##Təsdiq edirəm: ##Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri


##num= 2// level= 1// sumtest=27 // name= Azərbaycanda tarix təhsilinin inkişaf mərhələləri //



Yüklə 1,45 Mb.
səhifə2/12
tarix09.02.2020
ölçüsü1,45 Mb.
#102042
1   2   3   4   5   6   7   8   9   ...   12


##num= 2// level= 1// sumtest=27 // name= Azərbaycanda tarix təhsilinin inkişaf mərhələləri //


1. 1920 - ci illərin “İctimaiyyat” kursunda hansı elmlərin əsasları öyrənilirdi?

1 - Tarix

2 - Coğrafiya

3 - Hüquq

4 - Sosiologiya

5 - Biologiya

6 - İqtisad

A) 1, 3, 6

B) 1, 2, 5

C) 2, 3, 4

D) 2, 4, 5

E) 4, 5, 6

2. Sovet hakimiyyətinə qədərki dövrdə tarixin tədrisi ilə bağlı mövcud olmuş istiqamətlərin (cərəyanların) tərəfdarlarını göstərin.

I - İnqilabçı – demokratlar

II - Repititsionnıy (təkrarlamaqla məşq etmə, öyrənmə)

III - Liberal (barışdırıcı)

IV - Radikal

V - Real metod

1 - V. V. Belinski,

2 - N. Çernışevski,

3 - D. İlovayski

4 - M. Stasyuleviç

5 - M. Pokrovski, N. Rojkov,

6 - P. Vinoqradov, N. Kareev,

7 - S. Plotonov

8 - N. Dobrolyubov

9 - M. Kovolenski, R. Vipper.

A) I - 1, 2, 4; II - 7, 8; III - 5, 6; IV - 3; V - 9

B) I - 1, 2, 8; II – 4, 7; III - 6, 9; IV - 5; V - 3

C) I - 1, 2, 8; II - 3; III - 6, 7; IV - 5, 9; V - 4

D) I - 1, 2, 8; II - 4, 5 III - 7, 9; IV - 6; V - 3

E) I - 1, 8, 9; II - 6, 7; III - 2, 4; IV - 3; V - 5

3. Neçənci tədris ilində Azərbaycanda tarix müstəqil bir fənn kimi tədris planından çıxarıldı?

A) 1922 - 1923 - cü

B) 1921 - 1922 - ci

C) 1924 - 1925 - ci

D) 1923 - 1924 - cü

E) 1925 - 1926 - cı

4. Azərbaycanda tədris neçənci ildən kompleks proqramlarla aparılmağa başladı?

A) 1926

B) 1923

C) 1921

D) 1931

E) 1934

5. 1937 - ci ildə A. Şestakovun redaktəsi ilə çıxan “SSRİ tarixinin qısa kursu” adlı dərsliyi neçənci siniflər üçün nəzərdə tutulmuşdu?

A) VI - VII

B) IV - V

C) III - IV

D) VIII - X

E) X

6. 1937 - ci ildə A. Şestakovun redaktəsi ilə çıxan “SSRİ tarixinin qısa kursu” adlı dərslikdən 1937 - 1938 - ci illərdə faktik olaraq neçənci siniflərdə istifadə olunurdu?

A) IV - V

B) Bütün siniflərdə

C) VII - VIII

D) III - IV

E) IX - X

7. SSRİ XKS və ÜİK(b) P MK - nın “SSRİ məktəblərində mülki tarixin tədrisi haqqında” qərarı neçənci ildə verildi?

A) 1934

B) 1932

C) 1931

D) 1933

E) 1935

8. 1920 - ci illərdə tarixə dair müəyyən materialların və metodik tövsiyələrin dərc olunduğu elmi - pedaqoji jurnal:

A) Tarix, ictimaiyyat və coğrafiya tədrisi

B) Müəllimə kömək

C) Yeni məktəb

D) Azərbaycan məktəbi

E) Maarif və mədəniyyət

9. “Tarix, ictimaiyyat və coğrafiya tədrisi” məcmuəsinin nəşrinə başlanmışdır:

A) 1934 - cü ildə

B) 1964 - cü ildə

C) 1984 - cü ildə

D) 1959 - cu ildə

E) 1958 - ci ildə

10. 1930 - cu illərdə tarixə dair müəyyən materialların və metodik tövsiyələrin dərc olunduğu elmi - pedaqoji jurnal:

A) Müəllimə kömək

B) Yeni məktəb

C) Tarix, ictimaiyyat, coğrafiya tədrisi

D) Azərbaycan məktəbi

E) Maarif və mədəniyyət

11. SSRİ XKS və ÜİK(b) P MK - nın “SSRİ məktəblərində mülki tarixin tədrisi haqqında” 15 may 1934 - cü il tarixli qərarından sonra çıxan və ikinci mükafatı alan ilk dərslik:

A) VIII sinif üçün “SSRİ tarixi”

B) V –VI siniflər üçün “Qədim dünya tarixi”

C) VI –VII siniflər üçün “Orta əsrlər tarixi”

D) III - IV siniflər üçün “SSRİ tarixinin qısa kursu”

E) VIII sinif üçün “Yeni tarix”

12. Nə vaxtdan IV sinifdə tarix kursunun xarakteri dəyişdi və epizodik hekayələr kursu prinsipi tətbiq edildi?

A) 1959 - cu ildən

B) 1934 - cü ildən

C) 1957 - ci ildən

D) 1931 - ci ildən

E) 1958 - ci ildən

13. İlk dəfə neçənci tədris ilində məktəb tarix kursu üzrə imtahan biletlərinə Azərbaycan tarixinə dair suallar daxil edildi?

A) 1984/1985

B) 1959/1960

C) 1989/1990

D) 1991/1992

E) 1988/1989

14. SSRİ üzrə vahid məktəb tiplərinin – ibtidai məktəb (I - IV siniflər ), natamam orta məktəb (I - VII siniflər, orta məktəb (I - X siniflər) – müəyyənləşdirilməsi bu qərarlardan hansına aiddir?

A) 15 may 1934 - cü il tarixli “SSRİ məktəblərində mülki tarixin tədrisi haqqında”

B) 8 oktyabr 1959 - cu il tarixli “Məktəbdə tarixin tədrisində bəzi dəyişikliklər edilməsi haqqında”

C) 25 avqust 1932 - ci il tarixli “İbtidai və orta məktəbdə tədris proqramları və rejimi haqqında”

D) 25 avqust 1931 - ci il tarixli “İbtidai və orta məktəb haqqında”

E) 15 may 1934 - cü il tarixli “SSRİ ibtidai və orta məktəblərinin quruluşu haqqında”

15. 1935 - ci ilin iyununa qədər bu dərsliklərin – qədim dünya tarixi, orta əsrlər tarixi, yeni tarix, SSRİ tarixi, Asiya və müstəmləkə ölkələrinin tarixi – hazırlanması haqqında qərarın əks olunduğu bəndi göstərin.

A) 25 avqust 1931 - ci il tarixli “İbtidai və orta məktəb haqqında”

B) 12 fevral 1933 - cü il tarixli “İbtidai və orta məktəblərin tarix dərslikləri haqqında”

C) 15 may 1934 - cü il tarixli “SSRİ məktəblərində mülki tarixin tədrisi haqqında”

D) 25 avqust 1932 - ci il tarixli “İbtidai və orta məktəbdə tədris proqramları və rejimi haqqında”

E) 15 may 1934 - cü il tarixli “SSRİ ibtidai və orta məktəblərinin quruluşu haqqında”

16. Partiya və hökumətin hansı qərarı ilə VII - VIII siniflərdə SSRİ tarixinin elementar, IX - XI siniflərdə sistemli kursları əvəzinə VIII - X siniflərdə SSRİ tarixi, yeni tarix və ən yeni tarix kurslarının tədrisi müəyyənləşdirildi?

A) 14 may 1965 - ci il tarixli “Məktəbdə tarixin tədrisi qaydasının dəyişdirilməsi haqqında”

B) 15 may 1934 - cü il tarixli “SSRİ məktəblərində mülki tarixin tədrisi haqqında”

C) 8 oktyabr 1959 - cu il tarixli “Məktəbdə tarixin tədrisində bəzi dəyişikliklər edilməsi haqqında”

D) 25 avqust 1932 - ci il tarixli “İbtidai və orta məktəbdə tədris proqramları və rejimi haqqında”

E) 15 may 1934 - cü il tarixli “SSRİ ibtidai və orta məktəblərinin quruluşu haqqında”

17. Neçənci tədris ilindən respublikamızın ümumtəhsil məktəblərində Azərbaycan tarixi müstəqil fənn kimi tədris olunmağa başladı?

A) 1989/1990

B) 1990/1991

C) 1991/1992

D) 1986/1987

E) 1965/1966

18. Kommunist partiyası və sovet hökumətinin hansı qərarından sonra respublikamızın ümumtəhsil məktəblərində Azərbaycan tarixinin tədrisinə başlandı?

A) 15 may 1934 - cü il tarixli “SSRİ məktəblərində mülki tarixin tədrisi haqqında”

B) 25 avqust 1932 - ci il tarixli “İbtidai və orta məktəbdə tədris proqramları və rejimi haqqında”

C) 8 oktyabr 1959 - cu il tarixli “Məktəbdə tarixin tədrisində bəzi dəyişikliklər edilməsi haqqında”

D) 14 may 1965 - ci il tarixli “Məktəbdə tarixin tədrisi qaydasının dəyişdirilməsi haqqında”

E) 25 avqust 1931 - ci il tarixli “İbtidai və orta məktəb haqqında”

19. Azərbaycan məktəblərində hansı illərdə tarix konsentrik prinsiplə tədris olunmuşdur?

A) 1959 - 1964

B) 1920 - 1934

C) 1934 - 1959

D) 1965 - 1991

E) 1992 - 2008

20. Kommunist partiyası və sovet hökumətinin hansı tarixli qərarından sonra ümumtəhsil məktəblərində tarix fənni xətti prinsiplə tədris olunmağa başladı?

A) 8 oktyabr 1959 - cu il

B) 15 may 1934 - cü il

C) 14 may 1965 - ci il

D) 25 avqust 1932 - ci il

E) 25 avqust 1931 - ci il

21. 1950 - 1970 - ci illərdə bacarıqların inkişaf etdirilməsi problemini araşdırmışdır:

A) Korovkin F. P.

B) Dayri N. Q.

C) Vagin A. A.

D) Zapporojets N. İ.

E) Qora P. V.

22. ÜİK(b) P və SSRİ XKS - nin hansı tarixli qərarından sonra tarix müstəqil bir fənn kimi tədris planında bərpa olundu?

A) 14 may 1965 - ci il

B) 15 may 1934 - cü il

C) 8 oktyabr 1959 - cu il

D) 25 avqust 1932 - ci il

E) 25 avqust 1931 - ci il

23. Ümumtəhsil məktəblərində Azərbaycan tarixinin tədrisinə cəmi neçə saat verilir?

A) 368

B) 160

C) 192

D) 384

E) 480

24. Ümumtəhsil məktəblərində ümumi tarixin tədrisinə cəmi neçə saat verilir?

A) 384

B) 192

C) 480

D) 368

E) 160

25. Azərbaycan Respublikasının qüvvədə olan Təhsil Qanunu neçənci ildə qəbul olunmuşdur?

A) 2006

B) 1993

C) 2009

D) 1998

E) 1996

26. Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikukumu) neçənci ildə hazırlanıb, təsdiq edilmişdir?

A) 2006

B) 1995

C) 2008

D) 1998

E) 2000

27. Kursdaxili, kurslararası və fənlərarası əlaqələrin yaradılması üçün daha çox istifadə edilən üsul:

A) İzah

B) Müqayisə

C) Mühakimə

D) Təsvir

E) Nəqletmə

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin