Nə Vaxt İnsan Allahın Hökmü İlə Hökm Verməzsə Kafir Olur? 1. Əgər Allahın nazil etdiyi hökmündən başqa hökmlə hökm verməyi qanuni halal sayarsa artıq kafir olur. 2. Allahdan qeyrisinin hökmünü Allahın nazil etdiyi hökmdən üstün sayarsa kafir sayılır. «Onlar cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan cəmaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir». (əl-Maidə 50). 3. Allahın hökmü ilə Allahdan qeyrisinin hökmünü eyni və ya Allahın nazil etdiyi hökmü inkar edərsə kafir sayılır.
Nə Vaxt İnsan Allahın Hökmü İlə Hökm Verməzsə Zalım Sayılır? 1. Onlar etiqad edirlər ki, Allahın hökmü daha yaxşıdır. Bunu tətbiq etmək daha vacibdir. Lakin hökm verdiyi şəxsdən xoşu gəldiyi üçün, qohumu olduğu üçün və ya hökm verdiyi insana nifrət etdiyi üçün Allahın hökmü ilə hökm vermir. Məs: İki nəfər hakimin yanına gəlir ki, onların arasında Allahın hökmü ilə hökm versin. Birinə nifrət etdiyi üçün (düz də olsa belə) hökmü onun əleyhinə çıxardır. İbn Abbas - radıyallahu anhu– rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər insanlara iddia (tələb) etdikləri şeylər verilsəydi, bir qrup kimsələr başqa kimsələrin malları və qanları üzərində haqq iddia edərdilər. Lakin sübut etmək iddia edənin üzərinə düşür və and içmək isə inkar edənin üzərinə düşür»1093.
Nə Vaxt İnsan Allahın Hökmü İlə Hökm Verməzsə Fasiq Sayılır? 1. Öz nəfsi-istəklərinə uyaraq Allahın hökmü ilə hökm vermir. Lakin Allahın hökmünə etiqad edərək üstün sayır. Dünya malına, pula uyaraq məsələni rüşvət verənin xeyrinə həll edir. Belə kimsələr fasiqdirlər.
Bir şeyi anlayın – Allahın nazil etdiyi ilə hökm verməmək kiçik küfrdür demək və bu rəydə olmaq o demək deyil ki, bu olar? Məgər kiçik küfrü etmək icazəlidir? Kiçik küfr istənilən böyük günahdan böyükdür, ağırlığı.
Dostları ilə paylaş: |