Азярбайжан Республикасы Назирляр
Кабинетинин 2009-жу ил 3 феврал
тарихли 17 нюмряли гярары иля
təsdiq edilmişdir
2009-cu ildə əlillərin sosial müdafiəsi ilə bağlı
tədbirlərin maliyyələşdirilməsinin
D Ö V L Ə T P R O Q R A M I
1. Giriş
2009-cu ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların (bundan sonra - əlillərin) sosial müdafiəsinə və reabilitasiyasına ayrılan vəsaitin məqsədli xərclənməsini nəzərdə tutan Dövlət Proqramının məqsədi büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına əsaslanaraq, əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin - əlillərin tibbi-sosial reabilitasiyasını kompleks şəkildə həll etməklə, onların sosial müdafiəsinin və cəmiyyətə inteqrasiyasının təmin olunmasından ibarətdir.
Dövlətin sosial siyasətinin əsas istiqamətləri vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarının təmin edilməsinə, aztəminatlı vətəndaşların, o cümlədən əlillərin sosial müdafiəsinin təşkil edilməsinə, sosial yardım sistemində ünvanlılıq prinsiplərinin gücləndirilməsinə və cəmiyyətdə mövcud olan sosial münasibətlərin tənzimlənməsinə yönəldilmişdir.
Bu Dövlət Proqramı “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunundan, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyadan və Azərbaycan Hökumətinin bu sahə ilə bağlı öhdəliklərindən, qərar və sərəncamlarından irəli gələn vəzifələri əhatə edir.
Dövlət Proqramında əlillərin texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin edilməsi, onların sanatoriya-kurort müalicələrinin təşkili, əlillər üçün ixtisaslaşdırılmış internat evləri və bərpa mərkəzlərinin saxlanması xərcləri hər il dövlət büdcəsindən Азярбайжан Республикасынын Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan vəsait daxilində, digər tədbirlərin maliyyələşdirilməsi isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası üçün onların müalicəsinə maliyyə yardımının göstərilməsi, dərman preparatları ilə təmin edilməsi, xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılması, mövcud reabilitasiya sisteminin inkişafı;
əlillik problemi ilə bağlı informasiya təminatının təşkili, beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması, seminar və konfransların keçirilməsi, istedadlı əlillərin aşkar edilməsi, onların asudə vaxtlarının təşkili, əlilləri bədən tərbiyəsi və idmana cəlb etməklə, onların beynəlxalq yarışlarda iştirakı üçün şəraitin yaradılması;
əlamətdar günlərlə bağlı keçirilən tədbirlərdə əlillərə yardım göstərilməsi, onların problemlərinə cəmiyyətin diqqətinin cəlb edilməsi, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı onlara texniki yardım göstərilməsi.
2. 2009-cu ildə əlillərin sosial müdafiəsi ilə bağlı
T Ə D B İ R L Ə R P L A N I
Sıra№si
|
Tədbirin adı
|
Ayrılmış vəsaitin
məbləği
(min manatla)
|
Maliyyə mənbəyi
|
1
|
2
|
3
|
4
|
|
1. Əlillərin sağlamlığının mühafizəsi və tibbi
bərpası
|
14756,109
|
|
1.1.
|
Əlillərin bərpa mərkəzlərində fərdi reabilitasiya proqramları üzrə dərman təchizatı,
o cümlədən Naxçıvan MR üzrə
|
25,0
3,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
1.2.
|
Əlillərin xarici ölkələrdə reabilitasiyasına şərait yaradılması,
o cümlədən Naxçıvan MR üzrə
|
289,0
22,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
1.3.
|
Respublika daxilində əlillərin müalicəsinə köməklik göstərilməsi,
o cümlədən Naxçıvan MR üzrə
|
70,0
30,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
1.4.
|
Əlillərin bərpa mərkəzlərinin tibbi avadanlıqla təchizatına köməklik göstərilməsi
|
140,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
1.5.
|
Yevlax şəhərində 2008-ci ildə istifadəyə verilmiş Əlillərin Bərpa Mərkəzinin tikintisi ilə bağlı borcun ödənilməsi
|
86,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
1
|
2
|
3
|
4
|
1.6.
|
Əlillərin texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin edilməsi
|
6174,976
|
dövlət büdcəsi vəsaiti hesabına
|
1.7.
|
Əlillərin sanatoriya-kurort müalicəsinin təşkili üçün yollayışların alınması
|
950,0
|
dövlət büdcəsi vəsaiti hesabına
|
1.8.
|
Əlillər üçün ixtisaslaşdırılmış internat evlərinin və bərpa mərkəzlərinin saxlanılması
|
7021,133
|
dövlət büdcəsi vəsaiti hesabına
|
|
2. Əlillik problemi ilə bağlı informasiya təminatının, əlillərin yaradıcılıq və asudə vaxtlarının, idman və bədən tərbiyəsi üzrə tədbirlərin təşkili
|
680,0
|
|
2.1.
|
Əlillərin sosial müdafiəsi və reabilitasiya sahəsində beynəlxalq təcrübənin tətbiqi ilə bağlı əməkdaşlıq və informasiya mübadiləsi
|
10,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
2.2.
|
Əlillərin asudə vaxtının təşkili məqsədi ilə onların istirahət zonalarına göndərilməsi,
o cümlədən Naxçıvan MR üzrə
|
250,0
9,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
2.3.
|
İdman tədbirlərinin keçirilməsi və əlillərin beynəlxalq yarışlarda iştirakına şərait yaradılması,
o cümlədən Naxçıvan MR üzrə
|
360,0
3,5
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
2.4.
|
Əlillərin VII Ümumrespublika sərgi müsabiqəsinin keçirilməsi,
o cümlədən Naxçıvan MR üzrə
|
40,0
2,5
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
2.5.
|
İstedadlı əlillərin cəmiyyətə inteqrasiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi
|
20,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
|
3. Əlillərə maddi və texniki yardımın təşkili
|
660,0
|
|
3.1.
|
20 Yanvar - Ümumxalq hüzn günü, 20-24 mart – Novruz bayramı, 26 aprel - Çernobıl qəzasının ildönümü, 9 may – Faşizm üzərində qələbə günü, 15 sentyabr - Bilik günü, 3 dekabr – Beynəlxalq əlillər günü münasibəti ilə tədbirlərin keçirilməsi və əlillərə maddi yardım göstərilməsi,
o cümlədən Naxçıvan MR üzrə
|
540,0
47,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
1
|
2
|
3
|
4
|
3.2.
|
Əfqanıstandan Sovet qoşunlarının çıxarılmasının 20-ci ildönümündə müharibə əlilləri ilə bağlı tədbirlərin keçirilməsi
|
20,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
3.3.
|
Sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı texniki yardım göstərilməsi,
o cümlədən Naxçıvan MR üzrə
|
40,0
3,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
3.4.
|
Əlillərin sosial-məişət problemlərinin həlli ilə bağlı yardım göstərilməsi,
o cümlədən Naxçıvan MR üzrə
|
60,0
10,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
|
4. Əlillərin sosial müdafiəsi orqanlarının saxlanılması
|
1670,0
|
|
4.1.
|
Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin və zona şöbələrinin saxlanılması
|
1558,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
4.2.
|
Naxçıvan Muxtar Respublikası Əlillərin Sosial Müdafiəsi İdarəsinin saxlanılması
|
112,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
|
C Ə M İ :
|
17766,109
|
|
Азярбайжан Республикасы Назирляр
Кабинетинин 2009-жу ил 3 феврал
тарихли 17 нюмряли гярары иля
təsdiq edilmişdir
2009-cu ildə ilk dəfə işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin
D Ö V L Ə T P R O Q R A M I
1. Giriş
Dövlət Proqramı ölkənin iqtisadi inkişafına uyğun olaraq, əmək bazarında mövcud vəziyyət nəzərə alınmaqla, 2009-cu ildə işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sahəsində fəaliyyətin əsas istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə hazırlanmışdır.
Bu Proqram hazırlanarkən «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununda göstərilən tədbirlər, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 may tarixli 2167 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər)», eləcə də Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafla əlaqədar qəbul edilmiş digər normativ hüquqi sənədlərin icrası ilə bağlı məşğulluq xidməti orqanları tərəfindən həyata keçiriləcək tədbirlər nəzərə alınmışdır.
Bununla əlaqədar, tərtib olunmuş proqnozlara əsasən 2009-cu ildə respublikanın əmək bazarında iştirak edəcək 540 min nəfərdən 65 min nəfərin məşğulluq xidməti orqanlarına müraciət edəcəyi gözlənilir.
Proqnozlara əsasən 2009-cu il ərzində məşğulluq xidməti orqanları tərəfindən 31,5 min nəfərin münasib işlə təmin olunması, 5,5 min nəfərə işsiz statusu verilməsi və işsizliyə görə müavinət ödənilməsi, 3,5 min nəfərin peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarına, 4 min nəfərin haqqı ödənilən ictimai işlərə cəlb olunması, 47 min nəfərin isə işaxtaran kimi qeydiyyata götürülməsi nəzərdə tutulmuşdur.
Bu məqsədlə məşğulluq xidməti orqanları tərəfindən vətəndaşların layiqli işlə təmin olunmaları, əmək bazarının real tələbləri əsasında peşə hazırlığı, yenidən hazırlıq və ixtisaslarının artırılması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların, eləcə də penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb edilməsi sahəsində fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur.
2009-cu ildə respublikanın şəhər və rayonlarında əmək yarmarkalarının keçirilməsi, əmək birjalarının, peşəyönümlü məsləhət kabinetlərinin, eləcə də məşğulluq xidməti orqanlarının nəzdində regional peşə tədris mərkəzlərinin yaradılması, işaxtaran və işsiz vətəndaşların əmək bazarındakı real vəziyyət və vakant iş yerləri haqqında operativ məlumat əldə etmə imkanlarının artırılması, reklam-informasiya sahəsində işlərin günün tələbləri səviyyəsində qurulması ilə yanaşı, məşğulluq xidməti orqanlarının vahid informasiya sisteminin yaradılması sahəsində işlər 2009-cu ildə davam etdiriləcəkdir.
Eyni zamanda, işsizlik müavinətinin minimum məbləğinin respublika üzrə yaşayış minimumuna uyğunlaşdırılması həyata keçiriləcəkdir.
2. 2009-cu ildə ilk dəfə işaxtaranların və işsiz
vətəndaşların sosial müdafiəsi ilə bağlı
T Ə D B İ R L Ə R P L A N I
Sıra№ -si
|
Tədbirin adı
|
Ayrılmış vəsaitin
məbləği
(min manatla)
|
Maliyyə mənbəyi
|
1
|
2
|
3
|
4
|
1.
|
İşsizlik müavinətinin ödənilməsi,
o cümlədən Naxçıvan MR üzrə
|
4050,0
130,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
2.
|
Peşə hazırlığı, yenidənhazırlıq və ixtisasartırma kurslarının təşkili,
o cümlədən Naxçıvan MR üzrə
|
1000,0
45,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
3.
|
Haqqı ödənilən ictimai işlərin təşkili,
o cümlədən Naxçıvan MR üzrə
|
200,0
20,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
4.
|
İşsizlər üçün yeni məsləhət xidmətlərinin, əmək birjalarının yaradılması işlərinin həyata keçirilməsi, əmək yarmarkaları-nın keçirilməsi,
o cümlədən Naxçıvan MR üzrə
|
370,0
10,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
5.
|
Məşğulluq xidməti orqanlarının saxlanılması,
o cümlədən Naxçıvan MR üzrə
|
4540,0
472,0
|
məcburi dövlət sosial sığorta vəsaiti hesabına
|
|
Cəmi:
|
10160,0
|
|
________________
Dostları ilə paylaş: |