Türk miLLİ KÜLTÜRÜ İslam türk döVRÜNDƏ TÜrk küLTÜRÜ(*)



Yüklə 0,66 Mb.
səhifə11/27
tarix01.01.2022
ölçüsü0,66 Mb.
#104028
1   ...   7   8   9   10   11   12   13   14   ...   27
4. DİNİ HƏYAT

a. D i n s i y a s ə t i
Hələ IX əsrin ortalarında Balasağun dolaylarında 10 min evlik türk (türkmən=qarluq) kütləsinin müsəlman olması ilə başlayan türklərin Orta Şərqdə təsirli bir siyasi güc halına gəldikləri dövrdə bölgə kültür çevrəsinin ən mühüm ünsürü, şübhəsiz, din idi. İslamın yerinə yetirilməsi gərəkli va­cibələri arasında başlıcası da bu dini yaymaqdı. Əsasən "cihad" anlayışı türklərin fütuhat fəlsəfəsinə uyğun gəlir, fateh ruhlarını oxşayırdı. Bu səbəb­lərlə qaraxanilər yalnız Mavəraünnəhrin əski kültür mərkəzləri Buxara və Səmərqənddə deyil, daha şərqdə, Kaşğar və dolaylarında islamiyyəti yay­ğınlaşdıran qurumlar meydana gətirdikləri kimi, bu uğurda mücadilələrə də girişirdilər. XI əsrin ikinci yarısında İli-Yama çayları arasında yaşayan qey­ri-müslim basmıl, yabaku boyları ilə çarpışmışdılar55. İç Asiyanın dağlıq böl­gələrindən gələn izdihamlı türklərə də islamlaşmaları üçün xanlıq əra­zi­sində yer verilmişdi. Qaraxani idarəçiləri bu baxımdan daha ziyadə uyğur­la­rı hədəf almaqda idilər, zira manixeist və buddist olan bu türk toplulu­ğu­nu haq yoluna gətirilməsi gərəkli "zındıq"lar olaraq görürdülər56. Qəznəvi­lərdə dövlət-xalq birliyini təmin edən yeganə ünsür islamiyyət olduğu üçün mü­səl­manlıq tərəfi ağır basan bu türk dövlətinin əfqanlar və gurlarla aparı­lan çə­­tin savaşların qayəsi onları islamiyyətə qazanmaqdı57. Ayrıca rafızi kar­matilərlə də mücadilə edən qəznəvilər ən böyük uğura, şübhəsiz ki, Şi­mali Hindistanda çatmışdılar: Sultan Mahmudun 17 hind səfəri (1001-1027) ilə İndus-Pəncab həvalisinə götürdüyü islamiyyət sonra oğulları və Dehli türk sultanları vasitəsilə daha yayğınlaşdırılmış və bu, bugünkü müsəlman Pa­kistan dövlətinin təməli olmuşdur. Xalac ailəsindən Əlaüddin Məhəmmə­din (1296-1316) qeyrətləri ilə islamiyyət Dəkkana qədər gedib çatmışdı. Ana­dolunun fəthində də Bizansın əlindəki torpaqların "küffar"dan qurta­rıl­ması lüzumu kimi bir "cihad" havasına girmək türk başbuğlarının vəzifələri­ni asanlaşdırmışdı. İslamiyyət-türklük mənəvi birliyinin təmin edildiyi, həm türkün qüdrət və şanını, həm islam dinini yüksəltmək kimi bir qayə uğrunda gəlişən bu yeni ruh xaçlı ordularının bütün səylərini sıfıra düşürmək­lə qal­mamış, monqol istilaçılığını da öz islami-türk mühtəvasında əritmiş və bi­lin­diyi üzrə, 1000 illik bir dövrdə türk-islam dövlət və topluluqlarının ana siyasət cizgilərindən birini təsbit etmişdir.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin