BÜTÜN İŞLƏRİ ALLAHA TAPŞIRMAQLA ZƏHMƏTLƏR AZALAR
Böyük şəxsiyyətlərdən bəziləri buyururlar: Bəndəçiliyin ən yüksək mərtəbəsi, təfriz məqamıdır. Bu məqamda olan şəxs öz məsləhətlərini kənara qoyaraq, özünü kamil surətdə Allaha tapşırır. Aləmlərin Rəbbi onun üçün nə məsləhət eləsə, onu da qəbul edir.
Bu məqamda olan şəxsin xüsusiyyətlərindən biri də, dünya müsibətlərinin ona asan gəlməsidir. Başına gələn müsibətlərə etiraz etmir. Əgər malı əlindən çıxsa, narahat olmur, çünki bu malı özü üçün rəbb hesab etməyib. Əksinə, hər bir şeyi Allaha tapşıraraq, Onun məsləhəti ilə oturub-durur.
Bütün işləri Allaha tapşırmaqla, insan rahatlıq tapır. Belə insanlar övladları öləndə də narazılıq etmirlər. Əksinə, onu Allahın əmanəti hesab edib, «Pərvərdigara, bu övladı mənə əmanət vermişdin, indi isə məsləhət bilib apardın» - deyirlər.
Təslim məqamına çatan şəxsi dünyanın heç bir hadisəsi narahat edə bilməz.
Şaban ayının on beşinci gününün duasında belə oxuyurur: «Pərvərdigara! Bizə elə bir qorxu əta elə ki, Sənin əmrindən çıxmağa daha cəsarət etməyək. Bizə elə bir yəqin əta elə ki, o yəqinin səbəbi ilə dünyanın bütün müsibətləri bizim üçün asan olsun».1
Bütün işləri Allahın əlində olduğunu və özümüzün isə o işlər haqqında nadan olduğumuzu bildikdən sonra, daha Ona etiraz etməyəcəyik.
O qədər işlər vardır ki, biz onları özümüz üçün yaxşı hesab edirik. Amma həqiqətdə onlar bizim zərərimizədir. Eyni zamanda bunun əksi də ola bilər. Bu barədə Allah-Təala buyurur: «Bəzən xoşlamadığımız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığımız bir şey sizin üçün zərərli ola bilər. Onu Allah bilir, siz bilməsəniz».2
Deməli Allaha belə müraciət etməliyik: «Pərvərdigara! Sən bizim üçün nəyi məsləhət edirsənsə, yalnız onu Səndən istəyirik. Çünki biz bütün hadisələrdən xəbərsizik. Sən bizim həqiqətən də Mövlamızsan».
Dostları ilə paylaş: |