daha azdır.  

  

Şəkil 5.14. Sökülməyən ştamplanmış - qaynaq olunmuş aparan körpü  



 

 

Sökülməyən tökmə üsulu ilə hazırlanan aparan körpü döyülə bilən çuqundan və ya poladdan 



hazırlanır və en kəsiyi düzbucaqlı şəklindədir. Yarımox qolların legirlənmiş poladdan borular preslənir, 

onların sonlarına təkər topları yerləşdirilir. Flanslara əyləc mexanizmlərinin dayaq diskləri bərkidilir. 

Sökülməyən  tökmə  üsulu  ilə  hazırlanan  aparan  körpülər  böyük  yük  götürmə  qabiliyyəti 

avtomobillərində  tətbiq  olunur.  Onlar  sərtliyə  və  möhkəmliyə  malik  olarsa  da,  kütləsi  və  qabarit 

ölçüləri  böyük  olur.  Lakin  müqayisədə  xidmət  üçün  daha  rahatdır,  yəni  baş  ötürmə  və  diferensiala 

xidmət  göstərərkən  körpünü  sökməyə  ehtiyac  olmur.  Müasir  minik  avtomobillərində  arxa  aparan 

körpülər qeyri-asılı asqılarla təchiz edilir.  

  

● Körpülərin növləri  



İdarə  olunan  aparılan  (mühərrikdən  burucu  moment  ötürülməyən)  təkərli  körpülər  idarə 

olunan  körpü  adlanır.  Belə  körpülər  oynaqlarında  dönmə  sapları  və  birləşdirici  elementlər 

yerləşdirilmiş  tirdir.  İdarə  olunan  körpü  əksər  avtomobillərdə  qabaq  körpü  olur.  Onun  əsası 

ştamplanmış tir və ya çərçivəaltı - alt çərçivə ola bilər. Təkərləri eyni zamanda həm aparan və həm də 

idarə  olunan  körpülər  kombinə  edilmiş  körpü  adlanır.  Kombinə  edilmiş  körpü  məhdud  keçicilik 

qabiliyyətli qabaq intiqalli minik avtomobillərində qabaq körpü kimi istifadə olunur. Kombinə edilmiş 

körpünün  yarımox  örtüyünə  üzərində  çiv  barmaqları  olan  oynaqlı  dayaq  bərkidilir  və  dönmə 

yumruqları (sapfalar) yerləşdirilir. Dönmə yumruqlarının içərisində kardan oynağı yerləşir ki, onlardan 

aparan və idarə olunan təkərlərə  ötürmə verilir.  

İdarə olunmayan aparılan təkərli körpülər saxlayan körpülər adlanır. Saxlayan körpülər qoşqu 

və  yarım  qoşqularda,  çoxoxlu  yük  avtomobilləri  (şəkil  5.15)  və  həmçinin  qabaq  intiqalli  minik 

avtomobillərində  arxa  körpü  kimi  istifadə  olunur.  Saxlayan  körpülər  sonluqlarına  yastıqlar  üzərində 

təkərlər yerləşdirilmiş tirdən ibarət olub yalnız şaquli yükü və əyləc qüvvəsini çərçivədən (kuzovdan 

avtomobilin təkərlərinə örtülür) .  

  

Şəkil 5.15. Yük avtomobilin arxa aparılan körpüsü  

  



89  

  

5.3.2 Tələbələr üçün fəaliyyətlər  

•  Müxtəlif  kostruksiyalı  3  müxtəlif  çarkada  avtomobilin  körpülərinin  əlamətinə  görə 

təqdimatını hazırlayın.   

•  Aparan körpülərin tiplərinə görə 2 müxtəlif avtomobil adı yazın və onları müqayisəli izah 

edin.  

•  İdarə olunan və idarə olunmayan körpüləri olan avtomobillərin xüsusiyyətləri haqqında 

təqdimat hazırlayın.  

  

5.3.3. Qiymətləndirmə  

Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:   




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin