Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
113
Şagirdə kitab, avtoqələm, fotoaparat, musiqi aləti suvenirlər, şahmat taxtası və s. mükafat
verilə bilər. Belə mükafatların verilməsində məqsəd həm şagirdləri, həm də kollektivi daha
səylə, həvəslə işləməyə ruhlandırmaqdır.
Müvəffəqiyyət qazanan şagirdin tərifnamə ilə təltif edilməsi, hər hansı bir şagirdin
daha çox həvəs
göstərdiyi fənni öyrənməsinə, məşğələlərdə fəal iştirak etməsinə şərait
yaradır.
Məktəblərdə cəzanın bir sıra vasitələrindən istifadə edilir. Məzəmmət etmək və ya
danlamaq cəzanın ən yüngül formasıdır. Müəllim pis hərəkətinə görə şagirdi danlayır,
həmin hərəkətdən narazı qaldığını bildirir. Bu kömək etmədikdə şagird dərsdən və ya hər
hansı bir tədbirdən kənarlaşdırılır. Şagirdin hərəkəti kobud, intizamsız xarakter aldıqda ona
əvvəlcə şifahi,
bu davam edərsə, yazılı töhmət verilir. Dərsdən sonra şagird məktəbdə
saxlanılır, icra olunmamış tapşırığın icrası tələb olunur.
Şagirdin valideyninin məktəb şurasına çağırılması kimi cəza vasitəsindən də istifadə
olunur. Normalara uyğun gəlməyən hərəkətlərinə görə şagird valideyni ilə birlikdə məktəb
şurasına çağırılır. Şagirdin digər sinfə və ya məktəbə köçürülməsində məqsəd şagirdi ona
təsir edən amillərdən,
mühitdən uzaqlaşdırmaqdır. Şagird
müəllimlərə və məktəb
rəhbərlərinə müntəzəm tabe olmadıqda və intizamı kobud surətdə pozduqda, onun
haqqında ən ağır cəza vasitəsi olan məktəbdən xaric edilməsi tətbiq edilir.
Tərbiyə metodlarından istifadə edərkən şagirdlərin yaş və fərdi xüsusiyyətləri nəzərə
alınmalı, uşaq kollektivinə və onun tərbiyəvi gücünə istinad edilməli, tərbiyə metodlarının
tətbiqində isə müəyyən hədd,
obyektivlik, ədalətlilik və təhsilalanların hüquqları
gözlənilməlidir.
İnsan şüurlu məxluq olduğu üçün onun bütün fəaliyyəti, davranışı şüurla tənzim
olunur. Buna görə də ilk
növbədə şüura təsir göstərmək, onda əxlaqi təsəvvürlər, inam,
əqidə formalaşdırmaq lazım gəlir.
Tərbiyə şüurla davranışın vəhdətinə əsaslanır. İnsana əxlaqi normaları izah etməklə
yanaşı, onun bu normalara uyğun davranması, müsbət adətlərə yiyələnməsi də vacibdir.
Tərbiyə keyfiyyətlərinin böyük qismi adətlərlə bağlıdır. Məsələn, intizam, mədəni davranış,
səhiyyə
-
gigiyenik vərdişlər, həyati tələbat və bacarıqlar adət nəticəsində formalaşır.
Xüsusən böyük yaşlarda şüura təsir göstərmək imkanı məhdud olan dövrdə tərbiyə işində
adətlər böyük rol oynayır. Deməli, tərbiyə işində insanın iradəsini möhkəmlətmək, onda
müsbət adətlər yaratmaq və bu yolla düzgün davranış təcrübəsi formalaşdırmaq zəruridir.
Tərbiyə metodlarının müəyyən qrupu məhz bu məqsədə xidmət edir.
Tərbiyə işində insanın hissi aləmi də mühüm rol oynayır. Rəğbət
-
nifrət, sevinc
-
kədər,
xeyirxahlıq
-
bədxahlıq,
hümanizm
-
eqoizm, həzz
-
ikrah hissləri davranış və rəftarı
stimul
laşdırır. Uşaqlıqdan insan qəlbinə müsbət hisslər aşılanmazsa, orada boşluq yaranar
və çox vaxt bu boşluğu mənfi hisslər tutur. Nəticədə insan qəlbində bədxahlıq, qəddarlıq,
laqeydlik, habelə bir çox nəfs xəstəlikləri
-
paxıllıq, tamahkarlıq, kin, qeybət, acgözlük yuva
salır və insanı xoşagəlməz yollara çəkir. Bu mənada tərbiyə metodları həm insanın psixi
-
şüur fəaliyyətinin, həm davranış, rəftar və ünsiyyət fəaliyyətinin təşkilini,
həm şüur və
davranışı stimullaşdırmağı, həm də prosesə nəzarəti təmin etməlidir.