Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə79/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   75   76   77   78   79   80   81   82   ...   218
Üçüncü Rəy: Onlar qeyd edirlər ki, namazı yoxdursa (səbəb nə olursa-olsun) kafirdir. Qalan üç sütunu tərk edərsə kafir deyildir. Bu rəy Malikilərdən, Şəfiilərdən, və Hənbəlilərdən bəzisindən və İmam Əhmədin – rahmətullahi aleyhi – özündən gələn bir rəydir.

Dördüncü Rəy: Onlar deyirlər ki, Namaz və Zəkatı tərk edərsə kafirdir. Qalan iki sütunu tərk edən isə kafir deyildir.

Beşinci Rəy: Onlar deyirlər ki, Namazı, Zəkatı tərk edərsə və İmam onlarla döyüşərsə, onlarda imamla döyüşərlərsə o, zaman onlar kafirdilər.

Üzərində ən çox durulan və mübahisələrə səbəb olan rəylər: İkinci Rəy:Üçüncü Rəy:



Zəkat, Oruc Həcc məsələlərinə nəzər salaq: Zəkat – məsələsinə gəldikdə bu barədə Səhih Muslimdə 987 uzun bir hədis vardır. Bu hədisdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – zəkat verməyən kimsələrin əzaba düçar olması barəsində danışmışdır. Hədisin sonunda isə Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “O, kimsə ya Cənnətə, ya da Cəhənnəmə düşəcəkdir”. Əgər o, kafir olsaydı Cənnətə getməzdi. İmam Mərvəzi – rahmətullahi aleyhi – “Qadrus salət” bu hədisi dəlil gətirərək deyir ki: “Zəkatı tərk edən kafir deyildir və müşrik də deyil. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – ola bilsin ki, o Cənnətə girəcək”. Həmçinin İmam Əhməd, İmam Şəfii, İmam Malik, Useymin, Albani, İbn Bazz – Allah onlardan razı olsun - və s. bu rəydədirlər.

Oruc - məsələsinə gəldikdə isə alimlər qeyd edirlər ki, bir kimsə bilə-bilə orucunu pozsa və ya qəsdli olmadan pozsa, İcma ilə kafir deyildir və İslamdan çıxmır. İmam Mərvəzi – rahmətullahi aleyhi – deyir ki: “Bütün alimlər bütün ölkələrdə qeyd edirlər ki, bilə-bilə öz orucunu pozsa kafir deyidir”. Lakin ixtilaf onun cəzasındadır.

Həcc – bir çox alimlər qeyd edirlər ki, imkanı olduğu, gücü çatdığı halda tərk edən kafir deyildir. Onların dəlilləri: Əgər Oruc və Zəkat hansı ki, daima namaz ilə bərabər çəkilir tərk edən kafir deyilsə Həcc bundan daha öndədir.

Bu beş rəyin hər biri sələflərin görüşü olmuşdur və hər birini İbn Teymiyyə – rahmətullahi aleyhi – İmam Əhməddən – rahmətullahi aleyhi – rəvayət etmişdir. Bu ixtilaf ona dəlalət edir ki, kimsə bu rəylərdən birini götürərsə, Əhli Sünnənin rəyini götürmüş sayılır, onu bidət əhlinə nisbət etmək xətadır. Həmçinin, bu ixtilaf ona dəlalət edir ki, namazı tərk edənin təkfir olunmasında Əhli Sünnənin icma etdiyini söyləyənlər böyük xəta edirlər. Eləcə də, bu ixtilaf ona dəlalət edir ki, namaz qılmayanın təkfir olunmamasında Əhli Sünnənin icma etdiyini söyləyənlər də böyük xəta edirlər. Düzgün görüş isə budur: “Əhli Sünnə namazı tərk edənin hökmündə ixtilaf etmişdir”.

İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Alimlər İslamın dörd rükununu tərk edənin təkfiri barəsində ixtilaf etmişlər – onların vacibliyini etiqad etmək şərtilə. İmam Əhməddən – rahmətullahi aleyhi – bu barədə bir neçə görüş vardır. Alimlərin birinci rəyi: İslamın istənilən rükununu tərk edən kafirdir, hətta Həccidə. İkinci görüş: Vacibliyini inkar etmədən bunlardan hamısını tərk edən kafir deyildir! Bu görüş bir çox Fəqihlərin: Əbu Hənifə, İmam Məlik, əş-Şafii və İmam Əhmədin bir görüşüdür. İbn Batta – rahmətullahi aleyhi – da bu rəydədir. Üçüncü görüş: Namazdan başqa tərk etdiyi digər rükunlara görə kafir sayılmır. Bu da İmam Əhməddən – rahmətullahi aleyhi – olan üçüncü görüşdür və digər Sələflərdən, Malikilərdən və Şafiilərdən olanların rəyidir. Dördüncü görüş: Namaz və Zəkatı tərk edən kafir olur”803. AbdulFadl əs-Saksaki – rahmətullahi aleyhi – deyir ki: “Namazı tənbəllik səbəbilə tərk edən (qılmayan) müsəlmandır. Bu da İmam Əhmədin – rahmətullahi aleyhi – məzhəbində ən doğru rəydir. Lakin Mansurilər Əhli Sünnəti bu rəyinə görə Murciə adlandıraraq deyirlər: “Onların bu sözü ona dəlalət edir ki, onlar əməli imandan görmürlər!”804. İndi nə deyirsiniz? Biz həmişə demişik və indi də deyirik: Bu məsələ Əhli Sünnət arasında ixtilaflıdır. Heç bir kəsə ixtiyar verilməyib bir rəyi götürdükdən sonra digər tərəfi İrcalıqda və ya əksinə digər tərəfi Xəvariclikdə ittiham etsin. Necə ola bilər ki, insan İslam ümmətinə bu qədər xeyri dəymiş, bu qədər xeyir işlərin sahibi olan şeyx əl-Albanini – rahmətullahi aleyhi – pisləsin, lakin Seyid Qutb kimi Peyğəmbərləri, səhabələri təhqir edən bir kimsəni isə tərif etsin. Belə insanların açıq aydın səmimiyyətsizliyindən xəbər verir.

Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən rəvayət edilən: «Allah – subhənəhu və təalə – qullarına beş vaxt namaz fərz qılmışdır. Kim bu namazları səhlənkarlıq etmədən və qəsdən heç bir vaxtı tərk etmədən haqqı ilə yerinə yetirərsə, Allah onu Cənnətinə daxil edəcəyinə (bağışlayacağına) dair söz vermişdir. Kim də bu beş vaxt namazı qılmazsa, Allahın ona heç bir sözü yoxdur (heç bir şey ona vəd etmir). İstərsə onu Cənnətə daxil edər (bağışlayar), istərsə də əzab verər»805. Şeyxulislam İbn Teymiyyə – rahmətullahi aleyhi – belə demişdir: «Namazı tərk etməkdə israr edib heç qılmayan və namazı qılmamaqda israr edərək ölən kimsəyə gəlincə belə bir kimsə müsəlman olmaz. Lakin insanların çoxu bəzən namaz qılır, bəzən də namazı tərk edirlər. Belə kimsələr namazlarını muhafizə etmirlər. Bax bu kimi kimsələr Vaid (yəni: Allahın istəməsi (diləməsi) altındadırlar. Allah istərsə onları bağışlayar, istərsə əzab verər) altındadırlar. Buna da yuxarıda qeyd etdiyimiz hədis dəlildir»806. Mən indi kimə qulaq asım İbn Teymiyyə – rahmətullahi aleyhi –, yoxsa hansısa İnternet saytında oturan Abdullaha.... Doğrusunu isə Allah bilir bu saytlarda oturaraq insanları yollarından azdıranlar kimlərdir? Müsəlmanlar, yoxsa kafirlər? İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Həqiqətən çox insanlar, bir çox ölkələrdə öz namazlarını mühafizə etmirlər. Onlar bütünlüklə tərk etməsələr də, hərdən tərk edirlər. Belə kimsələrdə həm iman həm də nifaq vardır. Onlarla zahirinə görə müsəlman kimi rəftar etmək lazımdır”807. Bu haqda irəlidə daha geniş söz açacağıq. İbn Teymiyyədən – rahmətullahi aleyhi – deyir ki: “Qəlbdə olan mütləqdir ki, əməllərdə də biruzə verməlidir. Əgər insan ona fərz olan vacibləri yerinə yetirmirsə bu onun imanının olmamasına və ya imanının zəif olmasının göstəricisidir”808.

Problem yoxdur əgər sən namazı tərk edəni kafir görürsənsə. Lakin problem sənin bu məsələni bildikdən sonra insanları (müəyyən insanları, sənin fikrində olmayanları isə Murciyə deyirsən) sağa-sola təkfir etməyindədir. Bu isə açıq-aydın zəlalətdir. Biz görürük necə ki, alimlər bir-birilərinin rəyini gətitrirlər, lakin heç kəs qarşı tərəfi ittiham etmir murciyəlikdə, xəvariclikdə809.

Saleh İbn AbdulƏziz Əli Şeyx – Allah ondan razı olsun – (bu alim namazı tənbəllik səbəbilə tərk edəni (qılmayanı) kafir sayır. Baxın onun sözlərinə, görün o, bu məsələyə necə yaxınlaşır? Öz nəfsinizə, ağlınıza uymağı tərk edin! Sələflərin yoluna qayıdın!) Namazı tənbəllik və s. səbəblərə görə tərk etmək böyük küfrdür. Lakin onun küfrü zahiri küfrdür, batini deyildir. Həmçinin həm zahiri, həm də batini də deyildir (birlikdə) qazı tərəfindən sübut olunana qədər. (Gizli və açıq küfr nədir? Gizli insanın qəlbində gizlətdiyidir, açıq isə aydın görünən küfrdür. İnsanın küfrlə əlaqəsi üç cürdür: 1. Zahiri – İnsan açıq-aydın zahirdə küfr edir, lakin qəlbində kafir deyildir. Necə ki, bir kimsə təvil edərək cahilliyindən küfr edir. 2. Həm zahirdə, həm də batində küfr edir. Eyni vaxtda həm gizli, həm də açıq küfr. Məs: Xristian və Yəhudilər həm zahirdə, həm də batində qəlbdə kafirdilər. 3. Batini - Zahirən ondan heç bir küfr görsənmir, lakin qəlbində kafirdir. Bu da münafiqlərin halıdır). Bir kimsənin sadəcə namazı tərk etdiyinə görə Dindən çıxdığı hökmü verilməz. Lakin ümumi olaraq deyilir ki: Kim namazı tərk edərsə - Kafirdir. O, ki qaldı fərdi (müəyyən) şəxsə onu küfrdə ittiham etmək və kafirlərə tətbiq olunan qaydaları onun üzərinə tətbiq etmək üçün vacibdir ki, bu qərarı qazı versin. Çünki Qazı ondan bütün şübhələri dəf edir, onu tövbə etməyə çağırır o, namaza başlayana qədər»810. Ümumi olaraq hökm verir, lakin xüsusi hökmü vermir. Kafirlərə tətbiq olunan hökmləri ona tətbiq etmək o, vaxt olar ki, qazı onun bütün şübhələrini qaldırsın və hökm çıxarsın. Burada daha bir fayda da vardır: Qazı namaz qılmayan bir müsəlmanı namaza dəvət etməsi dəlildir ki, namaz qılmayan kafir deyildir. Çünki kafiri namaza yox, İslama dəvət edirlər. İmam Təhavi – rahmətullahi aleyhi – deyir ki: «Namazı tərk edənin (qılmayanın) kafir olmadığına dəlil odur ki, biz kafirə namaz qılmasını əmr etmirik. Əgər namazı tərk edən (qılmayan) kafir olsaydı biz ona İslamı qəbul etməsini əmr edərdik. Əgər İslamı qəbul etsə ondan sonra biz ona namaz qılmasını əmr edərik. Lakin biz belə etməyib ona namaz qılmasını əmr edirik. Çünki o, namaz əhlindən sayılır»811.



Buna görə də alimlər arasında olan ixtilaf təkfir etməyə mane olan səbəbdir. Qadağan edilmişdir müəyyən bir şəxsi təkfir etməyə, əgər Onun düşdüyü məsələdə alimlər arasında ixtilaf vardırsa. AbdulVahhab – rahmətullahi aleyhi – deyir ki: «Mən küfrdə heç kəsi ittiham etmirəm. Yalnız əgər o, məsələdə alimlər arasında ittifaq vardır ki, bu məsələ küfrdür»812. Bu da ən böyük qaydadır təkfirçilərə qarşı. Buna görə namazı tərk edəni qılmayanı kafir sayanlar təkfirçilərdir. Bunda heç bir şübhə yoxdur. Bir var ki, sən etiqad edirsən ki, namazı tərk etmək küfrdür, bunda heç bir problem yoxdur. Bir də var ki, sən bu məsələni bildikdən sonra sağa-sola hamını təkfir edirsən. Sən artıq Əhli Sünnə yox təkfirçisən.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin