Трансперанси Азербайджан

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 0.54 Mb.
səhifə2/6
tarix22.10.2017
ölçüsü0.54 Mb.
1   2   3   4   5   6

А 1. Hazırda ölkədəki vəziyyəti necə qiymətləndirirsiniz?1




Respondentlərin cavablarından da göründüyü kimi, ölkənin vəziyyəti ümumilikdə müsbət təəsürat yaradır (66 %). Vəziyyəti qeyri qənaətbəxş hesab edənlər ümumi nisbətin 1/3-ni təşkil etsələr də, razıların sayı üstünlük təşkil edir. Bir fakta diqqət yönəldilməlidir ki, iki il əvvəl “Şəffaflıq Azərbaycan” tərəfindən ictimaiyyət arasında keçirilən sorğunun nəticələrindən aydın görünürdü ki, sadə vətəndaşların təxminən yarısı mövcud vəziyyətdən narazı, qalan yarısı isə razıdır. İş adamlarından isə hər 3 nəfərdən biri vəziyyətdən narahatdır.


Mövcud İQtİsadİ vəzİyyətİn qİymətləndİrİlməsİ və İnkİşaf perspektİvlərİ
А 2. Azərbaycandakı mövcud iqtisadi vəziyyəti necə qiymətləndirirsiniz?

İkinci diaqramdan göründüyü kimi, respondentlərin iqtisadi vəziyyətlə bağlı müsbət fikirləri ilə ümümi vəziyyətlə bağlı olan fikirləri arasında fərqli məqamlar mövcuddur. İqtisadi vəziyyətdən razılıq ifadə edənlər ümumi respondentlərin 63%-ni təşkil edir. 33% respondenti isə mövcud vəziyyət qane etmir.

Maraqlı fakt ondan ibarətdir ki, Naxçıvandan və Lənkərandan olan respondentlərin 100%-i iqtisadi vəziyyəti yaxşı və ya çox yaxşı kimi qiymətləndiriblər. Onları 85,71 % -lə Quba-Xaçmaz və Abşeron (72,73%) iş adamları izləyir. Siyahını Aran iqtisadi rayonundan olan iş adamları qapayır (67,85%). İqtisadi inkişaf baxımından və nisbətən daha zəngin iqtisadi rayonlardan Bakı şəhəri, o cümlədən Gəncə-Qazax, Şəki-Zaqatala və Dağlıq Şirvan rayonlarından olan biznesmenlərin mövcud iqtisadi vəziyyətlə bağlı münasibətləri təxminən bərabər şəkildə bölünür. Bu sualı respondentlərin hər biri demək olar ki, böyük həvəslə cavablandırıb.

A 5. Zəhmətə olmasa deyə bilərsinizmi ki, əlinizdə belə bir imkan olsa öz biznesinizi xarici ölkəyə və ya iqtisadi mühitin daha yaxşı olduğu yerlərə dəyişərsinizmi?

Yuxarıdakı 3-cü diaqramdan da göründüyü kimi, hər üç biznesmendən biri, mövcud iqtisadi durumdan razı olması ilə yanaşı biznesini xarici ölkədə davam etdirməyə də daha çox üstünlük verir. Bu cür vəziyyət hökuməti ciddi narahat etməlidir və hökumət xüsusilə də qeyri neft sektorunda çalışan iş adamlarına diqqəti artırmalıdır. Maraqlıdır ki, 2004-cü ildə keçirilən sorğuda respondentlərin 22,2% faizi ölkəni həmişəlik tərk etmək barəsində düşünürdü, bu isə əsasən iş yerlərinin olmaması və həyat səviyyəsinin aşağı olmasından irəli gəlirdi ki, bunların heç birini iş adamlarına aid etmək olmaz. (Aşağıda göstərilən D8-ə baxın). Bu sual bəzi respondentlər üçün çətinlik yaradıb və 17 % respondent bu sualı cavablandırmaqdan imtina edib. Aydındır ki, bir qrup, xüsusən də xırda bizneslə məşğul olan iş adamları bu ticarəti xarici ölkədə davam etdirmək imkanlarının nə kimi ola biləcəyini bilmirlər və ona görə də risk etməkdən çəkinirlər.


Bakıdakı respondentlər arasında (daha çox işgüzar dairələrin üzvləri) hər üç iş adamından biri öz biznesini xaricə dəyişməyə razıdır (rəyi soruşulanların 35,51%-i).
İşgüzar mühitin İNKİŞAFI
A 3. Necə düşünürsünüz, cari ildə iqtisadi vəziyyət yaxşılaşıb, əvvəlki vəziyyətdə qalır yoxsa daha da pisləşib?

Rəyi soruşulan respondentlərin əksəriyyəti iqtisadi vəziyyətin inkişafı ilə bağlı suala, daha çox optimist yanaşıblar. Belə ki, qarşıdakı illərdə iqtisadiyyatın daha da inkişaf edəcəyinə inamla yanaşanların sayı, ümidsiz yanaşanlardan 7 dəfə yüksəkdir. Maraqlıdır ki, iki il öncə optimistlər pessimist ruhda olan insanlardan 4 dəfə yüksək idi. Mövcud münasibətin əsas səbəbi dünya bazarında enerji ehtiyatlarının qiymətlərində müşahidə edilən artım və Bakı-Tiflis-Ceyhan boru kəmərinin fəaliyyətə başlamasıdır. Regionların optimist münasibətinə gəlincə buna əsas səbəb kimi, dövlətin yerlərdə bir sıra real addımlar ataraq son illərdə yeni iş yerləri açmasını göstərmək olar.


C 10. Son üç ildə hökumət tərəfindən edilən dəyişikliklərdən sonra özəl sektorda fəaliyyət göstərmək asanlaşıb, yoxsa əksinə daha da çətinləşib?

Diqqət yetirilməlidir ki, respondentlərin təxmini olaraq yarısı vəziyyətin nisbətən yaxşılaşdığını bildirir. Bununla belə, 30 % dən bir qədər artıq respondent vəziyyətin dəyişmədiyini, 10 nəfərdən biri isə vəziyyətin əksinə daha da çətinləşdiyini qeyd edirlər. Bu rəqəmlər onu göstərir ki, atılan bir sıra addımlar hələ də tam mənasında öz nəticəsini verməyib, ölkədə narazılıq edən iş adamları hələ də mövcuddur və ölkədəki iqtisadi durumda keyfiyyətli dəyişiklikər müşahidə edilmir.


Özəl sektor arasında fəaliyyət göstərməyin müəyyən qədər asanlaşdığı sahələr təhsil, sənaye, balıqçılıq, səhiyyə və sosial xidmət sahələri, kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı ilə bağlı sahələrdir, ancaq maliyyə və tikinti sahəsi ilə bağlı eyni fikirləri söyləmək olmaz.

şƏXSİ HƏYAT SƏVİYYƏSİNİN VƏZİYYƏTİ
D 8. Sosial durumunuzu necə qiymətləndirirsiniz?


Gözlənildiyi kimi, rəyi soruşulan sahibkarların böyük bir hissəsi oz sosial vəziyyətlərini yüksək hesab edirlər, yalnız respondentlərin 20%-i öz həyat səviyyələrini aşağı qiymətləndirir. Maraqlıdır ki, yalnız 4,5% sahibkar öz sosial vəziyyətini olduqca yüksək qiymətləndirir. Bununla belə? digər inkişaf etmiş ölkələrdən fərqli olaraq yerli sahibkarlar ölkədə əmlak statusunun yaranmasına zəmanət vermirlər.



ÖlkənİN ƏSAS PROBLEMLƏRİ

А 7. Ölkə üçün ən ciddi problem hansılardır?

İşgüzar dairənin nümayəndələri əvvəlcədən gözlənildiyi kimi, demək olar ki, işsizlik və ya sosial müdafiə ilə bağlı narahatlıq keçirmirlər. Əksəriyyət Qarabağ münaqişəsinin həllini daha vacib hesab edir. Maraqlıdır ki, rəyi soruşulan iş adamlarından yalnız 16,5 %-i əhalinin həyat səviyyəsinin yüksəldilməsini vacib hesab edir. (xatırladaq ki, 20 % respondent yuxarıdakı sualda öz həyat səviyyəsini aşağı vəya çox aşağı qiymətləndirmişdir). Bundan başqa, iş adamları hesab edirlər ki, ölkədə iqtisadi vəziyyətdə dəyişikliklər, neft gəlirlərindən faydalı istifadə etmək əsas vacib amillərdir. İşgüzar mühitin və infrastrukturun yaxşılaşdırılması iş adamları tərəfindən elə də böyük diqqət cəlb etməyib.




KorRupsİyAnın dərkİ
В 1. Korrupsiya dedikdə nə başa düşürsüz?

2004-cü ildə ictimaiyyət arasında keçirilən sorğuda əksəriyyət korrupsiya kimi rüşvətin adını çəkirdilərsə, işgüzar dairənin nümayəndələri vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunlara riayət edilməməsi və ictimai maraqların şəxsi maraqlara qurban verilməsini də korrupsiya kimi qiymətləndirirlər. Demək olar ki, iki il bundan əvvəl əhali arasında korrupsiya ilə bağlı informasiya olduqca aşağı səviyyədə idi, (korrupsiya deyildikdə 4,9% respondent yalnız rüşvəti başa düşdüyünü, yerdə qalan hissə ümumiyyətlə fərqləndirməkdə çətinlik çəkdiyini bildirmişdir) amma son sorğudan görünür ki, işgüzar dairənin nümayəndələri korrupsiyanın növlərini fərqləndirə bilir.


Hədiyyə heç bir dairə (nə sadə əhali, nə iş adamları) tərəfindən rüşvət kimi qəbul edilmir. Çoxları açıq şəkildə və geniş ölçüdə müşahidə edilən digər korrupsiya faktları ilə müqayisədə hədiyyəni elə də böyük korrupsiya faktı kimi qiymətləndirmirlər. Təəssüf ki, bu ictimaiyyətin geniş bir qisminin düşüncəsidir.

KorrupsİyA səvİyyəsİnİn qİymətləndİRİLMƏSİ

В 3. Korrupsiyanın səviyyəsini necə qiymətləndirirsiniz?

Çox az qisim insan ya sualı cavablandırmaqdan boyun qaçırıb ya da çətinlik çəkib. Cavablar onu göstərir ki, respondentlər korrupsiyanın səviyyəsinin yüksək olması qənaətindədirlər. 2004-cü ildə keçirilən analoji sorğuda korrupsiyanın səviyyəsi yüksək göstərilmişdir (89%), amma indiki göstərici də aşağı deyil. 75 % faiz respondent hesab edir ki, ölkədə korrupsiyanın səviyyəsi yüksəkdir. Son zamanlar korrupsiyanın dərəcəsini aşağı salmaq üçün hökumət və vətəndaş cəmiyyətləri tərəfindən müəyyən cəhdlərin edilməsinə baxmayaraq, onun tam şəkildə ləğvi hələ ki, indiki mərhələdə mümkün deyil.



kORRUPSİYAYA MÜNASİBƏT
В 2. Aşağıda verilən hansı fikirlər sizin ümumilikdə korrupsiya bağlı münasibətinizi əks etdirir?

Respondentlərdən yalnız 4 faizi hesab edir ki, korrupsiya Azərbaycan iqtisadiyyatına tənzimləyici mexanizm kimi müəyyən mənada fayda gətirir. Yuxarıdakı suallarda korrupsiyanın səviyyəsini olduqca aşağı qiymətləndirən respondentlərin faizi 20,5 olsa da, bu sualda korrupsiyanı ölkə üçün problem hesab etməyən respondentlərin faizi 30,5% dir. Korrupsiyanın səviyyəsi və ciddi problem olması ilə bağlı ortaya çıxan təzad onu göstərir ki, bu halın aradan qalxmamasında iş adamları da müəyyən məsuliyyət daşıyırlar.



İki il bundan əvvəl keçirilən analoji sorğuda rəqəmlər 8%-in 13,5%-i nisbətinə alınmışdı. Xatırladaq ki, həmin sorğu sadə xalq arasında keçirilmişdir. Bu isə onu deməyə əsas verir ki, sadə xalq bu bəlaya qarşı daha radikal mövqedədir.
В 5. İnsanlar hansı şəkildə rüşvət verirlər ?

B.2 və B.3-də verilən cavablara baxmayaraq növbəti sualı cavablandıran respondentlərin cavablarından belə aydın olur ki, əhali hələ də rüşvəti həyatlarının bir parçası hesab edir. Hər 3 respondentdən biri rüşvəti məmurların təzyiqləri nəticəsində verdiklərini bəyan edirlər. Bir qisim respondent isə rüşvət faktına dolayısı ilə bəraət qazandıraraq bildirirlər ki, bu artıq ənənə halını alıb. 2004-cü ildə keçirilən müvafiq sorğu ilə müqayisə onu göstərir ki, respondetlərin təxminən yarısı rüşvəti təzyiqlər nəticəsində verirlər.
Korrupsİyanın səbəblərİ
В 4. Ölkədə korrupsiayanın səbəbləri nələrdir?
Respondentlər növbəti sorğuda 10 ballıq cədvəl ilə korrupsiyanın səbəbləri ilə bağlı fikirlərini bildiriblər. Respondentlər cavablandırarkən daha ciddi səbəb kimi qiymətləndirdikləri faktorları çoxdan aza doğru qiymətləndiriblər.


7,75 Yuxarı dairələrin korrupsiyalaşması

6,94 Məmurların az əmək haqqı alması

6,8 Məhkəmələrin icra orqanlarından asılılığı

6,78 Hakimiyyət üzərində ictimai nəzarətin olmaması

6,69 Qanunlarda olan boşluqlar və bəzi qanunlar tam olaraq anlaşılmaması

6,35 Özəl sektorun tam müstəqil olmaması (dövlət qurumların bu sektora dolayı yolla nəzarəti)

6,1 Demokratik institutların və dövlət qurumlarının qeyri qənaətbəxş fəaliyyəti

5,49 Media orqanlarının tam müstəqil ola bilməməsi

5,06 Cəmiyyətin mənəvi cəhətdən korlanması və Allaha inam hissinin azalması

4,85 Sovet sisteminin qalığı

0,05 Hakimiyyətdə anarxiyanın mövcudluğu

0,05 Dağlıq Qarabağ probleminin həll edilməməsi


0,05 Ölkədə korrupsiyanın vəziyyətinə korrupsionerlərin nəzarət etməsi

0,05 Ziyalı təbəqənin ölkədən köçməsi

0,04 Əhali arasında kifayət qədər maarifləndirici tədbirlərin görülməməsi


Dostları ilə paylaş:
1   2   3   4   5   6
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə