ELM OLMAZSA İNSAN ŞÜBHƏLƏR QARŞISINDA DİZ ÇÖKMƏLİ OLAR
Allahı inkar edənlər dəlil gətirməyib ancaq şübhə doğuran sözlər işlədirlər. Məsələn, deyirlər: «Ulduzların hərəkəti cazibə qüvvəsinin təsirindəndir». Elm nuruna yetişməyən kəs, mümkündür ki, bu fikirlə razılaşsın. Amma bizim sualımız bundan ibarətdir ki, bəs cazibəni kim yaradıb? Cazibə yaradılmışdır və deməli onun da bir yaradana ehtiyacı vardır ki, onu bu nizamlı aləmdə qərar vermişdir.
Bir çoxları Darvinin təkamül nəzəriyyəsini öz meyillərinə uyğun olaraq təfsir edib insanın meymun olub, getdikcə təkamül və təbiətin seçməsi nəticəsində insan surətinə düşməsi kimi şübhələr yaradırlar. Onlar bu iddialarına heç bir dəlil və sübut gətirməyib, təkcə ehtimal və şəkdən istifadə edirlər. Elm nuruna çata bilməyən şəxs bu yerdə dayanıb, deyir: «Bəlkə onlar düz deyirlər». Halbuki, yuxarıda deyilmiş nəzəriyyənin heç bir elmi əsası yoxdur. Birinci buna görə ki, artıq elm sübu etmişdir ki, genlər heç bir vaxt dəyişə bilməz və bir məxluq digər bir məxluqa çevrilə bilməz. Həmçinin əgər meymun kamilləşmişsə onda gərək meymun nəsli yer üzündə qalmasın. Əgər bir meymun kamala çatırsa, başqa meymunlar necə olmalıdır?
İkincisi isə təbiətin seçmə məsələsidir.
Bu çox əsassız bir sözdür. Çünki seçmək, ixtiyari bir feil olub, şüur nəticəsində həyata keçir. Halbuki onlar özləri etiraf edirlər ki, təbiət şüurlu deyildir.
«Ənisul-elam» kitabında yazırlar: Bəzi materialistlər pələngin dərisinin rəngi haqqında belə deyirlər: «Pələng meşədə ağacların altında böyüdüyünə, yarpaqların arasından günəş işığının onun üzərinə düşdüyünə görə dərisinin rəngi zolaqlı olmuşdur».
Onlara demək lazımdır ki, təzə doğulub, hələ də kifayət qədər ağac yarpaqlarının altında oturmayan pələng balalarının dərisi niyə zolaqlıdır? Onların işi təkcə söz deyib, şübhə yaratmaqdan ibarətdir.
Əgər puç və mənasız sözlərə elm kəsb etmək istəsələr, gülünc vəziyyətə düşüb həqiqi elmdən uzaq düşərlər. Onlar bununla özlərini qane etsələr belə, bəs qəlbləri nə vaxt iman gətirib, sakitləşəcəkdir? «Allah-Təala möminlərin qəlblərinə təskinlik verdi».1 Elmə çatandan sonra elm nurunun yoxlamasından ötrü daimi şəkildə çalışmaq, əvvəl elmül-yəqinə və daha sonra zəhmət çəkərək eynül-yəqinə çatmaq lazımdır. Bu tərtiblə elə maqama yetişmək olar ki, bütün insanlar onun ziddinə getsələr də, onun əqidəsində heç bir naqislik baş verə bilməz.
Şəkk və əqidədə təqlid etməkdən xilas olub, Allahın qəlbin gözüylə görər. Elə buna görə də, bu qədər təkid olunmuşdur ki, uzun-uzadı yollar keçməklə olsa da, elm və mərifət kəsb edin! «Elm Çində də olsa onun ardınca gedin».2 O zamanlar Çin ən uzaq ölkə kimi tanınırdı.
Allah-Təala bizim hamımıza elm nuru əta etsin və mərifətə çatmaqda müvəffəqiyyət versin!
ÜÇÜNCÜ DƏRS
«Yeddi qat göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi öz elmi ilə əhatə etdiyini biləsiniz deyə, Allahın əmri onların arasında nazil olar».1
Dostları ilə paylaş: |