309
Ğina (eyş-işrət məclislərinə xas tərzdə oxumaq)
1436. Ğina.
Quran:
«Bütlərin murdarlığından uzaq durun və batil sözlərdən çəkinin.»1588
Hədis:
4892. Allahın Peyğəmbəri (s): «Allah məni dünya əhlinə rəhmət olaraq göndərdi və mən simli alətləri, neyləri və cahiliyyət işlərini məhv (qadağan) edəcəyəm.»1589
4893. Allahın Peyğəmbəri: «İki səs var ki, bunlar dünya və axirətdə lənətlənmişlər: xoşhal olduqda çalınan neyin və müsibət vaxtı vay-şivənin səsi.»1590
4894. İmam Sadiq (ə): «Ğina elə günahlardandır ki, Allah onunçün alovu vəd etmişdir. Allah-taala bu barədə buyurub: «Camaatın elələri var ki, boş sözləri (heç bir) elmsizi (camaatı) Allahın yolundan azdırmaq və Allah yolunu rişxənd etmək üçün satın alarlar. Onlara xaredici əzab veriləcəkdir.»1591
1437. Ğinanın mirası.
4895. Allahın Peyğəmbəri (s): «Ğina ziyanın tilsimidir.»1592
4896. Allahın Peyğəmbəri (s): «Üç şey qəlbi sərtləşdirər: eyş-işrət məclislərinə xas musiqini eşitmək, ov və sultan sarayına gedib-gəlmək.»1593
4897. İmam Sadiq (ə): «Ğina özündən nifaq qoyub gedər.»1594
ioooooop
310
Qeyb
1438. Peyğəmbər, Allahın təlimi ilə qeybdən xəbər verdi.
4898. İmam Sadiq (ə): «Təbuk döyüşündə Allahın Peyğəmbərinin (s) dəvəsi itir. Münafiqlər deyirlər: «Bizə qeybdən danışır, ancaq dəvəsinin yerini bilmir.» Cəbrayıl Peyğəmbərə (ə) nazil olub münafiqlərin dediklərini Həzrətə çatdırdı və dedi: «Dəvən filan dərədədir və cilovu iri bir ağaca ilişib.» Sonra Allahın Peyğəmbəri (s) camaatı namaza çağırdı. Camaat yığışdı. Həzrət buyurdu: «Ey camaat! Mənim dəvəm filan dərədədir.» Camaat həmin dərəyə doğru tələsdi və dəvəni tapdılar.»1595
1439. İmam və qeyb elmi.
4899. «Nəhcül-Bəlağə»: «Əmirəl-mömininin (ə) (Kəlb qəbiləsindən olan) səhabələrindən biri Həzrətə ərz etdi: «Ya Əmirəl-möminin! Qeyb elmi sənə verilmişdir.» Həzrət güldü və buyurdu: «Ey Kəlb qəbiləsindən olan kişi! Bu qeyb elmi deyil, sahibindən elmi öyrənməyin təsiridir. Qeyb elmi qiyamət gününü bilmək elmidir. Allah-taala onları sayaraq buyurmuşdur: «Həqiqətən, qeyb elmi Allahın yanındadır. Yerə yağış göndərər və qadınların uşaqlıqlarında olanı bilər.» 1596
4900. İmam Sadiq (ə) («İmam qeybi bilirmi?» sualına cavabından):– «Yox. Ancaq, nəyisə bilmək istəyəndə, Allah həmin şeyi ona öyrədir.»1597
4901. İmam Kazim (ə) («Siz qeybi bilirsinizmi?» deyə soruşan bir iranlı kişiyə verdiyi cavabdan):–«(İlahi) Elm bizim üçün açıq olduqda bilirik, üzümüzə bağlandıqda isə bilmirik.» Sonra buyurdu: «Elm, izzət və cəlallı Allahın sirridir və onu Cəbrayılla bölüşmüşdür. Cəbrayıl onu Məhəmmədlə (s), Məhəmməd isə istədiyi kimsə ilə bölüşdü.»1598
ioooooop
311
Qeybət
1440. Qeybətdən çəkindirmək.
Quran:
«Bir-birinizin qeybətini qırmayın! Sizdən kimsə ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu onda ikrah oyadar. Allahdan qorxun. Allah tövbələri qəbul edən və mehribandır.»1599
Hədis:
4902. Allahın Peyğəmbəri (s): «Merac gecəsi öz üzlərini dırnaqları ilə cıran bir dəstə camaat gördüm. Soruşdum: «Ey Cəbrayıl! Bunlar kimlərdir?» Dedi: «Bunlar camaatın qeybətini edən və abırlarını tökənlərdir.»1600
4903. Allahın Peyğəmbəri (s): «Qeybət etmək zinadan daha pisdir.» Ərz etdilər: «Necə?» Buyurdu: «Kişi zina edir, sonra tövbə edir və Allah onun tövbəsini qəbul edir. Ancaq qeybət edən, qeybətini etdiyi şəxs tərəfindən bağışlanmayana qədər bağışlanmaz.»1601
4904. İmam Əli (ə): «Qeybət etmək aciz insanın işidir.»1602
4905. İmam Hüseyn (ə) (Onun yanında bir kişinin qeybətini edən kimsəyə): «Ey kişi! Qeybətdən əl çək. Çünki qeybət cəhənnəm itlərinin yalıdır.»1603
4906. İmam Sadiq (ə): «Qeybət etmə ki, səndən qeybət olunar. Qardaşın üçün quyu qazma ki, özün ona düşərsən. Çünki hansı əllə versən, həmin əllə də geri alarsan.»1604
4907. İmam Sadiq (ə): «Bir kişi Əli ibn Hüseynə (ə) ərz etdi: «Filankəs sizin haqda deyir ki, yolunu azmış və bidətçi birisiniz.» Əli ibn Hüseyn ona buyurdu: «Həmin kişi ilə yoldaşlığın haqqını gözləməmisən. Çünki onun sözünü bizə çatdırmısan. Bizim haqqımızı da gözləməmisən. Çünki qardaşımın mənim bilmədiyim sözlərini mənə çatdırdın!....Qeybət etməkdən çəkin. Çünki o, cəhənnəm itlərinin yalıdır. Bil ki, kimsə camaatın çox eybini tutursa, bu çox eyb tutmağın özü, eybləri özündə olduğu qədər axtardığını göstərir (onun camaatdan eyb tutması göstərir ki, həmin eyblər onun özündə də vardır).»1605
1441. Qeybət və din.
4908. Allahın Peyğəmbəri (s): «Qeybət etmək, insanın dininə (məhv olmasına) xora xəstəliyinin onun daxilinə təsirindən daha tez təsir göstərər.»1606
4909. Allahın Peyğəmbəri (s): «Kim müsəlman kişi və ya qadının qeybətini edərsə, Allah, qeybəti edilən onu bağışlamasa, qırx gün qırx gecə onun namaz və orucunu qəbul etməz.» 1607
4910. Allahın Peyğəmbəri (s): «Qiyamət günü bir kişini gətirib Allahın dərgahında saxlayar və əməl dəftərini ona verərlər. Onda özünün xeyir əməllərini görməz və ərz edər: «İlahi, bu mənim əməl dəftərim deyil. Çünki mən onda öz itaətimdən heç nə görmürəm.» Ona deyərlər: «Sənin Allahın nə xəta edər, nə də unudar. Sənin əməlin camaatın qeybətini etdiyinə görə bada getmişdir.» Sonra başqa kişini gətirərək əməl dəftərini verərlər. Orada özünün itaətlərinə aid çoxlu yazıları görər. Ərz edər: «İlahi! Bu mənim əməl dəftərim deyil! Çünki mən bu ibadətləri etməmişəm! Ona deyərlər: «Filankəs sənin qeybətini etdi və mən onun yaxşı əməllərini sənə verdim.»1608
1442. Qeybətin mənası.
4911. Allahın Peyğəmbəri (s) (Əbuzərə xitabən): «Ey Əbuzər! Qeybət etməkdən çəkin. Çünki qeybət zinadan daha pisdir...» Əbuzər deyir: «Ərz etdim ki, ey Allahın Peyğəmbəri. Qeybət nədir?» Buyurdu: «Qeybət budur ki, qardaşından onun xoşlamadığı bir söz deyəsən.» Ərz etdim: «Ey Allahın Peyğəmbəri! Özünün yanında onun haqda danışığa necə?» Buyurdu: «Əgər onda olan şeydən danışarsansa qeybətini etmisən, onda olmayandan danışsan, ona böhtan atmısan.»1609
4912. Allahın Peyğəmbəri (s): «Qeybət odur ki, qardaşın haqda onun xoşuna gəlməyən şeyi danışasan.»1610
4913. Əmru ibn Şüəyb (Atasının babasına istinadən sözlərindən): «Onlar Peyğəmbərin yanında bir kişidən söz açıb dedilər: «Gərək xörəyini də ağzına qoysunlar,dəvəsinin də yəhərini onun yerinə bağlasınlar.»1611 Peyğəmbər (s) buyurdu: «Qeybətini etdiniz.» Ərz etdilər: «Ey Allahın Peyğəmbəri. Biz elə şeylər (eyblərindən) dedik ki, onda var.» Peyğəmbər (s) buyurdu: (Qeybət üçün elə) Qardaşın haqda onda olanlardan deməyin kifayət edər.»1612
4914. İmam Kazim (ə): «Kim başqasının dalınca onda olan və camaatın da bildiyi şeyləri danışarsa, qeybətini etməmişdir. Ancaq kimsə başqasının dalınca onda olanvə camaatın bilmədiyini danışarsa,qeybətini etmişdir.»1613
1443. Qeybəti rəva olanlar.
4915. Allahın Peyğəmbəri (s): «Dörd nəfər var ki, onların qeybətini etmək qeybət deyil: öz pozğunluğunu aşkar edən pozğun, yaxşılıq etdikdə təşəkkür bildirməyən, pislik etsən bağışlamayan yalan danışan rəhbər, gülmək və zarafat üçün ana söyüşü söyənlər, müsəlmanlardan ayrılıb mənim ümmətimə eyb tutan və onların üstünə qılınc çəkənlər.»1614
4916. Allahın Peyğəmbəri (s): «Nə vaxta qədər günah əməl sahibinin adını deməyə çəkinəcəksiniz? Camaat onlardan çəkinənə qədər belələrini rüsvay edin.»1615
1444.Qeybətə qulaq asmaq.
4917. İmam Əli (ə): «Qeybətə qulaq asan, qeybət edən kimidir.»1616
4918. Allahın Peyğəmbəri (s) (Bir nəfərin, övladı Həsənin (ə) yanında qeybət etdiyi gördükdə): «Övladım! Öz qulağını belə şəxslərdən uzaq tut. Çünki o, öz qabında (vücudunda) olan ən murdar və çürük şeylərə baxıb onları sənin qabına boşaltmışdır.»1617
4919. İmam Səccad (ə): «Qulağın haqqı budur ki, onu qeybəti eşitməkdən və eşitməyi rəva olmayan hər bir şeydən uzaq saxlayasan.»1618
1445. Qeybəti rədd etməyin savabı.
4920. Allahın Peyğəmbəri (s): «Kim bir məclisdə qardaşından qeybət etdiyini eşidərsə və onu dəf edərsə, Allah dünya və axirətdə min pislik qapısını ondan dəf edər.»1619
4921. Allahın Peyğəmbəri (s): «Kiminsə yanında müsəlman qardaşının qeybətini etsələr və o, kömək edə bilsə də ona (müdafiəsinə) yardım etməsə, Allah onu dünya və axirətdə kimsəsiz qoyar.»1620
1446. Qeybət etməyin kəffarəsi.
4922. Allahın Peyğəmbəri (s)(«Qeybətin kəffarəsi nədir?» sualına cavabından): «Kəffarəsi budur ki, hər dəfə qeybətini etdiyin kimsə yadına düşəndə, Allahdan onun bağışlanmasını diləyəsən?1621
4923. Allahın Peyğəmbəri (s): «Sizlərdən kimsə qardaşının qeybətini edərsə, Allahdan özünün bağışlanmasını diləsin. Çünki bu onun günahlarının kəffarəsidir.»1622
Dostları ilə paylaş: |