Ş.Əlibəyli: Yaxşı olar ki, onun adını publisist yazıların sırasında qeyd edəsiniz.
N.Əliyeva: Dediklərinizi nəzərə alıb sıralamada yerini dəyişərəm.
X.Bəşirli: Göyərçin xanım, buyurun, sualınızı verin.
G.Mustafayeva: Mənim sualım belədir: Şəhriyar yaradıcılığında ikiyə bölünmüş Azərbaycan və vətən həsrəti mövzusu barədə nə deyə bilərsiniz?
N.Əliyeva: Sualınıza görə təşəkkürümü bildirirəm. Azərbaycan ədəbiyyatında vətənpərvərlik duyğuları hər zaman ən çox müraciət olunan mövzulardan olmuşdur və bu mövzu o taylı - bu taylı Azərbaycanın tanınmış qüdrətli söz ustadlarının yaradıcılıqlarının aparıcı istiqamətini təşkil etmişdir.
M.Şəhriyar yaradıcılığında da azərbaycançılıq məfkurəsi doğma xalqın həyatına, ikiyə bölünmüş Azərbaycanın taleyinə, şanlı tarixinə, övladlarına, vətən təbiətinin təsvirinə həsr edilmiş vətənpərvərlik mövzulu əsərlər mühüm yer tutur. Şair şeirlərində “ikiyə bölünsə də, vətən birdir” ideyasını yorulmadan təbliğ etmişdir.Söyləyir ki, XIX əsrdə iki böyük dövlət arasında (Rusiya - İran) imzalanan “Gülüstan” və “Türkmənçay” sülh müqavilələrindən sonra Araz çayı Azərbaycanı iki hissəyə bölsə də, bu heç də bir xalqın parçalanması, cənublu və şimallıların bir-birinə qarşı yadlaşması anlamında başa düşülməməlidir. Bu münasibətlə yazdığı “Məmməd Rahim həzrətlərinə cavab” şeirində şair “vahid, bölünməz Azərbaycanı” ifadə edir: Professor Rüstəm Əliyevlə görüşünə həsr etdiyi “Döyünmə və söyünmə, daha sonra “Gözüm aydın”, “Qafqazlı qardaşlarla görüş” kimi şeirlərində Şəhriyar Şimali Azərbaycanı xəyali səfərindən bəhs edir.
Dostları ilə paylaş: |