4. İqtisadi-riyazi modelin adekvatlığı dedikdə:
A)Modelin iqtisadi sistemə tədqiqat baxımından vacib olan xüsusiyyətlərə
görə uyğun olması başa düşülür;
B) Modelin həll metodunun mövcud olması başa düşülür;
C) Modelin iqtisadi sistemə tam uyğunluğu başa düşülür;
D) Modelin şərtlərinin ziddiyətli olmaması başa düşülür;
E) Modelin şərtlərinin ziddiyətli olması başa düşülür.
5. Aşağıdakı əməliyyatlardan hansılarını modelləşdirmə prosesinin
mərhələləri hesab etmək olmaz?
A) Model eksperimentlərinin aparılması;
B) Modelin qurulması;
C) Biliklərin modeldən obyekti ötürülməsi;
D) Model vasitəsi ilə alınmış biliklərin yoxlanması və istifadəsi;
E) İdarəetmə məsələsinin formalaşdırılması və məqsədin seçilməsi.
6. Modelləşdirmənin dövrü proses olması dedikdə:
A) 4 mərhələli 1-ci dövrün arxasınca 2-ci, 3-cü və s. dövrlərin təkrar oluna
bilməsi başa düşülür;
B) Hər bir mərhələnin ən azı 2 dəfə təkrarlanması başa düşülür;
C) Modeldə iştirak edən parametrlərin fasiləsiz dövrü əlaqəsi başa düşülür;
D) Modeldə iştirak edən parametrlərin diskret dövrü əlaqəsi başa düşülür;
E) Modeldə iştirak edən parametrlərin zamandan asılı olması başa duşulur.
Dostları ilə paylaş: |