Təsdiq edilmişdir Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin Birliyin



Yüklə 0,66 Mb.
səhifə15/18
tarix04.01.2022
ölçüsü0,66 Mb.
#55970
1   ...   10   11   12   13   14   15   16   17   18
18. Hüquqların başqasına verilməsi

“Sifarişçi” bu sazişə uyğun ona verilən suya öz hüquqlarını müəyyən müddətə, tam və ya qismən digər Sudan İstifadəedənlər Birliyinə verə bilər, o şərtlə ki, “İcraçı” buna yazılı surətdə öz razılığını bildirsin. İmtina üçün tutarlı əsas və dəlillər yoxdursa, “İcraçı” belə razılığı verməlidir.


19. Bildirişlər

Bu sazişə uyğun olaraq bütün bildirişlər yazılı formada olmalı və Tərəflərin ünvanlarına poçt vasitəsi ilə sifarişli olaraq göndərilməli və ya kuryerlə çatdırılmalıdır.


20. Sazişdə dəyişikliklərin edilməsi

Bu sazişdə dəyişikliklər yalnız yazılı surətdə edilə bilər. Dəyişikliklər haqqında sənəd Tərəflərin imzaları və möhürləri ilə təsdiqlənir.


21. Sazişin ləğvi

21.1. Bu saziş aşağıdakı hallarda ləğv edilə bilər:

21.1.1. “İcraçı”nın qanunvericiliyə uyğun olaraq bu sazişin məqsədləri üçün su götürmək hüququna xitam verildikdə;

21.1.2. “Sifarişçi” bu sazişin şərtlərini mütəmadi olaraq pozduqda;

21.1.3. Tərəflər bu sazişin ləğv edilməsi barəsində qarşılıqlı razılığa gəldikdə;

21.1.4. “Sifarişçi” iki il ərzində illik müqavilənin bağlanmasını tələb etmədikdə və ya onun bağlanmasından imtina etdikdə, yaxud üç il ərzində bu sazişə uyğun olaraq verilən sudan istifadə etmədikdə;

21.1.5. “Sifarişçi” ləğv edildikdə, yenidən təşkil edildikdə (birləşmə, qoşulma, bölünmə, ayrılma);

21.1.6. qanunla nəzərdə tutulmuş digər hallarda.

21.2. “Sifarişçi” ləğv edildikdə, yenidən təşkil edildikdə onun “İcraçı”ya olan bütün borcları qanunvericiliyə uyğun ödənilməlidir.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin