DAĞ NƏHƏNGLİKDƏ «MƏNƏMLİK» PARÇALANIB ARADAN GETSƏ, BƏSİRƏT TAPILAR
Allah-Təala buyurur: «Sən məni əsla görə bilməzsən». Ehtimal vardır ki, Allah-Təalanın - Sən məni əsla görə bilməzsən – buyurmasından məqsəd «Musa (ə) nə qədər hicabdan təmizlənməyib onun Allahı görməsi qeyri mümkündür» olsun. Çünki Musa (ə)-ın «İlahi, Özün mənə göstər» ifadəsində işlənən «mən» kəlməsinin özü hicabın bir əlamətidir. Əlbətdə bu mətləb bizim əqlimizin idrakından yüksəkdə olan dəqiq və incə bir həqiqətdir.
Allah-Təala «lakin bu dağa bax, əgər o yerində dura bilsə, sən də məni görə bilərsən,-deyə buyurdu».1
Ehtimal vardır ki, bu ayədə işlənən «dağ» kəlməsindən məqsəd, insanın nəfsindəki dağ nəhənglikdə olan «mənəmlik» iddiası olsun. İnsan öz bəzirətini mənəmlik dağılıb aradan gedəndən sonra əldə edə bilər.
«Rəbbi dağa təcəlli etdikdə, Allahın nuru dağa saçıldıqda onu parça-parça etdi. Musa da (ə) huşunu itirib yıxıldı».2
Əlbətdə biz bu ayəni irfani surətdə təhlil etdiyimizə görə əsl mənası belə olmaya da bilər. Lakin mənəmlik hicabının bu proseslərin baş verməsiylə aradan getməsi bizim ayə barəsində etdiyimiz təhlillə uyğun gəlir. Bu proseslər nəfsdə olan hicabların məhv olması və insanın eynül-yəqin mərtəbəsinə çatmasından ötrü bir hazırlıqdır. İnsan bir az da zəhmət çəksə, mənəmlikdən əsər olmayan həqqul-yəqin mərtəbəsinə çata bilər.
Dostları ilə paylaş: |