«Hər bilik sahibinin fövqündə ondan üstün bir bilici də vardır!»
DOQQUZUNCU DƏRS «Dinin əvvəli Allahı tanımaq, Allahı tanımağın kamilliyi isə Onu təsdiq etməkdir». XATİRCƏMLİK ƏLDƏ ETMƏK ÜÇÜN ELM KİFAYƏT ETMƏZ, İMAN DA LAZIMDIR Mətləb çox mühüm olduğuna görə tez-tez təkar olunmalıdır ki, zehinlərdə heç bir şübhə qalmasın. Allahı tanımaqdan ötrü istidlali əqli mərifətin kifayət etməsinə güman etməyin. Allah, nübuvvət və məadı əqlin hökmüylə tanımaq naqis olduğu kimi, bu növ dərk üslubu da naqisdir, çünki bu mərifət, şəkk və vəsvəsə ilə qarışıqdır. Belə bir şeylə şəkk etmək insanı həlakətə apara bilər. İnsanın xatircəmliyinə səbəb olan şey, qəlbdəki imandır. Əql tanıdığı şeyə, qəlb də inansa, bu vaxt imanın əlamətləri aşkar olacaqdır. Məsələn, əgər bir kəsin qəlbi aləmlərin Rəbbinin qadir və nemət bağışlayan olduğunu qəbul etsə, həmin anda onun qəlbində Allaha qarşı məhəbbət yaranacaqdır. Bu məhəbbət onun bütün günahlardan çəkinməsinə səbəb olacaqdır. Bir çox adamlar bütün ömürlərini bu mətləblərə sərf edib əqli istidalalları yaxşı bildiklərinə baxmayaraq, qəlbləri hələdə bu mətləblərə inanmamışdır. Bildikləri, quru sözlərdən başqa bir şey deyildir. Onlarda mərifət və həqiqətdən əsər-əlamət yoxdur. Onların elm, iman və qəlbləri dünyaya bağlanıb, yalnız maddi inkişaflarını düşünürlər. Deməli, hər dərs oxuyan adamın qəlbində elm yarana bilməz. Onun bildikləri, əqli terminlərdən başqa bir şey deyildir.