##Təsdiq edirəm: ##Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri


##num= 13// level= 1// sumtest=72 // name= Şifahi şərh metodu //



Yüklə 1.45 Mb.
səhifə8/12
tarix09.02.2020
ölçüsü1.45 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12


##num= 13// level= 1// sumtest=72 // name= Şifahi şərh metodu //


1. Konkretləşdirmə vasitələri və üsullarını ayırın:

I. Konkretləşdirmə vasitələri

II. Konkretləşdirmə üsulları

1 - Bədii ədəbiyyatdan istifadə

2 - Müəyyən adamların fəaliyyətini göstərmək yolu ilə konkretləşdirmə

3 - Vaxtı xarakterizə edən cəhətlərin konkretləşdirilməsi

4 - Tarixi sənədlərdən və memuarlardan istifadə

5 - Səciyyəvi təfərrüatın tətbiq edilməsi

6 - Yerli materiallardan istifadə

7 - Məişət materiallarından istifadə

8 - Vasitəsiz nitqin tətbiq edilməsi

9 - Rəqəm materiallarından istifadə edilməsi

10 - Hadisənin baş verdiyi yeri xarakterizə edən cəhətlərin konkretləşdirilməsi

A) I – 1, 3, 4, 6, 7, 9, 10; II – 2, 5, 8

B) I – 1, 3, 4, 6, 10; II – 2, 5, 7, 8, 9

C) I – 2, 5, 8; II –1, 3, 4, 6, 7, 9, 10

D) I – 2, 5, 7, 8; II – 1, 3, 4, 6, 9, 10

E) I – 1, 6, 7, 9, 10; II – 2, 3, 4, 5, 8

2. Tarix dərslərində problem - şərhdən istifadə ilə bağlı tədqiqat aparmışdır:

A) N. Dayri

B) P. Qora

C) N. Andreyevskaya

D) P. Leybenqrub

E) V. Kartsov

3. Konkretləşdirmə üsuludur:

A) Tarixi sənəd və materiallardan istifadə

B) Yerli materiallardan istifadə

C) Bədii ədəbiyyatdan istifadə

D) Şəxsləndirmə və səhnələşdirmə

E) Məişət materiallarından istifadə

4. Konkretləşdirmə vasitəsidir:

A) Yerli materiallardan istifadə

B) Tipik tərcümeyi - halın tətbiq olunması

C) Vasitəsiz nitqin tətbiq edilməsi

D) Şəxsləndirmə

E) Səhnələşdirmə

5. Konkretləşdirmə vasitələri əks olunmuş bəndi göstərin.

1 - Tipik tərcümeyi - halın tətbiq olunması

2 - Vasitəsiz nitqin tətbiq edilməsi

3 - Vaxtı xarakterizə edən cəhətlərin konkretləşdirilməsi

4 – Bədii ədəbiyyatdan istifadə

5 - Səciyyəvi təfərrüatın tətbiq edilməsi

6 - Şəxsləndirmə və səhnələşdirmə

A) 1, 5

B) 2, 5

C) 1, 6

D) 3, 4

E) 2, 6

6. Konkretləşdirmə üsulları əks olunan bəndi göstərin.

1 - Bədii ədəbiyyatdan istifadə

2 - Vasitəsiz nitqin tətbiq edilməsi

3 - Vaxtı xarakterizə edən cəhətlərin konkretləşdirilməsi

4 - Tarixi sənədlərdən və memuarlardan istifadə

5 - Səciyyəvi təfərrüatın tətbiq edilməsi

6 - Yerli materiallardan istifadə

A) 2, 5

B) 1, 4

C) 1, 3

D) 3, 6

E) 1, 6

7. “1812 - ci il iyunun 12 - də gecənin qaranlığında fransız qoşunları Neman çayını keçərək Rusiyanın sərhədini aşdılar” tərzində ifadədə hansı konkretləşdirmə vasitəsindən istifadə olunmuşdur?

A) Hadisənin baş verdiyi yeri xarakterizə edən cəhətlərin konkretləşdirilməsi

B) Yerli materiallardan istifadə

C) Vaxtı xarakterizə edən cəhətlərin konkretləşdirilməsi

D) Heç bir

E) Rəqəm materiallarından istifadə

8. “Qədim Kiyev Dneprin sağ, yüksək və sıldırım sahilində yerləşirdi” ifadəsində hansı konkretləşdirmə vasitəsindən istifadə olunmuşdur?

A) Hadisənin baş verdiyi yeri xarakterizə edən cəhətlərin konkretləşdirilməsi

B) Hadisənin baş verdiyi vaxtı xarakterizə edən cəhətlərin konkretləşdirilməsi

C) Bədii ədəbiyyatdan istifadə etməklə konkretləşdirmə

D) Konkretləşdirmə vasitəsindən istifadə olunmamışdır

E) Yerli materiallardan istifadə etməklə konkretləşdirmə

9. “Borodino döyüşü 1812 - ci il avqusun 26 - da səhər tezdən başlandı” ifadəsində hansı konkretləşdirmə vasitəsindən istifadə olunmuşdur?

A) Bədii ədəbiyyatdan istifadə etməklə konkretləşdirmə

B) Hadisənin baş verdiyi yeri xarakterizə edən cəhətlərin konkretləşdirilməsi

C) Yerli materiallardan istifadə etməklə konkretləşdirmə

D) Hadisənin baş verdiyi vaxtı xarakterizə edən cəhətlərin konkretləşdirilməsi

E) Konkretləşdirmə vasitəsindən istifadə olunmamışdır

10. “Hərbi əməliyyat Fransa ərazisinə keçirildi və 1814 - cü ilin martında müttəfiqlərin qoşunları Parisə daxil oldular” ifadəsində hansı konkretləşdirmə vasitəsindən istifadə olunmuşdur?

A) Konkretləçdirmə vasitəsindən istifadə olunmamışdır

B) Hadisənin baş verdiyi yeri xarakterizə edən cəhətlərin konkretləşdirilməsi

C) Yerli materiallardan istifadə etməklə konkretləşdirmə

D) Hadisənin baş verdiyi vaxtı xarakterizə edən cəhətlərin konkretləşdirilməsi

E) Bədii ədəbiyyatdan istifadə etməklə konkretləşdirmə

11. Tarixə dair tədris materiallarının izahı dedikdə nəzərdə tutulur:

A)Tarixi hadisələrin daxili əlaqələrini, xüsusilə də səbəb-nəticə əlaqələrini, qanunauyğunluqlarını, mənasını, mahiyyətini, əhəmiyyətini açıb göstərmək, yeni anlayışları, tarixi terminləri aşkara çıxarmaq

B) Konkret tarixi materiala əsaslanan geniş nəzəri mühakimə, elmi, təhlil və ümumiləşdirmə

C)Şagirdləri nəticə çıxarmağa, rəy verməyə yaxınlaşdıran müddəaların, sübutların, ardıcıllıqla inkişafı

D) Tarixi hadisələrin mühüm əlamətlərini, xüsusiyyətlərini və daxili əlaqələrini dəqiq ifadə etmək

E)Tarixi hadisənin əlamətlərini, mühüm cəhətlərini, quruluşunu, vəziyyətini, zahiri görkəmini ardıcıl ifadə etmək

12. “O zaman xalq hərəkatının başında Yunanıstanın ən görkəmli, bacarıqlı dövlət xadimlərindən biri olan Perikl dururdu” ifadəsində təsvirin hansı növündən istifadə olunmuşdur?

A) Geniş xarakteristikadan

B) Qısa xarakteristikadan

C) Ümumiləşdirici xarakteristikadan

D) Heç bir növündən

E) Təhlili təsvirdən

13. “Spartak qulların ən böyük üsyanlarından birinin ən görkəmli qəhrəmanlarından biri idi” ifadəsində təsvirin hansı növündən istifadə olunmuşdur?

A) Ümumiləşdirici - yekun xarakteristikasından

B) Şəkli təsvirdən

C) Təhlili təsvirdən

D) Geniş xarakteistikadan

E) Heç bir növündən

14. “B. e. ə. 74 - cü ildə İtaliyada başlanan üsyanın rəhbəri böyük qüvvə, ağıl və cəsarət sahibi Spartak idi” ifadəsində təsvirin hansı növündən istifadə olunmuşdur?

A) Heç bir növündən

B) Ümumiləşdirici yekun xarakteristikasından

C) Təhlili təsvirdən

D) Geniş xarakteristikadan

E) Qısa xarakteristikasından

15. “Makedoniyalı İskəndər bacarıqlı, cəsarətli, lakin amansız və hirsli bir adam idi. O, parlaq istedada malik idi və gözəl təhsil almışdı” mətni şifahi şərhin hansı növü üçün xarakterikdir?

A) Qısa xarakteristika

B) Qısa məlumat

C) İzah

D) Nəqletmə

E) Şəkli təsvir

16. “1773 - 1775 - ci illərdə Y. Puqaçovun başçılıq etdiyi kəndli müharibəsi Rusiyada baş vermiş bütün kəndli müharibələrindən ən qüdrətlisi idi” ifadəsi təsvirin növlərindən hansına aiddir?

A) Heç birinə

B) Ümumiləşdirici - yekun xarakteristikasına

C) Qısa xarakteristiya

D) Təhlili təsvirə

E) Geniş xarakteristikaya

17. Hansı halda süjetli nəqldən istifadə etmək düzgün deyil?

A) Tarixi hadisələrin mühüm əlamətlərini və xüsusiyyətlərini, daxili əlaqələrini dəqiq ifadə etmək lazım gəldikdə

B) Mühüm təlim - tərbiyəvi əhəmiyyətə malik tarixi hadisələr şərh edildikdə

C) Şagirdlər üçün yeni olan tarixi hadisələr haqqında məzmunlu və dəqiq təsəvvürlər yaratmaq lazım gəldikdə

D) Şagirdləri müəyyən nəticələrə və ümumiləşdirmələrə yaxınlaşdırdıqda

E) Şagirdlərdə tarixi hadisələr haqqında canlı təsəvvür yaradıldıqda

18. Biliklərin səfərbərliyə alınması üçün müsahibənin hansı növündən istifadə edilir?

A) Yoxlama müsahibəsindən

B) Ümumiləşdirici müsahibədən

C) Giriş müsahibəsindən

D) Təhlili müsahibədən

E) Yekun müsahibəsindən

19. Şərh zamanı müəllimin nitqinə verilən bu tələblərdən hansı düzgün deyildir?

A) Nitqin sürəti, səsin tonu sabit olmalıdır

B) Şərh olunan material asanlıqla tərkib hissələrinə ayrıla bilməlidir

C) Şərhin konkretliyi və obrazlılığı təmin olunmalıdır

D) Material bitkin və ardıcıl şərh olunmalıdır

E) Heç biri

20. Sübut etməyi öyrənməkdə şagirdlərə kömək edən tapşırıqların ardıcıllığını göstərin.

1 - Mühakimə elementlərinin daxil edilməsi

2 - Dərsliyin mətnində və yaxud illüstrativ materiallardan olan arqumentlərin müstəqil surətdə seçilməsi

3 - Bir neçə həmcins bilik mənbələrindən götürülmüş arqumentləri seçməklə nəticələrin əsaslandırılması

4 - Dərsliyin nəticələrinin əsaslandırılmasının təkrarı

A) 2, 1, 4, 3

B) 1, 2, 3, 4

C) 4, 2, 3, 1

D) 3, 2, 4, 1

E) 1, 4, 3, 2

21. Təsviri incəsənət əsərlərinin müqayisəsinə aid tapşırıqların mürəkkəbləşdirilməsi ardıcıllığını göstərin.

1 - Müxtəlif xalqların incəsənət abidələrinin oxşar və fərqli cəhətlərini təyin etmək.

2 - Müxtəlif dövrlərin tipik incəsənət abidələrinin ümumi cəhətlərini tapmaq.

3 -Hər hansı bir xalqın müəyyən dövrə aid bir neçə incəsənət abidəsinin oxşar cəhətlərini müəyyən etmək.

4 - Müxtəlif dövrlərin tipik incəsənət abidələrinin fərqli cəhətlərini müəyyən etmək.

A) 1, 2, 3, 4

B) 2, 3, 1, 4

C) 2, 4, 3, 1

D) 3, 1, 2, 4

E) 3, 2, 4, 1

22. Hansı tarixi hadisə və təzahürlərin mənimsənilməsində müqayisə üsulundan istifadə etmək düzgün deyildir?

A) Eyni vaxtda baş vermiş fərqli hadisələrin və təzahürlərin

B) Müxtəlif vaxtlarda, müxtəlif ölkələrdə baş vermiş həmcins tarixi hadisə və təzahürlərin

C) Cəmiyyətin inkişafının müxtəlif mərhələlərinin

D) Oxşar hadisə və təzahürlərin

E) Bir və ya bir qrup ölkədə ictimai inkişafın xaraktercə bir - birinə zidd olan proseslərinin

23. Müqayisədə hökmən iştirak edir:

A) Təhlil

B) Sübut

C) Mühakimə

D) Təsvir

E) İzah

24. Hadisələrin mühüm əlamətlərinin, xassələrinin və əlaqələrinin fikrən seçilib götürülməsi, qeyri - mühümlərin atılması göstərilən məntiqi əməliyyatlardan hansına aiddir?

A) Sübuta yetirməyə

B) Sintezə

C) Mücərrədləşdirməyə

D) Mühakiməyə

E) Nəticə çıxarmağa

25. Sintezin ali formasıdır:

A) Təhlil

B) Abstraklaşdırma

C) Ümumiləşdirmə

D) Sübut etmə

E) Müqayisə

26. Təhlilin ali formasıdır:

A) Mücərrədləşdirmə

B) Mühakimə

C) Sübuta yetirmə

D) Təsvir etmə

E) Nəticə çıxarma

27. Tarixi hadisələr və ya proseslər haqqında, xalq kütlələrinin və ya tarixi şəxsiyyətlərin fəaliyyətləri haqqında süjetli hekayə edilməsi şifahi şərhin növlərindən hansına aiddir?

A) Nəqletməyə

B) İzaha

C) Təsvirə

D) Mühazirəyə

E) Mühakiməyə

28. Tarixi hadisələrin əlamətlərinin və ya xüsusiyyətlərinin, onların mühüm cəhətlərinin, quruluşunun, vəziyyətinin, nəhayət zahiri görkəminin ardıcıl ifadə edilməsi şifahi şərhin növlərindən hansına aiddir?

A) Mühazirəyə

B) İzaha

C) Nəqletməyə

D) Təsvirə

E) Mühakiməyə

29. Tarixi hadisələrin mühüm əlamətlərinin və xüsusiyyətlərinin, daxili əlaqələrinin dəqiq ifadə edilməsi şifahi şərhin növlərindən hansına aiddir?

A) Xarakteristikaya

B) İzaha

C) Təsvirə

D) Nəqletməyə

E) Mühakiməyə

30. Tarixi hadisələrin daxili əlaqələrini, xüsusilə də səbəb əlaqələrini, qanunauyğunluqlarını, mənasını, mahiyyətini və əhəmiyyətini açıb göstərmək şifahi şərhin növlərindən hansına aiddir?

A) Təsvirə

B) Mühakiməyə

C) İzaha

D) Mühazirəyə

E) Xarakteristikaya

31. Konkret tarixi materiala əsaslanan, monoloq şəklində aparılan geniş nəzəri mühakimə, elmi təhlil və ümumiləşdirmə şifahi şərhin növlərindən hansına aiddir?

A) Mühazirəyə

B) İzaha

C) Təsvirə

D) Nəqletməyə

E) Mühakiməyə

32. “Borodino döyüşü 1812 - ci il avqusun 26 - da səhər tezdən başladı” ifadəsində hansı konkretləşdirmə vasitəsindən istifadə olunmuşdur?

A) Yerli materiallardan istifadə

B) Hadisənin baş verdiyi yeri xarakterizə edən cəhətlərin konkretləşdirilməsi

C) Hadisənin baş verdiyi vaxtı xarakterizə edən cəhətlərin konkretləşdirilməsi

D) Konkretləşdirmə vasitəsindən istifadə olunmamışdır

E) Bədii ədəbiyyatdan istifadə

33. “Hərbi əməliyyat Fransa ərazisinə keçirildi və 1814 - cü ilin martında müttəfiqlərin qoşunları Parisə daxil oldular” ifadəsində hansı konkretləşdirmə vasitəsindən istifadə olunmuşdur?

A) Hadisənin baş verdiyi vaxtı xarakterizə edən cəhətlərin konkretləşdirilməsi

B) Hadisənin baş verdiyi yeri xarakterizə edən cəhətlərin konkretləşdirilməsi

C) Yerli materiallardan istifadə

D) Konkretləşdirmə vasitəsindən istifadə olunmamışdır

E) Bədii ədəbiyyatdan istifadə

34. Orta əsrlərdə Qərbi Avropada mərkəzləşdirilmiş dövlətlərin yaranması səbəblərinin şagirdlərə öyrədilməsi zamanı müəllim şifahi şərhin hansı növündən istifadə edir?

A) İzah

B) Təsvir

C) Məktəb mühazirəsi

D) Xarakteristika

E) Nağıletmə

35. Qısa məlumatla nağıletmə arasındakı əsas fərq

A) Kəmiyyət fərqi

B) Emosionallıq dərəcəsi

C) Keyfiyyət fərqi

D) Təfərrüatların bolluğu

E) Materialın genişliyi

36. Müsahibə zamanı bu tələblərdən hansına müəllim əməl etməməlidir?

A) Sual müzakirə olunan problemin həllini yada salmalıdır.

B) Sual şagirdin yaş və bilik səviyyəsinə uyğun olmalıdır.

C) Sual öyrənilən hadisənin mühüm cəhətlərinə aid olmalıdır.

D) Sual didaktik cəhətdən sadə, məntiqi cəhətdən yekcins olmalıdır.

E) Sual düşündürücü olmalıdır.

37. Şərh zamanı müəllimin nitqinə verilən aşağıdakı tələblərdən hansı düzgün deyildir?

A) Material bitkin və ardıcıl olmalıdır

B) Şərh olunan material asanlıqla tərkib hissələrinə ayrıla bilməlidir.

C) Şərhin konkretliyi və obrazlılığı təmin olunmalıdır.

D) Müəllimin nitqinin sürəti, səsinin tonu, intonasiyası sabit olmalıdır.

E) Müəllim vacib müddəa və nəticələri ayırmaq üçün məntiqi vurğudan, pauzadan, səsin tonundan istifadə etməlidir.

38. Şərh zamanı müəllimin nitqinə verilən yanlış tələblər hansılardır?

1 - Müəllimin səsinin tonu sabit olmalıdır

2 - Şərh olunan material asanlıqla tərkib hissələrinə ayrıla bilən olmalıdır

3 - Material ardıcıl və bitkin şərh olunmalıdır

4 - Müəllimin intonasiyası dəyişməməlidir

5 - Müəllim vacib müddəaları ayırmaq üçün məntiqi vurğudan, səsin tonundan istifadə etməlidir

6 - Şərhin konkretliliyi və obrazlılığı təmin olunmalıdır

A) 2, 6

B) 2, 3

C) 1, 4

D) 3, 5

E) 2, 5

39. Əyani vəsaitləri xarici əlamətlərə görə dörd qrupa (divar, paylama və ya stolüstü, həcmli, ekran vasitələri) bölmüşdür:

A) A. Strajev

B) P. Qora

C) A. Vagin

D) D. Nikiforov

E) V. Murzayev

40. Əyani vasitələri məzmununa görə iki (təsviri və şərti) , formasına görə üç qrupa (çap olunmuş vəsaitlər, özüdüzəltmə vəsaitləri, ekran vəsaitləri) bölmüşdür:

A) V. Murzayev

B) P. Qora

C) D. Nikiforov

D) A. Vagin

E) A. Strajev

41. Nümayiş etdirmə qaydalarına görə əyani vəsaitləri beş qrupa (sinifdəki bütün şagirdlərə eyni vaxtda göstərilən vəsaitlər, stolüstü - paylama vəsaitlər, yazı taxtasında çəkilmiş illüstrasiyalar, ekran vəsaitləri, ekskursiya vəsaitləri) bölmüşdür:

A) P. Qora

B) A. Vagin

C) V. Murzayev

D) D. Nikiforov

E) A. Strajev

42. Əyanilik metodlarının dörd növə (daxili, əşya, təsviri, şərti) ayrılması kimi təsnifat kimə məxsusdur?

A) D. Nikiforova

B) A. Vaginə

C) A. Strajevə

D) P. Qoraya

E) V. Murzayevə

43. Rəssam və ya illüstratorun təxəyyülü ilə yaradılmış təsviri əyani vəsaitdir:

A) Bədii kompozisiyalar

B) Əşyavi abidələrin bizə çatdığı şəkildə təsviri

C) Memarlıq abidələrinin əsaslandırılmış şəkildə yenidən qurulması

D) Mədəniyyət abidələrinin bizə gəlib çatdığı şəkildə təsviri

E) Sənədli filmlər

44. Tarix və mədəniyyət abidələrinin tarixi abidələr qrupuna aiddir:

A) Qayaüstü rəsmlər

B) Dekorativ incəsənət əsərləri

C) Elm və texnikanın inkişafına aid nümunələr

D) Qədim əlyazmalar

E) Qədim yaşayış məskənlərinin qalıqları

45. Tarix və mədəniyyət abidələrinin tarixi abidələr qrupuna aid deyil:

A) Daşlaşmış əşyalar

B) Xalq qəhrəmanlarının həyatı ilə bağlı tikililər

C) Dövlət xadimlərinin həyatı ilə bağlı xatirə yerləri

D) Xarici işğalçılara qarşı mübarizə ilə bağlı olan tikililər

E) Müharibə edən tərəflərin sülh müqaviləsi imzaladıqları yerlər

46. Qədim şəhər tikililəri tarix və mədəniyyət abidələrinin hansı qrupuna aiddir?

A) İncəsənət abidələri

B) Arxeoloji abidələr

C) Tikinti və memarlıq abidələri

D) Tarixi abidələr

E) Sənədli abidələr

47. Tarix və mədəniyyət abidələrinin tikinti və memarlıq abidələri qrupuna aiddir:

A) Memarlıq ansablları və kompleksləri

B) Elm və texnikanın inkişafı

C) İncəsənət xadimlərinin həyatı ilə bağlı binalar

D) Arxeoloji qazıntı zamanı aşkar edilmiş müdafiə qurğuları

E) Dekorativ incəsənət əsərləri

48. Tarix və mədəniyyət abidələrinin tikinti və memarlıq abidələri qrupuna aid deyil:

A) İncəsənət xadimlərinin həyatı ilə bağlı binalar

B) Meydan və küçələr

C) Qədim tikililər

D) Memarlıq kompleksləri

E) Qədim əlyazmalar

49. Səməd Vurğunun ev muzeyindəki əşyalar tarix və mədəniyyət abidələrinin hansı qrupuna aiddir?

A) Heç birinə

B) Tarixi abidələr

C) Tikinti və memarlıq abidələri

D) İncəsənət abidələri

E) Sənədli abidələr

50. Tarix və mədəniyyət abidələrinin arxeoloji abidələr qrupuna aiddir:

A) Kurqanlardan tapılmış bəzək əşyaları

B) Qədim şəhər tikililəri

C) Xalq qəhrəmanlarının həyatı ilə bağlı binalar

D) Elm və texnikanın inkişafı

E) Arxiv sənədləri

51. Tarix və mədəniyyət abidələrinin arxeoloji abidələr qrupuna aid deyil:

A) Qədim əlyazmalar və arxiv sənədləri

B) Kurqanlardan tapılmış məişət əşyaları

C) Qazıntılar zamanı aşkar edilmiş qədim yaşayış məskənlərinin qalıqları

D) Arxeoloqlar tərəfindən tapılmış müdafiə qurğuları

E) Kurqanlardan tapılmış zinət əşyaları

52. Tarix və mədəniyyət abidələrinin sənədli abidələr qrupuna aiddir:

A) Monumental incəsənət əsərləri

B) Səs yazıları

C) Qazıntılar nəticəsində aşkar edilmiş qayaüstü rəsmlər

D) Elm və texnikanın inkişafı

E) Qəbir abidələri

53. Tarix və mədəniyyət abidələrinin sənədli abidələr qrupuna aid deyil:

A) Qayaüstü rəsmlər

B) Foto - stendlər

C) Səs yazıları

D) Qədim əlyazmalar

E) Arxiv sənədləri

54. Şabranda aşkar edilmiş erkən orta əsr yaşayış kompleksləri tarix və mədəniyyət abidələrinin hansı qrupuna aiddir?

A) Sənədli abidələr

B) Tikinti və memarlıq abidələri

C) Tarixi abidələr

D) İncəsənət abidələri

E) Arxeoloji abidələr

55. Hammurapi qanunları tarix və mədəniyyət abidələrinin hansı qrupuna aiddir?

A) Arxeoloji abidələr

B) Tarixi abidələr

C) Sənədli abidələr

D) İncəsənət abidələri

E) Heç bir qrupuna

56. Xudəfərin körpüsü tarix və mədəniyyət abidələrinin hansı qrupuna aiddir?

A) Tikinti və memarlıq abidələri

B) Heç bir qrupuna

C) Tarixi abidələr

D) İncəsənət abidələri

E) Sənədli abidələr

57. Azıxdan tapılmış əl çapacağı tarix və mədəniyyət abidələrinin hansı qrupuna aiddir?

A) Heç bir qrupuna

B) Sənədli abidələr

C) Tarixi abidələr

D) İncəsənət abidələri

E) Arxeoloji abidələr

58. Georgiyevski traktatı (1783 - cü il) tarix və mədəniyyət abidələrinin hansı qrupuna aiddir?

A) Sənədli abidələr

B) Tarixi abidələr

C) Arxeoloji abidələr

D) İncəsənət abidələri

E) Heç bir qrupuna

59. Ağaməhəmməd xanın gürcü çarı II İrakliyə ultimatumu tarix və mədəniyyət abidələrinin hansı qrupuna aiddir?

A) İncəsənət abidələri

B) Heç bir qrupuna

C) Sənədli abidələr

D) Arxeoloji abidələr

E) Tarixi abidələr

60. 1805 - ci ildə İbrahimxəlil xanla Sisianov arasında müqavilə imzalandığı yer - Kürəkçay sahili tarix və mədəniyyət abidələrinin hansı qrupuna aiddir?

A) Tarixi abidələr

B) Heç bir qrupuna

C) Arxeoloji abidələr

D) İncəsənət abidələri

E) Sənədli abidələr

61. Xalq şairi Bəxtiyar Vahabzadənin Milli Məclisdə etdiyi çıxışların lent yazısı tarix və mədəniyyət abidələrinin hansı qrupuna aiddir?

A) Arxeoloji abidələr

B) Tarixi abidələr

C) Heç bir qrupuna

D) İncəsənət abidələri

E) Sənədli abidələr

62. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məcburi köçkünlərlə görüşünü əks etdirən foto - şəkillər tarix və mədəniyyət abidələrinin hansı qrupuna aiddir?

A) Tarixi abidələr

B) İncəsənət abidələri

C) Sənədli abidələr

D) Arxeoloji abidələr

E) Heç bir qrupuna

63. Qız qalasının maketi əyaniliyin hansı növünə aiddir?

A) Daxili

B) Əşya

C) Təsviri

D) Şərti

E) Heç birinə

64. Neft hasilatının artımını göstərən diaqram əyaniliyin hansı növünə aiddir?

A) Şərti

B) Təsviri

C) Əşya

D) Daxili

E) Heç birinə

65. Əl toxucu dəzgahının modeli əyaniliyin hansı növünə aiddir?

A) Heç birinə

B) Əşya

C) Şərti

D) Təsviri

E) Daxili

66. Təsviri əyaniliyə aiddir:

A) Sənədli filmlər

B) Sxemlər

C) Maddi mədəniyyət əşyaları

D) Qrafiklər

E) Cədvəllər

67. Təsviri əyaniliyə aid bəndi göstərin.

1 - Tədris filmləri

2 - Diaqramlar

3 - Dərsliyin illüstrasiyaları

4 - Qrafiklər

5 - Xronoloji cədvəllər

6 - Sxemlər

A) 4, 5

B) 2, 4

C) 1, 3

D) 2, 5

E) 4, 6

68. Təsviri əyaniliyə aid olmayan bəndi göstərin.

1 - Karikaturalar

2 - Diaqramlar

3 - Dərsliyin illüstrasiyaları

4 - Qrafiklər

5 - Sənədli filmlər

6 - Sənədli foto - şəkillər

A) 4, 6

B) 1, 3

C) 4, 5

D) 2, 4

E) 2, 5

69. Təsviri əyaniliyə aid deyildir.

A) Diaqramlar

B) Portretlər

C) Bədii kompozisiyalar

D) Sənədli foto - şəkillər

E) İllüstrasiyalar

70. Buxar maşınının modeli əyaniliyin hansı növünə aiddir?

A) Əşya əyaniliyinə

B) Daxili

C) Təsviri əyaniliyə

D) Şərti əyaniliyə

E) Heç birinə

71. Şərti əyanilikdir:

A) Qrafiklər

B) Dərslikdəki illüstrasiyalar

C) Maketlər

D) Keçmişə dair məişət əşyaları

E) Sənəd xarakterli təsvirlər

72. Şərti əyaniliyə aid bəndi göstərin.

1 - Portretlər

2 - Tarix xəritələri

3 - Lövhədə çəkilmiş pedaqoji rəsmlər

4 - Memarlıq abidələrini təsvir edən şəkillər

5 - Tarixi rəssamlıq əsərləri

6 - Diapozitivlər

A) 1, 5

B) 1, 4

C) 2, 3

D) 4, 5

E) 1, 6



Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə