ELMİ VƏ ƏMƏLİ ƏQLİN ÇOX VƏ YA AZLIĞI
Hikmət alimlərinin dediyiə görə əqlin iki şöbəsi vardır: Elmi və əməli əql. Elmi əql ümumi idraklara aiddir. Allah, Onun adları, kamal sifətləri, aləmdəki təsiri və əşyanın xüsusiyyətləri bu qəbildən olan elmlərdir. Əməli əql isə yaxşı və pis əməlləri bir birindən ayırıb dərk etməkdir. Yəni insan bu qüvvənin vasitəsi ilə yaxşı əməli müəyyənləşdirib ona əməl edir və pis işi tanıyaraq ondan uzaq olur. Ümumiyyətlə insan öz səadət və bədbəxtliyini bu qüvvənin vasitəsi ilə əldə edə bilir. Bu fitri bir məsələdir ki, Allah-Təala onu bəşərin mərifət dərəcəsinə görə, onlara əta etmişdir. Allah-Təala bu qüvvəni bəzilərinin xüsusiyyətlərinə görə onlara daha çox əta etmişdir. Lakin bəşər onu işlətməklə azaldıb və ya çoxalda bilər.
Deməli bu qüvvə əvvəldə hamıya eyni dərəcədə verilmişdir. Əgər onu yaxşı işlədə bilsələr, davamlı surətdə çoxalacaqdır. Əksinə onun qanunlarına əməl etməyib, ona təsir etməsələr yavaş-yavaş azalacaqdır. Allah-Təala Quranda buyurur: «Ya Məhəmməd! Ümmətinlə birlikdə batildən haqqa tapınaraq pak bir müvəhhid, xalis tək Allahlı kimi üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə - islama tərəf tut, Allahın dinini, Onun yaratdığı tövhid dini olan islamı heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti haqq dininin islam olduğunu bilməz. Allah bütün insaları xilqətcə müsəlman-təkkallahlı yaratmışdır, lakin ata-anaları onları başqa dinlərə sövq etmiş, yaxud onlar yaşa dolduqda öz nadanlıqları üzündən batil dinlərə - bütpərəstliyə uymuşdur».1
Bəşər bu qüvvənin vasitəsi ilə varlıq aləminin mənbəyini, məad, Allahı və Onun Peyğəmbər (s) və İmamlarını (ə) tanıya bilir.
Dostları ilə paylaş: |