HƏQİQİ HAQLA MÜQAYİSƏLİ HAQQIN FƏRQİ
Bəzi təfsirçilər çox maraqlı bir misal çəkərək buyururlar: Borc verənin borc alan üzərində olan haqqı ilə fəqirin dövlətli üzərində olan haqqı arasında çox fərq vardır.
Əgər bir kəs başqasına borc pul veribsə, deməli onu geri almağa haqqı vardır. Fəqirin də həmçinin köməyə ehtiyacı vardır. Hər iki şəxsin eyni zamanda özlərinə məxsus haqları vardır. Lakin borc verənin haqqı həqiqi və vacib haqdır. Amma fəqirin haqqı müqayisədən başa düşülür. Yəni, ona kömək etmək yaxşıdır. Amma əgər kömək olunmasa dövlətini danlamaq olmaz. Əlbəttə bizim söhbətimiz ümumi şəkildədir. Mümkündür ki, bəzi vaxtlarda fəqirə kömək etmək vacib ola və bu vacibatı tərk etmək isə pislənə bilər.
Bütün camal və kamal sifətlərinin qarşısında Allaha həmd etmək vacibdir. Hər bir fərd bütün varlıq və kamalatın Allahdan olduğunu bilib, Ona həmd etməlidir.
Əgər bir nəfər əslində Allaha məxsus olan kamalatı zəhmət vasitəsi ilə ələ gətirə bilsə, ona tərif demək caizdir. Amma çox tərif deyilsə məkruh hesab olunur. Çünki bu təriflər ona qurur gətirə bilər. Yavaş-yavaş elə təsəvvür edər ki, bu kamillik müstəqil surətdə onun özündədir. Hətta həqiqi kamal sahibi olan Allahı yaddan çıxarmağa da səbəb ola bilər.
Dostları ilə paylaş: |