TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə47/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   43   44   45   46   47   48   49   50   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
48 
1.4. Təlim zamanı interaktivliyi və inteqrativliyin xüsusiyyətlərini izah edir
 
Təhsilin inkişafının hazırkı mərhələsində ümumtəhsil məktəblərində interaktiv təlim 
üsulları geniş tətbiqini tapmışdır. Bu təlim forması dövrün məktəblilərinin psixoloji 
xüsusiyyətlərinə tam uyğundur. Belə təlim prosesi şagirdlərin fəallığını artırır, müstəqil fikir 
söyləməsini təmin edir, bilikləri müstəqil olaraq tədqiqat aparmaqla əldə edilməsi şəraitini 
yaradır.
1.4.1. İnteraktiv təlimin xüsusiyyətləri
 
“İnteraktiv” “qarşılıqlı əlaqə”, “anlaşma”, “əməkdaşlıq”, “dialoq” deməkdir. Bu 
prosesdə hər iki tərəfin fəallığı mühüm yer tutur. Bu fəallaşma adi və normal fəallaşma kimi 
deyil, çevik və dinamik fəallaşma kimi başa düşülür. Deməli, “interaktiv” sözü pedaqoji 
prosesin son dərəcə dinamik fəallaşdırılması kimi başa düşülməlidir. Bu prosesdə hər bir 
şagirdin öz müstəqil fikri, düşüncəsi, ideyası olur və zəif şagirdlər də fəallaşır. Bütün bunlar 
da, şübhəsiz, təlim keyfiyyətinin yüksəlməsinə, təkmilləşməsinə bilavasitə təsir göstərir, 
şagirdlərin mənimsəmə keyfiyyətini artırır.
İnteraktiv təlimə tədrisin və idrak fəaliyyətinin 
təşkili və idarə olunması metodlarının məcmusu kimi baxmaq olar.
İnteraktiv təlim üçün aşağıdakı cəhətlər səciyyəvidir:

Müəllim tərəfindən şüurlu surətdə (iradi olaraq) idraki problem situasiyasının 
yaradılması; 

Problemin həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin 
stimullaşdırılması;

Şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və 
mənimsənilməsi üçün şəraitin yaradılması. 
Yeni yanaşmanın mahiyyəti ondadır ki, təlim şagirdlərin yaddaşının təkcə yeni elmi 
biliklərlə (informasiya ilə) zənginləşdirilməsinə deyil, həm də təfəkkürün müntəzəm inkişaf 
etdirilməsi əsasında daha çox
biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi, ən 
mühüm bacarıq və vərdişlərin, şəxsi keyfiyyət və qabiliyyətlərin qazanılmasına yönəlir. 
Bu 
zaman şagirdlər müəllimin rəhbərliyi altında, xüsusi seçilmiş, asan başa düşülən və yadda 
qalan, ən vacib təlim materialının öyrənilməsi prosesində fakt və hadisələrin səbəb
-
nəticə 
əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi, nəticə çıxarmağı, mühüm və dərin 
ümumiləşdirmələr aparmağı öyrənirlər.
İnteraktiv təlim prosesində şagirdin mövqeyi 
– 
“kəşf edən”, “tədqiqatçı”, “araşdırıcı” 
mövqeyidir. O, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən, bunları müstəqil tədqiqat 
prosesində həll edir. Şagirdlər təlim prosesində passiv dinləyici deyil, fəal düşünən, danışan, 
fikir söyləyən, münasibət bildirən subyekt, təlim prosesinin tam hüquqlu iştirakçısı, 
tədqiqatçısı kimi çıxış edir, bilikləri fəal axtarış və kəşflər prosesində mənimsəyirlər.
Müəllimin mövqeyi 
– 
fasilitator ("bələdçi", "aparıcı") daha çox istiqamətverici 
mövqeyindədir. O, problemli vəziyyətləri planlı və istiqamətlənmiş surətdə təşkil edir, 
şagirdlər qarşısında tədqiqat məsələlərinin meydana çıxmasına şərait yaradır və onların 
həllinə metodik kömək göstərir.



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin