BÜTÜN QEYRİ-İXTİYARİ İŞLƏRİN QAYIDIŞLARI ALLAHA TƏRƏFDİR
Tövhidi-əfali: Yəni, bilməliyik ki, varlıq aləmində iş görən, tənha Allahdır. Varlıq donu geyinən hər bir şeyin faili də (iş görən, yaradan) Odur. Vasitəli və vasitəsiz yaranan bütün mövcudların varlıqları yalnız Allahdandır. Onları varlıq mərhələsinə çatdırıb var edən də Odur. Hər təsəvvür etdiyiniz iş, hətta bəşərin işləri də Onun tərəfindəndir.
Əvvəl bəşərin ixtiyarı olmadığı işlər haqqında, ağacda bitən hər bir yarpaq və odun yandırması kimi, hər bir təsir edənin təsir etməsi də Allahdandır. Aləmlərin Pərvərdigarı oda yandırıcı, suya isə rütubətlik xasiyyəti vermişdir.
Tikənin ağızdan aşağı gedib həzm olunaraq, bədənin bir hissəsinə çevirilməsi prosesi bəşərin ixtiyarında deyildir. Bu işlərin hamısı Allaha qayıdır. Hər bir mütəhərrikin hərəkəti Ondandır. Bunlar kamil şəkildə aşkar olan mətləblərdir.
Bəzi hallarda bəşər öz iradə və ixtiyarı ilə gördüyü işlərdə səhvə yol verir. Bu səhvlər «səbr» və «təfviz» məzhəbinin meydana gəlməsinə səbəb olur. Söhbət istər-istəməz Allahın ədaləti üzərində qurularaq, qəza və qədər məsələləri ilə rabitələnir.
Dostları ilə paylaş: |