15. Zərərin əvəzinin ödənilməsi
15.1. “İcraçı” suyu illik müqavilədə nəzərdə tutulmuş həcmlərdə və vaxtlarda verə bilmədiyinə görə və ya illik müqaviləni bağlamaqdan imtina etdiyinə görə “Sifarişçi”yə vurulmuş zərərin əvəzini mülki qanunvericiliyə uyğun olaraq aşağıdakı hallar istisna olmaqla ödəməlidir:
15.1.1. fövqəladə hallarda (fors-major);
15.1.2.“İcraçı”nın təqsiri olmadan “Sifarişçi”yə verilməli olan su çirkləndirildikdə;
15.1.3.su qanunvericiliyinə əsasən “İcraçı”nın su götürmək və su satmaq hüquqları dayandırıldıqda və ya dəyişdikdə.
15.2. Zərərin miqdarı müəyyənləşdirilərkən suyun “Sifarişçi”yə verilməsinə çəkilən faktiki xərclər və təsdiq olunmuş su tarifləri nəzərə alınır.
Dostları ilə paylaş: |