ŞEYX ƏL-ALBANİNİN - Rahmətullahi Aleyhi – İRCALIQDAN UZAQ OLMASI
Onlar elə zənn edirlər ki, Şeyx əl-Albaninin - rahmətullahi aleyhi – etiqadı İman məsələsində azmış Murciyənin etiqadı ilə üst-üstə düşür. Şeyx əl-Albaninin - rahmətullahi aleyhi – Etiqadı Əhli Sünnətin etiqadıdır və İman məsələsində olduğu kimi digər məsələlərdə də onlara müvafiq olmuşdur. Buna bariz nümunə Şeyxin, İbn Teymiyyənin “əl-İman” kitabını təhqiq etməsidir. İstəyənlər bu kitaba baxa bilərlər. Bundan sonra hələ yenə də insanlar tapılır ki, Şeyxi ircalıqda ittiham edirlər. Allah hidayət versin! Şeyx Nasr əl-Aql – hafizahullah - deyir ki: “Hər kimi İrcalıqda (Murciyəlikdə) ittiham ediblərsə, ələxüsus bizim zamanda - Murciyə deyildir. Mən deyirəm: Həqiqətən Təkfir əhli və Dində həddi aşanlar, özlərini Xəvariclərə aid edənlər və aid etməyənlər, Sələfin əsasları barəsində olan etiqadı və əhkam məsələlərində anlayışları olmayanlar onlara müxalif olan alim və elm tələbələrini ircalıqda ittiham etməyə başladılar. Bu ittiham daha çox öz əksini Allahın hökmü ilə hökm vermək, Dost və Düşmən məsələlərində tapmışdır. Bəzi böyük elm sahibləri Təkfir barəsində yazılar nəşr etdikdən sonra bu məsələdə onlarla razılaşmayanlar alimləri elə bir məsələlərdə ircalıqda ittiham etdilər ki, bu məsələlər Sələflər arasında ixtilaflıdır. Araşdırmalardan da aydın olur ki, bu məsələlərin İrcalıqla (Murciyə etiqadı ilə) heç bir əlaqəsi yoxdur”782. Şeyx Əhməd Nəcmidən – hafizahullah - soruşular: “Hizbiçilərin kitablarından bəhrələnən bəzi kimsələr - İbn Bazz, İbn Useymin və əl-Albanini – rahmətullahi aleyhi – İrcalıqda ittiham edirlər. Səbəb isə müsəlman hakimləri kafir görmədikləri üçündür”. Şeyx deyir: “Bu zəlalətdir, azğınlıqdır. Bu bidət əhli hər gün bir çıxışnan çıxış edir. Əgər əl-Albani, İbn Bazz və Useymin – rahmətullahi aleyhi – bu ümmətin xeyirliləri, bu ümmətin alimləri Murciyə oldusa, onda kim qaldı? Kim qaldı onda! Biz Allaha məxsusuq və Onun hüzuruna da qayıdacağıq! Bu bəla və müsibətdir. Belə kimsələri həps edib, lazım gəlsə cəzalandırmaq ki, bu sözləri tərk etsinlər”783. Sələfi dəvətini dağıtmaq üçün Məzhəbçilərin, Təriqətçilərin, Təkfirçilərin ortaya atdıqları bir üslubdur. Alimləri, sıravi müsəlmanları İrcalıqda ittiham etmək. Alimlər deyirlər ki, biz bu məsələləri yalnız başı təkfirə bulaşan kimsələrdən eşitmişik. Şeyx əl-Albani – rahmətullahi aleyhi – və onun tələbələrini və Rabi əl-Mədxəlini – hafizahullah - ittiham etmək üçün ortaya atılan məsələdir. Şeyx AbdulHəmid əl-Cuhani – hafizhullah - deyir ki: “....Bəzi Təkfirçilər sevinmişlər ki, alimlərdən bəziləri dedikdə ki: Şeyx əl-Albani - rahmətullahi aleyhi – İman məsələsində xəta etmişdir. Alimlərin bu sözündən dırnaqları və dişləri ilə yapışmişlar. Hər yerdə yayır və bu barədə danışırlar. əl-Albani – Murciyədir, əl-Albani – xəta etmişdir.... Onlar Sələfi məktəbini dağıtmaq istəyirlər. Sümük kimi ilişib onların boğazında qalmışdır.....”784.
Şeyx əl-Albaniyə – rahmətullahi aleyhi – atılan böhtanlara və onlara cavabı AbduzAziz ər-Reys “Şeyx əl-Albaninin – rahmətullahi aleyhi – İrcalıqdan uzaq olması” barəsində topladığı kitabında cavab vermişdir. Bu kitabdan qısaldılaraq sizlərə çatdırırıq: 1) Onlar iddia edirlər ki: Şeyx əl-Albani – rahmətullahi aleyhi – deyir ki: “Əməllər iman məfhumunun içərisinə daxil deyildir”. Bu böhtanı yaymaqla Şeyxi İraclıqda ittiham etmək istəyirlər. Əsas sualları isə: Əməllər imanın həqiqəti üçün şərtdir, yoxsa kamilliyi üçün şərtdir. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “İmanın əsli – qəlb ilə bilmək və təsdiq etməkdir. Zahir əməllər isə onun budaqlarıdır. Onlar imanı kamil edirlər. İmanın əsli onu gövdəsi, əsasıdır, budaqları (əməllər) isə bu tikintinin sonudur. Məkkə dövründə Uca Allah imanın əsaslarını: Tövhid, etiqad, müjdə verici və qorxuducu ayələr nazil etmişdir, Mədinə dövründə isə İslam güc əldə etdikdən sonra Uca Allah zahiri, yəni İmanın budaqlarını nazil etdi. Bu da Cümə namazı, cəmaat namazı, azan, iqamə, cihad, oruc, içkinin, zinanın qadağan olunması və s. digər dini əmirləri və qadağaları nazil etdi. İmanın əsli onun budaqları (əməllər) ilə möhkəmlənir, budaqlar isə imanın əslini tamamlayır və qoruyur. Əgər iman azalarsa bu yalnız budaqlara (əməllərə) görə baş verir”785. Deməli əməllər imanın kamilliyi üçün şərtdir. Şeyx əl-Albani – rahmətullahi aleyhi – də bu rəydədir və heç zaman əməlləri imandan ayırmamışdır.
2) Onlar iddia edirlər ki: Şeyx əl-Albani – rahmətullahi aleyhi – Allahın hokum ilə hökm verməyəni halal görmədiyi müddətdə kafir görmür. Bu isə İrca əhlinin etiqadıdır. Subhənəllah! Bu həqiqətən də Əhli Sünnətin görüşüdür. Bunu yaddan çıxartmayın ki, bütün Əhli Sünnə alimləri Allahın hökmü ilə hökm verməyi halal görmədiyi müddətə kafir görməmişlər. İbn Bazz – rahmətullahi aleyhi – və ümməətin digər alimləri də bu görüşdə idi. Bu barədə artıq “Allahın Hökmü İlə Hökm Vermək” – bölümündə qeyd etmişik. Bəlkə bu alimləri də İrcalıqda ittiham edək? Yəqin hansısa bir cahil tapılar ki, bunları da İrcalıqda ittiham edər. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “Mən, Muhəmməd Nəsıraddin əl-Albani – rahmətullahi aleyhi – ilə çox qarşılaşmamışam. Lakin mən onda daima Sünnətə uyğun hərəkət etməyi və bidətlərlə mübarizə aparmağı həm əqidədə, həm də əməllərdə görmüşəm. Kitablarını oxuduğum zaman bu insanın hədis elmində böyük bir elmə sahib olmasını anladım, Uca Allah onun səbəbilə bir çox insanlara fayda vermişdir. O, insanlara elm vemiş, onlara doğru yolu göstərmiş və onları hədis elmilə tanış etmişdir. Bu müsəlmanlar üçün böyük nəaliyyətdir Allaha həmd olsun”786. Şeyx Rabi əl-Mədxəlidən – hafizahulah - , Şeyx əl-Albaninin – rahmətullahi aleyhi – İrca əhli olması barəsində souşurlar O: “Yox, əlbəttə ki, yox. əl-Albani – rahmətullahi aleyhi – Murciyə deyildir. O, həmişə irca əhlinə qarşı mübarizə apamışdır. O, necə irca əhli ola bilər ki, İrca əhli ilə mübarizə aparır. O, hər bir növ bidətlərdən uzaqdır, onun kimi bidət əhlinə qarşı mübarizə aparan hələ olmayıb, bizim zamanda Sələfi dəvətinin bayrağını onun kimi heç kəs yüksəkliyə qaldırmayıb. O, bidət əhlinə qarşı öz Sələfi qardaşları ilə birlikdə mübarizə aparmışdır. Buna da bütün həyatını həsr etmişdir. Həyatının əvvəlindən sonuna qədər o, İrca əhlinə qarşı mübarizə aparmışdır. Səsli dərsləri, Təhqiq etdiyi kitabları buna əyani sübutdur. Bu açıq-aydın ədalətsizlikdir – ona Murciyə demək”. Şeyx AbdulAziz Ubeydullah əl-Cabiri – rahmətullahi aleyhi – 1422-ci ildə Ciddə şəhərində keçirilən dördüncü Sələfi alimlərinin iclasında, Sələfi hədis alimlərinin etiqadı adlı dərsində ondan: Namazı tərk edənin hökmü barəsində soruşurlar. Şeyx deyir: “Bu günləri namazı tərk edəni kafir saymaq lazımdır, əks təqdirdə sən Murciyəsən” – bu səhv və əsl Murciyəliyi başa düşməməkdir. Mahiyyət etibarıyla İrcalıq sözlərə bağlıdır: Əgər iman varsa günahın təsiri yoxdur və iman nə artar, nə də azalar. Bu da Əhli Sünnət ilə onlar arasında ayrılıqdır. Muhəddis, Mucahid olan Şeyx Muhəmməd Nasıraddin əl-Albani – rahmətullahi aleyhi – bizimlə bu məsələdə razıdır. Onun etiqadı doğrudur. Bizlərin hər biri və o da daxil olmaqla deyirik ki, İman – Dil ilə iqrar, qəlb ilə təsdiq, əzalar ilə əməl etməkdir. Allaha itaətlə artar, asiliklərlə azalar. Ən qatı günahkar belə etdiyi günahına görə fasiq (asi), imanına görə isə mömindir. Bu günahıyla Rəbbi ilə qarşılaşarsa Allahın istəyindən aslıdır. Biz günahkar dediyimiz zaman günahında israrlı olan Tövhid əhlini nəzərdə tuturuq. Allaha qarşı asilik isə insanın imanını natamam edər. Ona görə də Şeyxi İraclıqda ittiham edənlər ya İrcalığın nə olduğunu anlamayıblar, ya da Şeyxi tanımırlar, ya da bu Şeyxə atılan böhtandır. Biz şahidlik edirik ki. Şeyx ona olan ittihamlardan uzaqdır. Buradan Şeyxi ittiham edənlərə bir neçə sualla müraciət etmək istəyirəm? Şeyxi ittiham edənlər, Allah xatirinə mənə Quran və Sünnədən dəlil olaraq söyləyin görüm nə fərqi vardır Şeyx əl-Albani – rahmətullahi aleyhi – ilə namazın tərkini kafir görməyən digər imamlar arasında? Nə fərqi vardır onunla digər Əhli Sünnət alimləri arasında hansı ki, etiqad edirlər ki, qəlbində xardal dənəsi boyda iman olan kimsə Cəhənnəm atəşindən çıxacaqdır. Məgər siz iddia etmirsiniz ki, zahiri əməllərin tərki küfrdü və o kimsə kafirdir. O zaman hansı əməldir ki, müsəlman bir kimsə onu tərk etdiyi zaman kafir olur? Hansı əməli tərk etməlidir ki, kafir olsun? Məgər Sünnə əhli İslamın dörd sütununu tərk edəni müsəlman görmürlərmi? Qoy cavab versinlər......”787.
3) Onlar iddia edirlər ki: Şeyx əl-Albani – rahmətullahi aleyhi – namazın fərziyyətini inkar etmədən tənbəllik səbəbilə namazı qılmayan kimsəni müsəlman sayır və kafir görmür. Bu da İrcalıqdır. Müasir Xəvariclər bu məsələni şişirdərək Sələf alimlərini İrcalıqda ittiham edirlər. Onlar deyirlər ki: Hər kim namaz qılmayanı kafir saymırsa Murciyədir. Bu ittihamların əsli cahillikdir, Dini məsələləri bilməməkdir, özü oxuyub ağır məsələlərə öz boş başıynan girməsidir, öz nəfsi istəklərinə uymaqdır. Ümmətin alimləri durmadan təkrar edirlər ki: Namazın fərziyyətini inkar etmədən, namaz qılmayan kimsə kafir deyildir. Bu rəydə olan müsəlman alimlərdən: əz-Zuhri, İmam Məlik, İmam Şəfii, Abu Ubeyd əl-Qasim əs-Səlləm – Allah onlardan razı olsun - və s. Bu da Murciyənin deyil, Əhli Sünnətin görüşüdür. Əbu Bəkr əl-İsmail – rahmətullahi aleyhi – deyir ki: “İmamlar namazı vaxtı çıxana qədər təxirə salaraq qılmayan kimsənin hökmü barəsində ixtilaf etmişlər. Bir qrup alimlər belə bir kimsəni kafir hesab etmişlər. Dəlil: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İnsan ilə küfr arasında namazın tərki vardır”. Digər qrup alimlər isə hədisi belə açıqlamışlar: Burada söhbət namazın fərziyyətini inkar edərək tərk edəndən söhbət gedir”788. Abu Usman əs-Sabuni – rahmətullahi aleyhi – deyir ki: “Əhli hədis bilə-bilə fərz namazını tərk edən müsəlmanın hökmündə ixtilaf etmişlər. İmam Əhməd, İmam Şəfii və digər Sələf alimləri hesab edirlər ki, namazı tərk edən kafir deyildir, əgər fərziyyətini inkar etmirsə. Onlar da bu hədisi fərziyyətini inkar edən kimi təfsir etmişlər”789. əl-Mərvəzi – rahmətullahi aleyhi – deyir ki: “Namazı tərk edəni kafir görməyənlər içərisində Əhli Hədis olan İmam Şəfii, Əbu Sovri, Əbu Ubeyd – Allah onlardan razı olsun - və dostlarıdır”790. Onlar iddia edirlər ki: Əgər sən namazı tənbəllik səbəbilə qılmayanı kafir saymırsansa deməli əməlləri imandan görmürsən. Subhənəllah! Namazı qılmayanı kafir görməyən alimlər İrca əhlindən fərqli olaraq hesab edirlər ki, belə bir kimsə günah içərisindədir, o kimsə namaz qılmamaqla artıq hər gün günah qazanır və Allah qorusun qorxulur ki, o insan küfr edərək ölsün, onun küfrü isə kiçik küfrdür. Şeyx əl-Albani – rahmətullahi aleyhi – deyir ki: “Şübhə yoxdur ki, İslamın dörd sütunundan birinə laqeyd yanaşan kimsənin küfrə düşməsindən qorxulur, namaza laqeyd yanaşanın isə kafir olaraq ölməsindən qorxulur”791.
Dostları ilə paylaş: |