TəŞKİlat və TƏŞKİlatçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə16/60
tarix01.06.2022
ölçüsü0,97 Mb.
#116498
1   ...   12   13   14   15   16   17   18   19   ...   60
Təşkilat

Parçalanma v
ə qarşıdurmalar 
Ehtiyatlı olun ki, tələbə təşkilatları fikir 
ayrılıqları nəticəsində öz daxillərində parçalanma və 
qarşıdurmaya getməsinlər. Bizim tövsiyə və dəvət 
etdiyimiz vəhdətin ən bariz nümunəsi budur. 
İnsanları 
bir-birindən 
uzaqlaşdıran 
və 
ya 
yaxınlaşdıran təməl məsələlərdir. Əgər bu təməllər 
üzərində razılığa gəlməsələr, onları qəbul etməsələr, 
bir-birindən ayrılmalarına, lakin qəbul etsələr
birləşmələrinə səbəb olacaq. İş prinsipləri isə belə 
deyil; hər kəsin bir cür zövqü, qaydası var. Biri 
mühəndislik üzrə tələbədir, digəri incəsənət üzrə, 
başqa biri tibb üzrə. Bunlar başqa-başqa sahələrdir, 
hər birində də müxtəlif təmayüllər var. Birinin 
nədənsə xoşu gəlir, digərinin isə xoşu gəlmir. Bu 
məsələləri öz aranızda ixtilaf amili etməyin. Məncə, 
bu, çox mühüm məsələdir.
1
Paralel 
iş görmək 
Paralel iş görmək işi yenidən görmək demək 
deyil. Hər paralel işin səhv olması fikri də düz 
deyil. Bəzən paralel iş görməyə ehtiyac yaranır. 
Lakin təkrar və məntiqsiz artıq işlərin qarşısını 
alın.
2
1
Minlərlə universitet tələbəsi ilə görüşdə çıxışından, 2010. 
2
“Xatəmul-əvsiya“ Mədəniyyət Mərkəzinin məsul şəxsləri ilə görüşdə 
çıxışından, 2013. 


37 
Digər məsələ də dövlət idarəçiliyində paralel iş 
görməkdir... Bunun bir neçə iradı var. Birincisi, 
çoxlu insan resursu yersiz tələf olur; ikincisi, çoxlu 
büdcə sərf olur; üçüncüsü, qərarlarda çoxlu təzadlar 
yaranır. İki qurum bir işə rəhbərlik edəndə biri bir 
qərar verir, digəri ayrı. Dördüncüsü və hamısından 
mühümü budur ki, o iş dəyərini itirir.
1
M
əqsəddən uzaqlaşma 
Tələbə təşkilatları məqsədlərini itirməmək üçün 
ehtiyatla hərəkət etməlidirlər. Tələbə təşkilatlarının 
əsl məqsədləri tələbə hərəkatının uca tağında 
yazılıb: imperializmə qarşı çıxmaq, ölkənin 
inkişafına, milli həmrəyliyə, elmi inkişafa kömək 
etmək, müsəlmanlara qarşı pis niyyətlilərə və 
düşmənçiliklərə qarşı mübarizə aparmaq. Bunlar 
əsas məqsədlərdir. Bunları unutmayın.
2

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin