Трансперанси Азербайджан

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 0.54 Mb.
səhifə4/6
tarix22.10.2017
ölçüsü0.54 Mb.
1   2   3   4   5   6

23-cü diaqram göstərir ki, sualların bölüşdürülməsi yuxarıda göstərilən tələb olunan xidmətin növündən asılı olaraq, C1 sualına “gəlib çıxmır”. Beləliklə, soldan sağa şkalanın artması ilə verilən xidmətin alınmasında qanuna zidd hərəkətlər ilə üzləşmək ehtimalı azalır.
Şirkətlər müxtəlif vəziyyətlərdə korrupsiya ilə üzləşməli olurlar




17% Lisenziyanın alınması və ya yeni işin qeydiyyatı

21,5% İnspeksion yoxlamalar (yanğından mühafizə, sanepidem stansiya və s.)

23% Yerli İcra orqanları və polis tərəfindən inzibati maneələrin aradan qaldırılması

29% Mülkiyyətin alınması və ya qeydiyatı

33% Nəzarət instansiyalarına hesabatların verilməsi

33,5% İdxal-İxrac əməliyyatları

34% Məhkəmə yardımı

35% Vergi orqanı

39% Rəqabətlərdən biznesin qorunması

39% Hökumət nümayəndələri tərəfindən biznesin himayə edilməsi

39,5% Güc strukturları tərəfindən himayə

42% Lazimi qanunverici qərarın təmini


49% Dövlət və ya bələdiyyə sifarişinin alınması

50% Qanunverici aktlar və s. barədə məlumatın alınması

Cavabların analizi göstərir ki, korrupsiya bəlası işgüzar dairələrin bütün tərəflərinə bəla gətirir, ən adi bir misal kimi, adicə lazımı qurumlardan informasiya alınması böyük problemə çevrilir. İnformasiya verilməsi barədə qanunlar mövcud olsa da, iki dəfə müraciət edilmədən və ya rüşvət ödənilmədən informasiya almaq mümkün olmur. Diqqət yetirilməlidir ki, respondentlər daha çox onların işlərinə nəzarət etməli olan qurumların korrupsiyaya uğradığı qənaətindədirlər. Respondentlər həmçinin qeyd edirlər ki, lisenziyaların verilməsi və qeydiyyata alınma məmurların uğramasına şərait yaradır. Yerli dövlət qurumları və polis inzibati problemlər yaradır və “özgə şirkətlər” üçün inzibati maneələri aradan qaldırmağa yardım edir. Rüşvətxorluqda Gömrük İdarəsi çox az faizlə Vergi İdarəsindən geridə qalır. Hətta birbaşa dövlət strukturlarının maraqlarına xidmət edən hesabatların verilməsi belə rüşvətlə müşaiyət olunur. Bizneslə əlaqəli hər hansı bir məsələ, mülkiyyətin əldə olunması və ya qeydiyyata salınması, və yaxud məhkəmə yardımı rüşvətsiz çox çətinliklə həll olunur.


С 2. Necə düşünürsünüz, rüşvət vermədən qeyd olunan qurumlardan xidmət və ya yardım görmək mümkündürmü?
C1 də ünvanlanan sual konkret iş müqabilində rüşvətin nə qədər alınması ilə bağlı idisə, C2-də hansı xidmətləri rüşvətsiz almaq olur şəklində idi.

.
Cədvəl 2







Xidmət növləri

Bəli

Xeyr

Cavablandırmaqda çətinlik çəkilib\cavablandırmayıb

1

Yeni iş yeri açmaq, lisenziya əldə etmək, işi müxtəlif instansiyalarda qeydiyyata saldırmaq

25

70,5

4,5

2

Yerli İcra orqanları və polis tərəfindən inzibati maneələrin aradan qaldırılması

23,5

66

10,5

3

Müvafiq informasiyanın əldə edilməsi (qanunverici aktlarla, vəziyyət və.s)

63

30

7

4

Nəzarət təftiş orqanlarının tələblərinin yumşaldılması (yanğından mühafizə, sanitar nəzərət və s)

33

62,5

4,5

5

Rəqiblərin müdaxiləsindən qorunmaq

48

39

13

6

Məsuliyyətlə bağlı məsələləri yoluna qoymaq

46,5

45

8,5

7

Dövlət və ya bələdiyyə sifarişlərini əldə etmək

38

41

21

8

Lazımı məhkəmə qərarlarının əldə edilməsi

32

56

11,5

9

Özəlləşdirmə auksionları daxil olmaqla, mülkiyyətin alınması və ya qeydiyyatdan keçirilməsi

25

64

13

10

Hökumət nümayəndələri tərəfindən biznesin himayə edilməsi

25,5

51

24

11

Lazimi qanunverici qərarın qəbul edilməsinin təmini

38

39

23

12

İdxal ixrac əməliyyatları ilə bağlı problemləri həll etmək

25

52,5

22,5

13

Güc orqanları tərəfindən biznesinin təhlükəsizliyinə dair təminat almaq

29,5

45

25,5

14

Vergilərin ödənilməsi və ya digər mütləq tələblərlə bağlı problemlərin həlli

42,2

50,5

7

Aşağıdakı 24-cü diaqramdan göründüyü kimi tələb olunan xidmətlərin pulsuz həyat keçirilməsi ilə bağlı suala bir çox halda yox cavabı verilib.


Heç bir zaman tələb olunan xidmətləri rüşvətsiz əldə etmək olmur




70,5% Yeni bir işi qeydiyyata salmaq və ya lisenziyalaşdırmaq

66% İcra hakimiyyətlər və polis tərəfindən inzibati maneələrin aradan qaldırılması

64% Mülkiyyət əldə etmək və ya qeydiyyata saldırmaq

62,5% İnspeksiyon yoxlamalar (yanğından mühafizə, sanitar nəzarət xidməti və. s.)

56% Məhkəmə yardımı

52,5% İdxal-ixrac əməliyyatlar

51% Hökumət nümayəndələri tərəfindən biznesin himayə edilməsi

50,5% Vergi idarələri

45% Güc orqanlarından qorunma

45% Nəzarət instansiyalarına hesabatların verilməsi

41% Dövlət və ya bələdiyyə sifarişlərini əldə etmək

39% Lazimi qanunverici qərarın qəbul edilməsinin təmini

39% Rəqiblərdəm öz biznesini qorumaq

30% İnformasiya əldə etmək (qanun aktları və digər məsələlərlə bağlı)

Respondentlər cavablarından aydın olur ki, arzu olunan xidmətlərin heç bir rüşvət ödənilmədən alınması olduqca çətindir. C1 də olduğu kimi burada ən öndə yeni bir iş üçün qeydiyyatın və lisenziyanın alınması durur. Daha sonra şikayət nəzarət təftiş orqanlarındandır. (yanğın söndürmə, sanitar nəzarət və.s).

C1-dəki cavablarla müqayisə apararkən qarşıya acınacaqlı mənzərə çıxır. Belə ki, daha çox respondent zorla rüşvət tələb etmək hallarını qəbul edir ki, çox az bir qisim hansısa xidmətin rüşvətsiz başa gələcəyi qənaətindədir. Rəyi soruşulanların böyük bir qismi iddia edir ki, işin yaxşı getməsi üçün nəyisə soruşmaqdansa, rüşvətin daha tez göndərilməsi məqsədə uyğundur. Bunlar daha çox özünü qeydiyyat məsələlərində, öz biznesini dövlət dairələrindən gizlətməkdə, idxal-ixrac əməliyyatlarında, dövlət və ya bələdiyyə sifarişlərinin əldə edilməsində, məhkəmə işində yardımda göstərir. İş adamları əsasən bu məsələlərlə əlaqədar rüşvət verirlər.
Zorla rüşvət tələb etmənin və xidmətlərin rüşvət ödənilmədən yerinə yetirilməsi kompaniyaların böyüklüyündən asılı olaraq dəyişir. Aşağıdakı cədvəldə “xeyir rüşvət ödəmədən tələb olunan xidməti almaq mümkün deyil” sualına verilən ümumi cavabların nəticəsini göstərir. Cədvəlin birinci sətrində göstərilən rəqəmlər 2 nömrəli cədvəldəki xidmət növlərinə bərabərdirlər.


Rüşvət ödəmədən həlli mümkün olmayan xidmətlər
Cədvəl 3


Müəssisələrin formaları

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

Orta faiz

İri müəssisələr

42,86

71,43

14,29

57,14

14,29

42,86

28,57

21,43

35,71

35,71

14,29

35,71

42,86


57,14

60,20


Kiçik müəssisələr

72,35

65,88

32,35

63,53

38,82

45,88

43,53

59,41

66,47

53,53

40,59

52,94

44,71

52,35

38,19


Şəxsi müəssisələr

75,00

62,50

18,75

56,25

62,50

37,50

25,00

50,00

62,50

37,50

43,75

62,50

50,00

25,00

43,30

Sorğuda çoxluq təşkil edən kiçik biznesin nümayəndələri bildirirlər ki, onlar üçün rüşvət ödəmədən yeni işlərin açılması və lisenziyanın alınması, idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi, dövlət və ya bələdiyyə sifarişlərinin əldə edilməsi, özəl mülkiyyətin qorunması və öz haqlarının məhkəmələrdə qorunması qeyri mümkündür. Onlar öz növbələrində bildirirlər ki, onlar üçün problemi rüşvətlə həll etmək, vergi ödəmək və ya müxtəlif strukturlara müraciət edib onlardan lazımı cavabı almaqdan daha rahatdır.

с 9. Hökumətin həyata keçirdiyi bir sıra tədbirlər sizə maneçilik törədirmi?
Aşağıdakı cədvəl respondentlərin cavablarıdır və bu cavablardan belə aydın olur ki, işgüzar dairədə dövlətin həyata keçirdiyi aşağıdakı tədbirlər narazılıqla qarşılanır.

Cədvəl 4





Hökumətin fəaliyyətləri

Bəli, çox maneçilik törədir

Bəli, maneçilik törədir

O qədər də mane olmurlar

Cavab verməyə çətinlik çəkir. cavab yoxdur

1

Ciddi nəzarət və inzibati maneələrin yaradılması

11

52,5

33,5

3

2

Lisenziyalaşdırma qaydalarının azad traktovkası

8

41,5

38

12,5

3

Ayrı-ayrı dövlət məmurlarına yaxın olan bəzi firmalar üçün vergi öhdəliklərinin yaradılması

11,5

41,5

41

6

4

Yüksək vəzifəli məmurların dövlət və bələdiyyə mülkiyyəti payı ilə şirkətlərin idarə edilməsində faktiki iştirakı

13,5

36

40

10,5

5

“Öz” şirkətləri üçün süni monopoliyaların yaradılması

18

38,5

34

9,5

6

Qanunvericilik səviyyəsində şəxsi mülkiyyət hüquqlarının zəif müdafiəsi

15

46

32

7

7

Məhkəmələrin zəif işi

16,5

39,5

35,5

8,5

8

Qanunla nəzərdə tutulmayan, lakin hökumət tərəfindən yaradılan (seçkilər daxil olmaqla) müxtəlif fondlara daxiletmələr barədə müraciətlər

14,5

23,5

51

11

9

Dövlət məmurları tərəfindən öz adamlarının firma rəhbəri vəzifələrinə təyin etmələri

12

27,5

52,5

8

10

“Özünün” və ya nəzarət altında olan firmaların qorunması

14,5

36,5

40

9

11

Regionlarda şəxsi biznesə rəhbərliyə məmurlar və ya onların qohumları nəzarət edir

20

38

34

8

12

Malın və ya əmlakın “lazimi” gətirənlərin və ya sifarişçilərin seçilməsi məqsədilə təzyiqin edilməsi

13

30,5

50

6,5

13

Dövlət orqanları (hüquq mühafizə orqanları daxil olmaqla) öz himayələrini yayırlar, biznesi qorumaq mümkünlüyü

8

34

45

13

14

Qaydalara riayət etməyən şirkətlərə təzyiq etmək məqsədilə müxtəlif nəzarət instansiyaları və yoxlamalardan istifadə

8

34

45

13

Aşağıdakı diaqram biznes dairələrində dövlət tədbirlərinin nəticəsində formalaşan rəylər öz əksini tapıb. Cavablardan belə məlum olur ki, dövlətin həyata keçirdiyi tədbirlər ümumilikdə biznesin inkişafına mane olmur.


Hökumətin addımları ümumilikdə biznesə mane olmur




32% Qanunvericilik səviyyəsində şəxsi mülkiyyət hüquqlarının zəif müdafiəsi

32,5% Ciddi nəzarət və inzibati maneələrin yaradılması

34% Regionlarda şəxsi biznesə rəhbərliyə məmurlar və ya onların qohumları nəzarət edir

34% “Öz” şirkətləri üçün süni monopoliyaların yaradılması

35,5% Məhkəmələrin zəif işi

38% Lisenziyalaşdırma qaydalarının azad traktovkası

40% “Özünün” və ya nəzarət altında olan firmaların qorunması

40% Qanunla nəzərdə tutulmayan, lakin hökumət tərəfindən yaradılan (seçkilər daxil olmaqla) müxtəlif fondlara daxiletmələr barədə müraciətlər

41% Ayrı-ayrı dövlət məmurlarına yaxın olan bəzi firmalar üçün vergi öhdəliklərinin yaradılması

45% Dövlət orqanları (hüquq mühafizə orqanları daxil olmaqla) öz himayələrini yayırlar, biznesi qorumaq mümkünlüyü

45% Qaydalara riayət etməyən şirkətlərə təzyiq etmək məqsədilə müxtəlif nəzarət instansiyaları və yoxlamalardan istifadə

50% Malın və ya əmlakın “lazimi” gətirənlərin və ya sifarişçilərin seçilməsi məqsədilə təzyiqin edilməsi

51% Qanunla nəzərdə tutulmayan, lakin hökumət tərəfindən yaradılan (seçkilər daxil olmaqla) müxtəlif fondlara daxiletmələr barədə müraciətlər

52,5% Dövlət məmurları tərəfindən öz adamlarının firma rəhbəri vəzifələrinə təyin etmələri

Cavablardan göründüyü kimi, biznesin inkişafına maneələr əsasən qanun çərçivəsində özəl mülkiyyətin qorunmasının çətin olması, məhkəmələrin effektsiz fəaliyyəti, yerli dövlət orqanları tərəfindən süni maneələrin yaradılması, biznes sahəsi ilə yüksək rütbəli məmurların və ya onların yaxınlarının çalışması və öz firmaları üçün monopoliyanın yaradılmasıdır. Ən az hallarda təzyiqin məhsul üçün “lazımi” tədarükçülərin və sifarişçilərin seçilməsi, pulun hakimiyyət tərəfindən yaradılan lakin qanunla nəzarət edilməyən ayrı-ayrı fondlara köçürülməsi, (o cümlədən seçkilər üçün ayrılması) məmurları şirkət rəhbərliyinə yalnız öz adamlarını işə götürməyi məcbur etməsi kimi formalarından istifadə olunur.

Cədvəl 4



Müəssisələrin forması

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

Orta faiz

İri müəssisə

45,14

64,29

57,14

57,14

64,29

71,43

42,86

57,14

64,29

71,43

50,00

64,29

64,29

57,14

60,20


Kiçik müəssisə

31,76

37,65

39,41

39,41

30,00

27,65

35,29

50,00

51,18

35,29

31,18

48,82

43,53

52,35

38,19


Şəxsi müəssisə

31,25

18,75

43,75

31,25

50,00

43,75

31,25

56,25

56,25

62,50

50,00

50,00

43,75

37,50

43,30

İri müəssisələr üçün işləmək və ayaqda qalmaq xırda müəssisələrə nisbətən daha asandır. Maraqlıdır ki, xırda müəssisələrlə müqayisədə ayrı-ayrı sahibkarlar hakimiyyətin qanunsuz fəaliyyətindən daha az əziyyət çəkirlər.



Kölgə İqtisadiyyatı və onun səviyyəsi

Dostları ilə paylaş:
1   2   3   4   5   6
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə