İnəklərin burada movuldayırdı,
Qoyunlarım bu yerdə yeyb kökəlirdi.
Buranın axar çayları gümüş kimi bərq vurur,
At kimi şütüyüən balıqlarla doludur.
Deyingən qarı tək quruldar burda qurbağalar
(Толстова, 1977, с. 160)
Mahmud Kaşğarlının (XI əsr) bulqar türklərindən gətirdiyi misal da bu qəbildəndir:
İtil suları axır, sahilləri döyərək,
Sahil qayalarını döyəcləyərək.
Qurbağa və balıqlar sürü-sürüdür,
Onlarla qaynaşır göl (Толстова, 1977, с. 160).
Lakin bu yaxınlıq və bənzərliyin səbəbi təkcə bu iki türk xalqının, yəni başqırd və qaraqalpaqların nə zamansa eyni coğrafi arealda yaşamış olmasından qaynaqlanmaya da bilər. Məsələnin kökündə etnogenetik bağların dura biləcəyi ehtimalı da unudulmamalıdır. Üstəlik də unudulmamalıdır ki, Başqırd soylarından userqanların şəcərənaməsində bu soyun öz başlanğıcını eynən qaraqalpaq - myütenlər və özbək – matienlər kimi Myüten bəydən (Myüten biy) götürdüyü vurğulanır. Yeri gəlmişkən qeyd edək ki, Userqan-myüten folklor birgəliyi mövzusu elmdə yeni deyil və R.Q.Kuzeyev bu mövzuya dəfələrlə müraciət etmişdir (Толстова, 1977, с. 160).
“Ormambet biy” poemasından isə belə məlum olur ki, qaraqalpaqlar Ormambet bəyin (“Manas”da Almanbet kimi yad edilir – B. T.) ölümündən sonra (XVI əsr) Volqa və Ural arası əraziləri tərk edərək şərqə doğru köç etmiş və hazırda yaşadıqları ərazilərdə məskunlaşmışlar. Elə həmin dövrdə də qaraqalpaqlar iç-içə, birlikdə yaşadıqları noqaylardan ayrılmışlar:
Dostları ilə paylaş: |