Tərcüməçidən



Yüklə 2,45 Mb.
səhifə6/30
tarix17.01.2017
ölçüsü2,45 Mb.
#468
1   2   3   4   5   6   7   8   9   ...   30

11) Peyğəmbər (s.a.s) buyurmuşdur: “Əhli beytimamlarından qabağa keçməyin ki,həlak olarsınız və onlardan geri qalmayın ki,həlak olarsınız. Onlara öyrətməyin, çünki onlar sizdən daha çox agahdırlar.” (Məktub 10)

Bu sözləri Təbərani “Mucəm əl kəbir” (№4971) kitabında Zeyd ibn Ərkamdan Səqaleyn hədisinə əlavə olaraq nəql etmişdir.əl Heysəmi “Məcmau zəvaid” (№14695)-də qeyd edir: “Sənəddə zəif ravi olan Hakim ibn Cubeyr vardır.”

“Hakimdən bunu Bukeyr əl Qənavi rəvayyət etmişdir ki,o şiə və güclü olmayan ravi olmuşdur.” (“Mizanul itidal” 3/399/№4233)

Albani rəvayyəti “Silsilə əhadis əd daifə” (№4914)-də zəif adlandırmışdır.



12) “Bizim Əhli beytimizi sevin! Bizi sevən kəs (qiyamətdə) Allah ilə görüşdükdə, bizim köməyimizlə behiştə daxil olacaq və canım əlində olana and olsun ki,bizim haqqımızı tanımayana əməlləri fayda verməyəcəkdir.” (Məktub 10)

Təbərani rəvayyəti “Mucəm əl ausat” (№2230)-da nəql etmişdir. əl Heysəmi “Məcmau zəvaid” (№15007)-də yazır: “Sənəddə Leys ibn Əbu Suleym və başqaları vardır.”

“Leysdən olan rəvayyəti Qeys ibn Rabiə,ondan Hüseyn ibn Əşkar,ondan da Hərb ibn əl Həsən nəql etmişdir ki,bunların hamısı zəifdir.” (“Mizanul itidal” 1/469/№1768)

Albani bu rəvayyəti “Silsilə əhadis əd daifə” (№4916)-də münkər adlandırmışdır.

“İbn Hacər də qeyd etmişdir ki,rəvayyət zəifdir.” (“Səvaiqul-Muhriqə” 2/498)

13) “Ali-Muhəmməd (s.a.s)-i tanımaq oddan xilas olmaqdır. Ali-Muhəmməd (s.a.s)-i sevmək və ona məhəbbət bəsləmək sirat körpüsündən keçid vəsiqəsidir. Ali-Muhəmməd (s.a.s)-in vilayəti əzabdan qurtuluşdur.”(Məktub 10)

“Rəvayyət uydurmadır.” (“Silsilə əhadis əd daifə”№4917)

Kələbazi bunu aşağıdakı ravi silsiləsi ilə nəql etmişdir: Muhəmməd ibn Fədl,Muhəmməd ibn Sad Əbu Tibdən,o da Miqdad əl Əsvəddən. Muhəmməd ibn Fədl bu Atiyyə əl Mərvazidir ki,o mətruk ravidir.Onu yalanda Fələsi ittiham etmişdir.Əhməd deyir ki,onun rəvayyətləri yalan əhlinin nəqlləridir.İbn Hacər də “Təqrib”-də bu ravinin yalanda ittiham olunduğunu bildirir.

Bu rəvayyəti yazdıqdan sonra Əbdulhüseyn haşiyədə qeyd edir:

Aydındır ki, onları tanımaqdan məqsədd konkret şəxsləri tanımaq,onların adlarını,Peyğəmbər (s.a.s) övladları olmasını bilmək deyil. Çünki, Əbu Cəhl və Əbu Ləhəb də bunları bilirdilər.Əksinə, məqsədd budur ki, onlar Peyğəmbər (s.a.s)-dən sonra ixtiyar sahibləridirlər. Bu barədə Peyğəmbər (s.a.s) buyurdu: “Zamanının imamını tanımadan ölən şəxs cahiliyyət (İslamdan əvvəl zamanda yaşayan) ölümü kimi ölmüş olar.” Onların “məhəbbət və vilayət”dən məqsədd o vilayətdir ki, haqq əhli onu imamlar üçün lazım bilirlər.”

Qeyd olunan rəvayyətin Sünnə kitablarında əsası yoxdur.Rafizi müəlliflər yalandan bu hədisi İmam Müslim,Əhməd və başqalarının kitablarına aid edirdilər.İbn Teymiyyə “Minhəcus sünən” (1/110) kitabında bu mətnlə mövcud olan hədisin bilinmədiyini qeyd etmişdir.



14) “Qiyamətdə adam hələ yerindən tərpənməyə macal tapmamış, ondan dörd şey soruşulacaq: Ömrünü hansı yolda sərf etmiş, bədənini hansı yolda qocaltmış, var-yoxu hansı yolda xərcləmiş və bir də Əhli beytimizin məhəbbəti onda olmuşmu.” (Məktub 10)

Albani qeyd etmişdir ki,bu mətnlə olan rəvayyət uydurmadır.Rəvayyət İbn Abbas (r.a)-dən nəql olunur. əl Heysəmi “Məcmau zəvaid” (№18370)-də yazır: “Sənəddə Hüseyn ibn Həsən əl Əşkar adlı ravi vardır ki,o olduqca zəifdir.”



15) “Əgər insan bütün həyatı boyu namaz qılıb,oruc tutsa amma,Ali-Muhəmməd (s.a.s) ilə düşmənmilik etsə odda olacaqdır.” (Məktub 10)

Hədisi Təbərani “əl Kəbir” (№11412) kitabında,Hakim “Müstədrək” (№4712)-də nəql etmişdir.Hakim qeyd etmişdir ki,hədis Müslimin şərtlərinə görə həsən-səhihdir və onunla Zəhəbi razılaşmışdır.

Əhli Sünnədən olan heç kəs Əhli beytə kin bəsləməyib və bəsləmir.Onlara bağlılıq və hörmət dinin əsaslarındandır.

Şeyxul İslam “Vasitiyyə” kitabında yazır: “Əhli Sünnə Peyğəmbər (s.a.s)-in əhlini sevməlidir,onlara dəstək olmalıdır və Rəsulullah (s.a.s)-ın onlar haqqında olan xatırlatmasını əsas tutmalıdırlar.Çünki,Qədir xumda buyurmuşdur: “Mən Allah xətrinə əhlimə qayğı göstərməyini istəyirəm, Allah xətrinə əhlimə qayğı göstərməyini istəyirəm.” (Müslim)



Peyğəmbər (s.a.s) əmisi Abbasa onun bəzi Qureyşlilərin Bəni Haşim baradə olan narazılıqlarını çatdırdıqda buyurdu: “Canım əlində olana and olsun ki,onlar səni mənim əhlimdən olduğun üçün sevmədikcə iman gətirmiş olmazlar.” (İmam Əhməd və s.)

Peyğəmbər (s.a.s) buyurdu: “Həqiqətən Allah İsmail oğullarını seçdi,onlardan Kənanı,ondan da Qureyşi,Qureyşdən Bəni Haşimi,Bəni Haşimdən də məni seçdi.” (Müslim,Əhməd)

Bu rəvayyətlər yalnız rafizilərin əleyhinədir.Onların möminlərin ansaı olan Aişə (r.a)-yə qarşı duyduqları kinlərinə görə bu hökmə daxil olmuş olurlar.



16) “Ali Muhəmməd (s.a.s)-in məhəbbəti ilə ölən şəxs şəhiddir. Agah olun,Ali Muhəmməd (s.a.s)-in məhəbbəti ilə ölən şəxs bu dünyadan bağışlanaraq köçəcəkdir. Bilin ki,Ali Muhəmməd (s.a.s)-in məhəbbəti ilə canını tapşıran şəxs bu dünyadan tövbəli gedəcəkdir. Agah olun ki,Ali Muhəmməd (s.a.s)-in dostu olaraq ölən şəxs mömin və tam imanlı dünyanı tərk edəcəkdir.Bilin ki,Ali Muhəmməd (s.a.s)-in dostu kimi ölən şəxsin ruhunu mələk behiştlə müjdələyəcək,sonra Münkir və Nəkir ona müjdə verəcəklər.Agah olun ki,Ali Muhəmməd (s.a.s)-in məhəbbəti ilə dünyadan köçənlər cah-calal və ehtiramla ər evinə daxil olan və behiştə gedən gəlinə bənzəyəcəklər.Bilin ki,Ali Muhəmməd (s.a.s)-in məhəbbətilə dünyadan gedən şəxsin qəbrindən behiştə iki qapı açılacaq.Agah olun.Allah Ali Muhəmməd (s.a.s)-in məhəbbətilə dünya ilə vidalaşan şəxsin qəbrini mələklərin ziyarətgahı olacaq. Yadda saxlayın ki, Ali Muhəmməd (s.a.s)-in məhəbbətilə can verən şəxs Peyğəmbər (s.a.s)-in dini yolunda canını tapşırmış olar və agah olun ki, Ali Muhəmməd (s.a.s)-in ədavəti ilə ölən şəxsin qiyamət günü alnında belə yazılmışdır: “Allahın rəhmətindən məhrumdur.” (Məktub 10)

Şeyx Albani bu rəvayyəti “Silsilə əhadis əd daifə” (4920)-də uydurma adlandırmışdır.Ərəbcə olan mətndə bu rəvayyətin Sələbi və Zəməxşərinin təfsirində olduğu bildirilmişdir.İbn Teymiyyə deyir: “Sələbinin çox təqvalı və abid olmasına baxmayaraq,o sanki gecə qaranlıqda odun yığanlar kimi idi.Yəni,o kitabına təfsir baradə olan yalan-doğru bütün rəvayyətləri alardı.” (“Muqəddimə fi usuli təfsir”səh 79-80)

Muhəmməd Hüseyn Zəhəbi deyir: “Sələbinin təfsirini araşdırdıqdan sonra biz orada çoxlu uydurma və yalan söz və mətnlərin olduğunu görmüş olarıq.Onun nəql etdiyi sözlər din və ağıla tərs gəlsə belə biz onun bunların yalan və uydurma olduqlarını dediyini görmürük.” (“əl İsrailiyyət fi təfsir vəl hədis”səh 169)

17) “Biz Əhli beyti yalnız əxlaqlı möminlər sevir.Bizimlə düşmənçilik edənlər isə zalım münafiqlərdir.”(Məktub 10)

İbn Hacər “Səvaiq”kitabında Muhibb ət Təbəriyə istinadən sənədsiz nəql etmişdir.

İndisə bir anlıq “əl Muraciət” kitabına qayıdaq.Bütün bu rəvayyətləri yazan Əbdulhüseynin məktubundan sonra guya Sünni şeyxinin məktubu gəlir.Orada yazılır: “Sənin dəlillərin arasında özümü qərq etdikdə və gətirdiyin dəlilləri dəqiq şəkildə araşdırdıqda özümü qəribə bir döyüşdə hiss etdim. Dəlillərinə nəzər salırdım və onları mütləq (sübut olunmuş) hesab edirdim. Əhli beytimamlarına baxmaqla, onları Allah və Peyğəmbər (s.a.s) qarşısında elə bir məqamda görürdüm ki, görkəmləri və cəlalları qarşısında təvazökarlıq qanadlarını sərmək lazımdır. Sonra cümhur, qiblə əhli və İslam ümmətinin (sünnilərin) əksəriyyətini müşahidə edərək onların Əhli beytəleyhinə, yəni bu dəlillərin zahirlərinin tələb etdiyi şeyin əleyhinə olduqlarını görürdüm. Vücudumda möhkəm bir çəkişmə əmələ gəlmişdi. Özümdə iki mövqe görürdüm. Biri məni bir tərəfdən dəlilə tabe olmağa çəkir, o biri isə müsəlmanların əksəriyyəti olan tərəfə sövq edirdi. Birincisi cilovunu sənin əlinə tapşırmış və səndən ayrılmır, ikincisi isə inadkarcasına özünü sizdən uzaqlaşdıraraq üsyan edirdi.”

Allahu Əkbər! Rafizi məktubunda 14 dəlil gətirmişdi ki,onlardan 9-u zəif və uydurma olduğuna görə məqbul deyildi və bu dəlilləri Şeyx Bişri məqbul adlandıra bilərdi?!!!

Rafizinin məktubunda olan düzgün arqumentlərə gəlincə,məgər müsəlmanlardan kimsə onlara etiraz edir?Rafizi müəllif bu məktubu Şeyx Bişri adından uyduraraq ona və sünnilərə böhtan ataraq, yalan danışmış və Əhli Sünnətə kölgə salmışdır!Allahın lənəti yalançıların üzərinə olsun.!!!

18) 12-ci məktubda rafizi guya Əhli beytbaradə nazil olan ayələr baradə olan dəlilləri nəql edir.

Məgər Quranda onlardan başqa digər kimsənin ricsdən (ləkə) təmizləndiyi qeyd olunubmu? Məgər “təthir” ayəsi onlardan başqa digər kimsə üçün nazil olubmu?” (Məktub 12)

Allah Təala buyurur: “Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.” (Əhzab 33)

Bu ayə şiələr tərəfindən Əhli beytin məsum olmasına dəlil olaraq gətirilir.Onlara görə Əhli beytə yalnız Əli (r.a) və ailəsi daxildir.Şiələr qətiyyətlə Əhli beytə Peyğəmbər (s.a.s) zövcələrinin və Əli (r.a)-nin ailəsindən başqa qeyrisinin daxil olmasını inkar edirlər.

Təbəri təfsiridə (№21727),Vahidi “Əsbab ən nuzul”-da,Təbərani “Saqir” (№375)-də və “Ausat” (№3456) kitablarında Əbu Səid əl Xudri (r.a)-dən rəvayyət edirlər: ”Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.” ayəsi beş nəfər haqqında nazil olmuşdur.Bunlar Peyğəmbər (s.a.s), Fatimə,Əli, Həsən və Hüseyn (r.a)-dır.”

Bu rəvayyətin bütün sənədlərində Atiyyə Aufi - Əbu Səiddən ravi silsiləsi mövcuddur.Bu haqqda yuxarıda bəhs edildi. Gəlin araşdıraq görək ki,Peyğəmbər (s.a.s) zövcələri Əhli beytdəndirmi?

Əvvəla,öncəki ayələrə diqqət etmək lazımdır.

28. Ey Peyğəmbər! Zövcələrinə de: "Əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizi dünya malıyla məmnun edib gözəl tərzdə sərbəst buraxım.

29. Yox, əgər Allahı, Onun Elçisini və Axirət yurdunu istəyirsinizsə, bilin ki, Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır.

30. Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat artar. Bu, Allah üçün asandır.

31. Sizlərdən hər kim Allaha və Onun Elçisinə itaət edib yaxşı işlər görsə, ona mükafatını ikiqat verərik. Biz onun üçün bol ruzi hazırlamışıq.

32. Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Şəriətə müvafiq qaydada danışın.

33. Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və s.izi tərtəmiz etmək istəyir.

34. Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən, Allah Lütfkardır, hər şeydən Xəbərdardır.

28-ci ayədən başlayaraq 34-cü ayənin sonuna qədər müraciət Peyğəmbər (s.a.s) zövcələrinədir. İmam Tirmizi “Sünən”kitabında yazır: ”Ömər ibn Sələmə rəvayyət edir ki,Əhzab 33-cü ayə Peyğəmbər (s.a.s)-ə Ümm Sələmənin evində nazil olmuşdu.Nüzuldan sonra Rəsulullah (s.a.s) öz əbasının altına Fatimə,Əli,Həsən və Hüseyn (r.a)-i aldı və dedi: “Allahım, bunlar mənim ailəmdir,onları günahlardan təmizlə və pak et.”Ümm Sələmə soruşdu: Ey AllahınElçisi.Mən də onlardanam? Rəsulullah (s.a.s) dedi:”Sən yerində qal.Sən onsuz da xeyr içindəsən.”(Sünən 3205)

Sual yarana bilər: “Görəsən niyə Peyğəmbər (s.a.s) Ümm Sələməni əba altına almadı?”

Cavabında deyirik:

1) Əvvəla bu ayələr artıq Peyğəmbər (s.a.s) zövcələri haqqında enmişdi.Təkrar olaraq onları bir daha dilə gətirilməsinə ehtiyyac yox idi.

2) Peyğəmbər (s.a.s) əba altına kimləri salmışdı?Bunlar adı çəkilən dörd nəfər idi.Peyğəmbər (s.a.s) Ümm Sələməni ona görə əba altına dəvət etmədi ki,orada ona naməhrəm olan Əli (r.a) var idi.

3) Hədisdə deyilir ki,ayə nazil olduqdan sonra Peyğəmbər (s.a.s) Əli (r.a)-nin əhlini əba altına topladı və buyurdu: “Allahım, bunlar mənim ailəmdir,onları günahlardan təmizlə və pak et.”

Hədisin bu hissəsi artıq ayənin Əli (r.a)-nin əhli baradə nazil olması iddialarını puç edir.Əgər ayə onlar baradə nazil olsaydı,onları əlavə olaraq əba altına alıb,dua etməyə nə ehtiyyac vardı?

4) Quranın özündə zövcələrin əhli beytdən olmasına kifayət qədər dəlillər vardır.

Allah Təala buyurur: “Onun arvadı pərdə arxasında durmuşdu. O, güldü. Biz onu İshaqla, (İshaqın) ardınca da Yaqubla müjdələdik.O dedi: "Vay halıma! Mən bir qoca qarı, bu ərim də bir qoca kişi olduğu halda doğa bilərəmmi? Doğrusu, bu, təəccüblü bir şeydir".Onlar dedilər: "Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun! Həqiqətən, O, Tərifəlayiqdir, Şan-şöhrətlidir". (Hud 71-73)

Mələklər İbrahim (ə)-ın zövcəsinin suallarına cavab verərkən dedilər: ”Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun!”

Həmçinin, bu ayəni xatırlatmaqda fayda var.

“Bir zaman Musa əhlinə (öz ailəsinə): "Mən, doğrudan da, bir od gördüm. Qoy gedib ondan sizə bir xəbər və ya bir köz gətirim ki, qızınasınız"– demişdi.” (Nəml 7)

“Musa öz ailəsinə” zövcələrin ailəyə daxil olduqlarını təsdiq edib,ev əhlindən olmamalarını söyləmək ancaq səfehlik olardı. Bu ayəni hər hansı kimsənin məsumluğuna dəlil olaraq gətirənə Qurandan digər bir ayəni misal çəkməkdə fayda var.

“Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Yaxınlıq edib natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz.” (Maidə 6)

Əhli beytə olan “Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.”müraciəti ilə bütün müsəlmanlara edilən “Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz.” müraciəti arasında elə bir fərq yoxdur.Hər iki ayədə «لِيُطَهَّرَكُمْ» sözü istifadə olunur.

Cəlaləddin Suyuti yazır: ”Ey ev əhli!” yəni,ey Peyğəmbər zövcələri. “Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.”yəni,Allah sizi günahlardan təmizləmək və tərtəmiz etmək istəyir.” (Təfsir Cəlaleyn c.3,səh 76)

İbn Kəsir bu ayənin təfsirində yazır: “Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.”Bu ayə Peyğəmbər (s.a.s) zövcələrinin Əhli Beytdən olmalarına dəlildir.Çünki,məhs onlara görə ayələr nazil olubdur. (Təfsir ibn Kəsir c.4,səh 532)

Vəhb Zuhəyli dedi: “Ey ev əhli!” Ey Peyğəmbər zövcələri. “Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. ”Sizi günahlardan təmizləmək və ləkə olacaq əməllərdən çəkindirmək istər.Beyzəvi dedi: ”Şiələr yalnız Əli (r.a)-ın ailəsini Əhli beythesab edirlər və ittifaq ediblər ki,ancaq onlar hüccətdirlər. Bu çox zəif görüşdür.Peyğəmbər (s.a.s)-in Əli (r.a)-ın ailəsini əba altına alması onların Əhli beytdən olmalarını təsdiq edir.Amma,bu o demək deyildir ki,Əhli beytancaq onlardır.” (“Təfsir əl Munir”c.11,səh 309)

Daha sonra Zuhəyli Əhli beytə konkret tərif verir: ”Zövcələr,yaxın qohumlar Əhli beytsayılırlar” (həmin yerdə səh.313)

Məvdudi öz şərhində yazır: ”Bəzi hədislərə əsasən Peyğəmbər (s.a.s) zövcələrini Əhli beytdən saymayanlar səhv edirlər.Çünki,Quranın açıq aydın ayələri bəzi rəvayyətlərlə rədd oluna bilməz.Bundan başqa bu hədislər bizə bu qənaətə gətirmir.Peyğəmbər (s.a.s)-in dörd nəfəri əbasının altına alıb Ümm Sələməni və ya Aişəni dəvət etməməsi heç də onların Əhli Beytdən olmamalarına dəlalət etmir.Peyğəmbər (s.a.s) zövcələri Əhli Beytdən ona görə sayılırlar ki,onlara Quranda bu cür xitab olunub.Belə açıq ayəni görən Rəsulullah (s.a.s) murad etdi ki,yanlışlıq olmasın və bildirsin ki,Əli (r.a)-ın ailəsi də Əhli Beytdəndir.Bu ayələr Zövcələr baradə endiyinə görə əlavə olaraq onları bir daha zikr etməyə ehtiyyac yox idi.” (Təfhimul Quran)

Fəxrəddin Razi yazır: “Əhli beyt: Bura həm kişilər,həm də qadınlar daxildir.Allah Təala qadın cinsində başlayıb, kişi cinsində ayəni tamamladı.Əhli beytə kimlər daxildir məsələsində fərqli fikirlər mövcuddur.Ən düzgün variant:”Övladlar,zövcələr,həmçinin Həsən (r.a) və Hüseyn (r.a) Əhli beytdən sayılırlar.” (Təfsir məfatihul qeyb c.18,səh 261)

19)Məgər Quran onlardan başqa kimsələri sevməyi vacib buyurmuşdur?” (Məktub 12)

Burada Hüseynin qulu digər bir ayəyə işarə edir. Allah Təala buyurur: “İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi (nemət) budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir.” (Şura 23)

Şiələrə görə bu ayədə Əhli beytə məhəbbətin vacib olmasına dəlil vardır.Şübhəsizdir ki,müsəlman kəs Əhli beyti sevməlidir.Lakin,bu ayə şiələr üçün dəlil sayıla bilməz.

İmam Əhməd Müsnədində yazır: ”Tavusdan rəvayyət olunur ki,bir adam İbn Abbasa gələrək bu ayəni oxudu. "Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm" və bunun izahını soruşdu.Yaxında olan Səid ibn Cubeyr cavab verdi ki,burada Muhəmməd (s.a.s)-in Əhli beyti nəzərdə tutulur.İbn Abbas (r.a) ona üzünü tutaraq dedi: ”Sən tələsdin.Bu ayə nazil olan zaman Peyğəmbər (s.a.s)-in hər Qureyş tayfası ilə qohumluq əlaqələri var idi.Bu ayədə: "Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm" nəzərdə tutulur ki,Peyğəmbər (s.a.s)-ə onların qohumluq əlaqələrini möhkəmləndirməsindən başqa heçnə lazım deyil.Yəni,Qureyş Peyğəmbər (s.a.s)-i heç olmasa qohumluq əlaqələrinə görə sevməyə dəvət edilir. (İbn Hacər “Fətul Bari” 8/427)

İbn Hacər” Matalibul Aliyyə” kitabında bu hədisi Əhməd ibn Maniidən rəvayyət edir və deyir ki,hədis səhihdir. (Matalibul Aliyyə 3/368)

İbn Kəsir yazır: “ De.Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm." Ey Muhəmməd! Qureyşdən olan müşriklərə de:”Mən sizdən risaləti təbliğ müqabilində heçnə istəmirəm.Sizdən mənə qarşı heç bir pislik etməmənizi və risaləti təbliğdə mənə yardım etmənizi istəyirəm.Əgər yardım etmirsinizsə,heç olmasa qohumluq əlaqələrimizə görə mənə qarşı pislik etməyin.” (Təfsir İbn Kəsir 5/312)

İmam Buxari “Səhih”-də yazır: “İbn Abbas (r.a) dedi:”Qureyşdə elə bir nəsil yox idi ki,Rəsulullah (s.a.s) onlar ilə qohum olmasın.İbn Abbas (r.a) deyərdi: “De: Mən sizdən bunun əvəzində” yəni,bizim aramızda olan qohumluq əlaqələrini qoruyun.” (“Səhih Buxari” №4818)

Bu həmçinin, İmam Qurtubinin öz təfsirində istinad etdiyi rəydir.Şabi dedi: ”İnsanlar bizə bu ayə baradə çox sual verməyə başlayanda biz İbn Abbas (r.a)-a məktub yazdıq.Cavabında İbn Abbas (r.a) yazırdı.”Peyğəmbər (s.a.s)-in Qureyşin bütün nəsilləri ilə qohumluq əlaqələri var idi.O,Qureyşin bütün nüfuz sahibi kimsələrinə qohum sayılırdı.Uca Allah ona ayə nazil etdi. ”De. Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm."Yəni,mən sizdən heçnə istəmirəm.Sadəcə mənə qohumunuz olduğuma görə hörmət edin və sevin.Mənimlə qohumluq əlaqələrini davam elətdirin və göndərildiyim risaləti təsdiq edin.” (əs Sabuni “Səffətul təfsir” c.6,səh 453)

Ona görə burada qohumluq əlaqələri nəzərdə tutulur.Yəni,mənə Peyğəmbər kimi tabe olmursunuzsa,heç olmasa qohumunuz kimi tabe olun.

İkrimə dedi: “Qureyş elə bir qəbilə idi ki,orada qohumluq əlaqələrinə böyük önəm verilirdi.Muhəmməd (s.a.s)-ə Peyğəmbərlik veriləndə bu qohumluq əlaqələri kəsildi.Rəsulullah (s.a.s) isə onlara deyirdi:”Mənimlə qohumluq əlaqələrini əvvəllər olduğu kimi davam elətdirin.” (“əl Camiul əhkamul Quran” c.15,səh 396)

İmam Təbəri dedi: ”Şabi və Tavus İbn Abbasdan,Muğira İkrimədən,Hüseyn Malikdən,Səid ibn Cubeyr Qətadadan,Əbu Nuceyx Mücahiddən rəvayyət edirlər: De: "Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm."Yəni,mən sizdən qohumluq əlaqələrini qırmamağı istəyirəm.

Bu mətnə görə Peyğəmbər (s.a.s) Qureyşə dedi: ”Əgər mənə kömək etmirsinizsə,heç olmasa məndən şərinizi uzaq edin.Risaləti sərbəst yaymaqda mənə mane olmayın,qohumluq əlaqələrini qoruyun.”



20) “Məgər onlardan başqası “Həl əta” surəsində təriflənirmi? Allaha and olsun ki,orada yalnız onlardan bəhs edilir.”

Haşiyədə yazır: “76-cı surə olan “İnsan” surəsi nəzərdə tutulur ki,orada peyğəmbər əhli beyti və onların düşmənləri baradə bəhs olunur.” (Məktub 12)

Uca Allah buyurur:

6. (Bu elə) bir bulaqdır ki, Allahın qulları ondan (doyunca) içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər.

7. Onlar vəd etdikləri nəziri verər və vəhşəti (hər yeri) sarsıdacaq Gündən qorxarlar.

8. Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər

9. (və deyərlər): “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik!

Şiələr hesab edirlər ki,bu ayələr iki fəqir və bir əsirə evlərində qalan son yeməyi Səddəqə verən zaman Əli ibn Əbu Talib və zövcəsi Fatimə baradə nazil olmuşdu.Vahidi bu rəvayyəti “Əsbab ən nuzul” kitabında sənədsiz olaraq nəql etmişdir.Bu tipli rəvayyətlər çox şübhəlidir.

Təfsir alimi Alusi bu rəvayyətləri şiələrin uydurması hesab etmişdir. (“Əsbab ən nuzul” 2/928)

Bəğəvi “Məalimul tənzil” (4/428) kitabında yazır ki,bu ayələr bir ənsarın eyni gündə fəqiri,yetimi və əsiri yedizdirdiyi zaman nazil olmuşdu.”

Həmçinin, nəql olunur ki,bu ayələr “Əbu Dəhdah əl Ənsari baradə, o iftarını açmaq istədiyi zaman onun yanına gələn fəqir,yetim və əsiri yedizdirdiyi zaman nazil olmuşdu.” (İbn Cəuzi “Zadul məsir” 6/345)

Əgər mövcud rəvayyətlərdən heç birinin səhihliyini təsdiq etmək mümkün olmazsa,onda Qurtubinin rəyini əsas almaq lazım gələr.O,deyir: “Daha doğru rəy bu olardı ki,bu ayələr xeyir və saleh əməllər etmək istəyənlərin hamısı baradə nazil olmuşdu.”

Qeyd etmək lazımdır ki,Əli (r.a) və Fatimə (r.a) hicrətin ikinci ili evlənmişdilər.Eyni zamanda alimlər bu surənin hicrətdən öncə,yoxsa sonra nazil olması baradə ixtilaf etmişlər.Həsən və İkrimə hesab etmişlər ki,24-cü ayədən başqa bütün surə Məkkədə,yəni hicrətdən öncə nazil olmuşdu.İbn Yasər və Mukattil həmçinin bu surəni Məkkə surələrindən hesab etmişlər.İbn Abbasdan da bu rəy varid olmuşdur.” (“Əsbab ən nuzul” 2/927)


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin