Трансперанси Азербайджан



Yüklə 0,54 Mb.
səhifə3/6
tarix22.10.2017
ölçüsü0,54 Mb.
#10803
1   2   3   4   5   6

Birinci sırada respondentlər-iş adamları 2004-cü ildə olduğu kimi yuxarı dairələrin korrupsiyalaşması faktını hallandırırlar.


Məmurların maaşlarının azlığı ikinci səbəb kimi göstərilir. Maraqlıdır ki, 2004-cü ildə keçirilən sorğuda respondentlər bu faktı indiki qədər qabartmamışdılar. Respondentlər sovet dövrünün təsiri (qalığı) kimi fikirləri bir o qədər də ciddi qəbul etmirlər. Rəyi soruşulanlar sovet dövrünün artq 15 ildir dağıldığını əsas gətirərək bu variantı 4,85 balla qiymətləndiriblər. İnsanların mənəvi cəhətdən pozulması və allaha inamın azalması da analoji olaraq az balla qiymətləndirilib.

2004-cü ildə keçirilən sorğuda əhalinin qeyd etdiyi kimi korrupsiyanın inkişaf etməsində özəl sektorun payı olduqca aşağıdır və bu səbədən respondentlərin yalnız 4,84%-i bu halı korrupsiyanın inkışafında səbəb kimi göstərirlər. İşgüzar dairənin nümayəndələri bu səbəbi bir qədər daha ciddi səbəb kimi qəbul edirlər və hesab edirlər ki, özəl sektor korrupsiyanın aradan qaldırılmasında səmərəli rol oynaya bilər.


Qalan səbəblər iki qrupa bölünə bilər. Birinci qrup bir qədər daha əhəmiyyətli səbəblər- Qanunlarda olan boşluqlar və bəzi qanunların tam olaraq anlaşılmaması, Məhkəmələrin icra orqanlarından asılılığı kimi səbəblərdir. İkinci qrupa isə ictimai qınağın zəifliyi və KİV-in müstəqilliyinin az olması daxildir.

Hökumət pİramidası üzrə korrupSİYAnın bölgüsü
В 6. Hakimiyyətin hansı təbəqəsi daha çox korrupsiyaya uğrayıb?


Respondentlərin təxminən yarısı hesab edir ki, korrupsiyaya daha çox yuxarı dairələr məruz qalıb və orta təbəqənin korrupsiyaya uğraması halları yuxarı dairələrlə müqayisədə daha aşağı səviyyədədir. Amma əsas məsələ ondan ibarətdir ki, aşağı dairələrdə inkar edilmir ki, yuxarı dairələrlə korrupsiya sövdələşmələrində, onlar da iştirak edirlər. Bu dəyərli fikirdir, çünki orta səviyyəli menecerlər, kiçik müəssisələrin rəhbərləri (93% kiçik müəssisələr və ya ayrı-ayrı sahibkarlar), habelə əhalinin əksəriyyəti hakimiyyətin yuxarı təbəqəsi ilə deyil, onun aşağı təbəqə nümayəndələri ilə üz-üzə gəlirlər. Lakin bu məmurların özü rüşvət götürərək onun böyük hissəsinin yuxarılara verdiklərini gizlətmirlər. Bir çox hallarda respondentlərin fikirləri ona dəlalət edir ki, Azərbaycanda korrupsiya sosial münasibətlərin dərin qatına girib.
Diqqət yönəldilməlidir ki, respondentlərin böyük bir qismi suala cavab verməkdə çətinlik çəkdiyini bildirib. Amma bununla belə 30% respondentin özlərinin korrupsiya faktları ilə birbaşa əlaqələrinin olmasını etiraf etməsi anlaşılan faktdır.


KorrupsİyAnın son 3 İldə İnkİŞAF SƏVİYYƏSİ
В 7. 3 il bundan əvvəlki dövrlə müqayisədə korrupsiyanın hazırkı durumu necədir?

Respondentlərin son 3 il bundan əvvəlki cavabları ilə son sorğu arasındakı fərq ondan ibarətdir ki, optimist düşüncədə olanların sayı daha yüksəkdir. Amma bununla belə əksəriyyətin qənaətincə vəziyyət əvvəlki kimi qalır. Bu nəticə “Transparency İnternetional” təşkilatının 2005-2006-cı illərdə investorlar tərəfindən korrupsiyanın səviyyəsinin aşağı salındığına dair qənaətilə eynilik təşkil edir.


В 8. Hansı faktor korrupsiyanın səviyyəsinin azalmasına müsbət təsir göstərir?

Bu sual B7 də verilən suala müsbət münasibət bildirən respondentlərə verilib. Bu isə o deməkdir ki, bu ümumi respondentlərin 27,5 %-ni təşkil edir.



Respondentlər hesab edirlər ki, müsbət dəyişikliklərə səbəb iqtisadi islahatlar, qanunvericilikdə və kadr islahatlarında edilən dəyişikliklərdir.


1 % isə polis orqanlarının maaşlarında artımın, demokratik islahatların və Avropa Şurası və bu kimi digər beynəlxalq təşkilatların təzyiqinin rol oynadığını vurğulayırlar.
В 9. Hansı səbəbləri göstərə bilərsiniz ki, həmin faktorlar ötən 3 illə müqayisədə korrupsiyanın vəziyyətinin nisbətən yaxşılaşması istiqamətində müəyyən dərəcədə rola malikdir?
Bu suala anketin B7 hissəsində vəziyyətin “xeyli” və ya sadəcə “irəlilədiyini” bildirən respondentlər cavab veriblər. Bu isə ümumi respondentlərin 22,5%-ni təşkil edir. Respondentlər qiymətləndirmədə 1-dən 5-ə qədər olan qiymətlərdən istifadə ediblər.


Respondentlər korrupsiyanın səviyyəsinin azalmasına səbəb kimi ölkədə korrupsiya ilə sistemli şəkildə mübarizənin aparılması, demokratik cəmiyyətin inkişafında müəyyən irəliləyişlərin müşahidə edilməsi kimi faktorlarla əlaqələndiriblər. Bu səbəblər sorğu götürülənlərin öz mülahizələrini əks etdirir.
B8 və B9-dakı cavabları müqayisə etdikdə görünür ki, korrupsiyanın səviyyəsinin azalmasını iddia edən respondentlər iqtisadi islahatlarla bağlı siyasəti yüksək qiymətləndirir (4,12), amma fərqli fikirdə olanlar daha aşağı qiymət verirlər (3,47). Buradan belə fikir ortaya qoymaq olar ki, işgüzar dairələrin korrupsiyanın səviyyəsi ilə bağlılıqlarının olduğu danılmazdır. Korrupsiyanın korrelyasiyası məsələsində qanunvericiliyin və institutsional bazanın da rolu qiymətləndirilir. Vətəndaş cəmiyyətinin rolu bu mənada olduqca aşağı qiymətləndirilir və bu problemin cəmiyyət tərəfindən həlli perspektivlərinə inam aşağıdır.

Azərbaycanda korrupsİyayla mübarİzənİn perspektİvlərİ
В 11. Azərbaycanda korrupsiya ilə mübarizənin perspektivləri və bu mübarizə nə zaman başlayıb?


Respondentlər arasında optimist ruhda olanlar hesab edirlər ki, korrupsiya ilə mübarizə artıq başlayıb və ya yaxın vaxtlarda, ya da 3-5 il ərzində başlayacaq. Pessimist düşüncə sahibi olan respondentlər isə hesab edirlər ki, ümumiyyətlə korrupsiyaya qarşı mübarizə aparılmır və yaxın vaxt ərzində də belə bir mübarizənin başlanacağını gözləməyə dəyməz. Optimistlərin pessimistlərlə müqayisədə daha çox olması həmdə ondan xəbər verə bilər ki, respondetlər dövlət orqanlarından korrupsiya ilə mübarizə sahəsində institusional və qanunvericilik bazasının formalaşdırılmasını gözləyirlər. Optimistlərin qənaəti həm də ondan irəli gəlir ki, işgüzar dairənin nümayəndələri anlayırlar ki, korrupsiya ilə uzunmüddətli, real mübarizə bir o qədər də inandırıcı deyil. Qeyd edək ki, 2004-cü ildə keçirilən analoji sorğuda da optimist düşüncədə olanlar pessimistlərlə müqayisədə daha çox üstünlük təşkil edirdilər və onlar da belə bir qənaətdə idilər ki, korrupsiyanın qarşısının alınmasında ictimai nəzarətin də əhəmiyyətli rolu var.
KorrupSİYAYA QARŞI MÜBARİZƏDƏ QANUNVERİCİLİK VƏ İNSTİTUSİONAL BAZA
В 12. Ölkədə korrupsiyaya qarşı mübarizədə qanunvericilik və institusional bazanın səviyyəsi sizi nə dərəcədə qane edir?
Diaqram 18 A


Diaqram 18 B


Diaqram 18 C


Diaqram 18 D

Cavablardan aydın olur ki, respondentlərin çoxu Milli Məclis tərəfindən Korrupsiya ilə mübarizə sahəsində qəbul edilən qanundan xəbərdardırlar. 2004-cü il ilə müqayisədə görünür ki, həmin dövrdə çox az bir qisim bu qanundan xəbərdar idi. İş adamlarının çoxu Korrupsiyaya qarşı Mübarizə üzrə dövlət komitəsinin, Respublika Baş Prokurorluğu yanında korrupsiyaya qarşı mübarizə üzrə şöbənin yaradılması barəsində məlumatlıdırlar. Korrupsiyayla mübarizə sahəsində dövlət proqramının qəbulu ilə bağlı isə informasiya müəyyən qədər azdır. Müəyyən bir qisim bu sualı cavablandırmaqda çətinlik çəkib və fikirlərini belə əsaslandırıblar ki, bu proqramlar təxminən bir-birilərinə yaxın vaxtlarda qəbul edildiyi üçün onları ayırmaqda çətinlik çəkirlər.



B 13. Sizcə yuxarı dövlət qurumlarında korrupsiyanın vəziyyətinin müsbətə doğru dəyişməsinə ümid edirsinizmi?

Cavablardan görünür ki, təxminən yarıya qədər respondent korrupsiyaya qarşı mübarizə məqsədilə yaradılmış strukturların effektiv fəaliyyətinə ümid edirlər. Təxminən hər 5 nəfərdən biri sualı cavablandırmağa çətinlik çəkib ki, bunun da əsas səbəbi korrupsiya ilə mübarizə aparmalı olan qurumların tam gücü ilə fəaliyyət göstərməməsidir.

В 10. Qanunvericilik korrupsiyaya necə yanaşır?

Diaqram 20-dən də göründüyü kimi, bu sual respondentlər üçün nisbətən çətin olub. Mövcud qanunvericiliyi qiymətləndirmək üçün bu sahədən ən azı müəyyən qədər informasiyaya malik olmaq lazımdır ki, bir çox respondentlərdə bu heç minimal səviyyədə də deyildi. Təəcüblü deyil ki, 18 % respondent bu sualı cavablandırmaqda çətinliklə qarşılaşıb və bir çox hallarda sual cavablandırılmayıb (2004-cü ildə bu göstərici 14,6% olub). Bununla belə, respondentlərin təxminən yarısı hesab edir ki, qanunlarda olan boşluqlar korrupsiyaya bəzi hallarda şərait yaratmış olur. Hər beş nəfərdən biri əmindir ki, qanunlardakı qeyri mükəmməllik, ziddiyyətlər korrupsiyaya imkan yaradır və məmurlar bundan istifadə edir.

KorrupsİYA iLə MÜBARİZƏYƏ KİM RƏHBƏRLİK ETMƏLİDİR?
В 14. Hansi stuktur korrupsiyayla mübarizəyə rəhbərlik etməlidir?
Respondentlər bu sahədə rəhbərlik edə biləcək dövlət qurumlarının və ictimai qurumların qiymətləndirilməsini müvafiq cədvələ uyğun aparıblar. 1 ilə 10 arasında dəyişən qiymətləndirmədə 1-bir qədər az əhəmiyyət daşıyan strukturu, 10 isə daha əhəmiyyətli qurumun qiymətləndirilməsi üçün nəzərdə tutulur. Diaqram 21 qiymətləndirməni əks etdirir.

Вu sualı cavablandırmaqdan heç bir respondent imtina etməmişdir. Heç bir mübahisə olmadan əksəriyyət hesab edir ki, mübarizəyə hökumət rəhbərlik etməlidir. Daha sonra hüquq mühafizə orqanlarının adı hallanır. Parlament qanunverici hakimiyyət olmaqla yanaşı, xalqı təmsil etdiyi üçün hesab edilir ki, onun da rolu qaçılmazdır. Parlamentlə məhkəmə yaxın ballarla qiymətləndirilib. Maraqlıdır ki, daha sonra respondentlər KİV orqanlarının adını çəkirlər. İş adamlarının mövqeyi ilə 2004-cü ildə sorğuda iştirak edən sadə əhalinin mövqeyində yaxınlıq çoxdur.


İşgüzar dairənin üzvləri biznes assosiasiyalarının korrupsiya ilə mübarizə sahəsində də roluna inanırlar. Birbaşa hökumətlə bağlılığı olmayan yerli ictimai təşkilatların korrupsiya ilə mübarizə sahəsində rolu olduqca aşağı qiymətləndirilir. Bunların arasında partiyalar, bələdiyyələr, QHT-lər və dini qurumların adı çəkilir.
Rəyi soruşulanların bəziləri qeyd ediblər ki, korrupsiyaya qarşı mübarizəyə Prezident və xalqın özü mübarizə aparmalıdır (əsasən, ictimai hərəkatlar vasitəsilə). Respondentlər həmçinin bu sıraya xarici dövlətləri, social tədqiqat mərkəzlərini və Təhlükəsizlik Nazirliyini də əlavə ediblər. Respondetlərin cavabları obyektiv vəziyyəti əks etdirir. Buna əsasən bu mübarizədə təkcə dövlət orqanları və hüquq mühafizə orqanları, habelə dövlət başçısı cəlb olunmamalıdır.

Eyni zamanda bəzi respondentlər korrupsiya ilə mübarizə çərçivəsində iş adamlarının biznesdən uzaqlaşdırılmasında dövlətin məsuliyyət daşıdığını bildirirlər.


Korrupsİya iLƏ mübarİzə sahəsİndə GÖRÜLƏN TƏDBİRLƏR
В 15. Sizin fikrinizcə ölkədə korrupsiyanın səviyyəsinə müsbət dəyişikliklər göstərə biləcək hansı tədbirlər görülə bilər?
Respondetlər bu bu suala 10 ballıq cədvəl üzrə cavab veriblər. 1 ilə 10 arasında dəyişən qiymətləndirmədə 1- bir qədər az əhəmiyyət daşıyan tədbiri, 10 isə daha əhəmiyyətli tədbirin qiymətləndirilməsi üçün nəzərdə tutulur.

Bu sual da respondentlər tərəfindən maraqla qarşılanıb (Heç bir respondent sualı cavablandırmaqdan imtina etməyib).


Diqqət yetirilməlidir ki, respondentlər korrupsiya ilə mübarizə sahəsində atılan addımları dəstəkləyirlər. İctimaiyyətin fikirlərinin qiymətləndirilməməsi korrupsiyanı daha da genişləndirir və korrupsiya ilə nəticəsiz mübarizələr Azərbaycan reallıqları ilə heç bir nəticə vermir və dövlətin özü-özlüyündə gücsüzlüyünə gətirib çıxarır.

İşgüzar dairənin nümayəndələri hesab edirlər ki, rüşvət verilməsinə görə məsuliyyətdən azad edilmə heç də korrupsiyanın səviyyəsinin aşağı salınmasına xidmət etmir, əksinə bu hala qarşı qanuni tədbirlərin görülməsini və məsuliyyətin daha da artırılmasını daha vacib hesab edirlər.



III.
MüxtəlİF Xİdmətlər müqabİlİndə alınan rüşvətlər respondentlərİn öz

təqdİmatında
С 1 Sizin fikrinizcə, sizin təşkilat kimi olan təşkilatlar gündəlik həyatın aşağıda qeyd olunan müxtəlif vəziyyətlərində korrupsiya ilə üzləşirmi?
С1 və С2 sualları korrupsiyaya uğramış müxtəlif strukturların aşağıda qeyd olunan xidmətləri ilə bağlı cəmiyyətdə olan münasibəti aşkar etməyə imkan verir.

Cədvəl 1



Xidmət növləri

Təsadüf edilmir

Bəzən


Hərdənbir

Bir çox hallarda

Tez-tez

Cavab verməyə çətinlik çəkir/

Cavab yoxdur

Yeni iş açmaq, lisenziya almaq, işi müxtəlif instansiyalarda qeydiyyatdan keçirmək

17

20,5

26

22,5

9

5

Yerli icra orqanları və polis tərəfindən inzibati maneələri dəf etmə

23

13,5

33

14

10

6,5

Müvafiq məlumat almaq (yeni qanunverici aktlar, qanun və qərarlar haqqında)

50

17,5

17

8

2

5,5

Yoxlama orqanlarının yoxlamaları zamanı olan tələblərin yumşaldılması (yanğından mühafizə, Sanepidem stansiya və s.)

21,5

14,5

29,5

18,5

12,5

3,5

Rəqabətçilərdən özünün mülkiyyət və biznesinin qorunması

39

17

20,5

7,5

5

11

Hesabatın verilməsi ilə bağlı problemin həlli (müxtəlif nəzarət instansiyalarına)

33

18

24

13

5

7

Dövlət və ya bələdiyyə sifarişinin alınması

49

13,5

8,5

9

3,5

16,5

Lazimi məhkəmə qərarının təmin olunması

34

18,5

18,5

10,5

8,5

10

Özəl auksionlar daxil olmaqla, mülkiyyətin alınması və ya qeydiyyatı

29

22

16

17

6,5

9,5

Hökumət nümayəndələri tərəfindən öz biznesi üçün müdafiənin təmini

39

17

17,5

7,5

5

14

Lazimi qanunverici qərarın qəbulunun təmin edilməsi

42

13

19

7

4

15

İdxal-İxrac əməliyyatları ilə bağlı problemlərin həlli

33,5

10,5

18

11,5

10

16,5

Silahlı orqanlar tərəfindən biznes üçün müdafiənin alınması

39,5

17

14,5

10

4

15

Vergilərin ödənilməsi və digər məcburi əməliyyatlar ilə bağlı problemlərin həlli

35

16

24

9,5

10

5,5

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin