Şirədən içən adam heç aclıq hiss etməzmiş.
Bu sudan içən artıq məsud olarmış,
Hər şeyə çatarmış, Tanrıdan qut bularmış.
İlk insanın atası burada yaradılınca,
Həyatı əldə edib, dadını da alınca,
Dərhal ağacı görmüş, qaçıb altına girmiş,
Sudan doyunca içmiş, həyat əldə etmiş.
Bu ağacın zirvəsi lap göylərə yetərmiş,
Göylərin üç qatına çatıb, onu dələrmiş
(Ögəl, 2006, səh. 114)
A.M.Saqalayev yazır ki, dağ və göllə yanaşı, ağac da türk dini və mifologiyasının ən qədim obrazlarından hesab olunur. Hunlar ağaca at qurbanı kəsir, kəlləsini və dərisini də budaqlarına asırdılar (Сагалаев, 1991, c. 87).
N.Qoroxov tərəfindən toplanaraq yazıya alınmış variantdakı ağac obrazı da çox maraqlıdır:
...Dünyadan göyə çıxan bir dəmir ağac vardı,
Dostları ilə paylaş: |