İnsan elə bir yerə çatır ki, orada Allahdan başqa heç kəsi görmür.
Bax gör ki, insaniyyətin məqamı necə bir məqamdır.
Amma bu cür şəxslərlə bərabər elə insanlar da vardır ki, öz varlıqlarını isbat etdikləri halda, Allah haqqında həmişə şəkk edərək Onu inkar edirlər. Bir halda ki, bütün məxluqların varlığı hamısı Allahdandır. Bu, əvvəldə qeyd etdiyimiz bəzilərinin qarşısına çıxa bilən həmin sualdır.
NƏ QƏDƏR Kİ, MANİƏLƏR ARADAN QALDIRILMAYIB, SƏBƏBLƏR KİFAYƏT ETMƏYƏCƏKDİR
Cavab: Əvvəldə qeyd etdiyimiz kimi, bütün elmlərin idrakı əqldə toplanmışdır. Amma bunlar «illəti-tammə» (tam səbəb) deyil, «müqtəzi» (müəyyən bir səbəb) şəkilindədir. Eyni zamanda yada salmaq lazımdır ki, bu səbəblərin həyata keçməsinin qarşısını alan maniələr də vardır. Səbəblərin (insanın fitrətindən olan elmlərin) aşkara çıxmasından ötrü maniələri aradan aparmaq lazımdır. Bütün elmlər insanın fitrətində vardır. Eyni zamanda xarici aləmdə onları aşkara çıxaran əşyalar da vardır. Lakin bu elmlərin aşkara çıxmaqları maniələrin aradan götürülməsi şərti ilədir.
Məsələn, suyu qızdırmaq üçün onun səbəblərə ehtiyacı vardır. Yəni suyu bir qaba töküb, onu odun üstünə qoyuruq. Bunlar hamısı suyun qızmasından ötrü bir səbəbdir. Amma suyun qaynamasından ötrü bir səbəbdir. Amma suyun qaynamasından ötrü bu səbəblər kifayət etmir. Onun qaynamasının qarşısını alan maniələri də aradan aparmaq lazımdır. Yəni, əgər külək əsib və ya yağış yağıb odu söndürməsə, su qaynayacaqdır.
Bu misaldan məlum olur ki, insanın fitrətində olan elmlərin aşkara çıxmasının qarşısını alan maniələr vardır. Bu maniələr nəticəsində bəşər əqlinin nuru və zatının işığı aşkar olmur, o öz Allahşünaslıq elmini xatırlaya bilmir.
Bu məsələ barəsində «Üsuli-Kafi» kitabının «Əl əqlu vəl cəhl» fəslində Həzrəti Musa ibn Cəfər (ə) Hişam üçün nəql etdiyi çox nurani bir hədis qeyd olunmuşdur. Yaxşı olar ki, elm əhli bu hədisə daha da diqqət etsinlər. İmam (ə) rəvayətin sonunda əql və cəhalətin hər biri üçün yetmiş qoşun olduğunu zikr edir. Bizim bu hədisdən məqsədimiz, orada qeyd olunmuş maniələr haqqındadır.
Dostları ilə paylaş: |