TürklüK ÇAĞDAŞliq


Türk millətçiliyinin yaranması və inkişafı



Yüklə 1,77 Mb.
səhifə15/116
tarix01.01.2022
ölçüsü1,77 Mb.
#104304
1   ...   11   12   13   14   15   16   17   18   ...   116
3. Türk millətçiliyinin yaranması və inkişafı
Türk millətçiliyinin yaranmasının

tarixi şəraiti
Milli ideologiya kimi türk millətçiliyinin formalaşmağa başlaması əksər tədqiqatlarda XIX əsrin ikinci yarısından götürülür. Bu, həmin dövrdə müasirləşməmilliləşmə ide-yalarının meydana çıxması ilə bağlıdır.

Öncə qeyd etdiyimiz kimi milli ideologiyaların yaran-masının tarixi şəraiti kapitalist münasibətlərinin meydana çıxması ilə ETT-nin və kapitalın hakim mövqeyə keçməsi, kapitalistləşən imperiyalar daxilində milli ayrıseçkiliyin, həmçinin onların işğalçılıq və müstəmləkəçilik siyasətinin güclənməsi müqabilində müstəmləkədə olan xalqların öz milli varlığını, nisbətən geridə qalmış dövlətlərin isə öz müs-təqilliyini itirmək təhlükəsi ilə qarşılaşması olmuşdur. Milli ideyalar və hərəkatlar bir çox hallarda ilk olaraq burjua-demokratik və ya sosial-demokrat hərəkatlarının daxilində formalaşmışdır. Çünki, bu hərəkatlar daha öncə yaranmış, müasirləşmə və milli azadlıq ideyalarını əsasən müdafiə etmişlər. Məhz milli azadlıq probleminin həllini daha ön planda görən qüvvələr həmin hərəkatlardan ayrılaraq milli azadlıq hərəkatlarını və milli təmayüllü ideologiyaları formalaşdırmışlar.

XIX əsrin ortalarına qədər artıq bu proses Qərbi Avropada müəyyən qədər getmiş, bəzi imperiyalar zəifləmiş və dağılmış, milli dövlətlər formalaşmışdı. Bu proses həmin dövrdə də davam edir, həmçinin burjua-demokratik və sosialist inqilabları baş verirdi. Adətən bu proseslərin Şərqdə daha sonra baş verməsi milli ideologiyanın Şərqə, o cümlədən türk xalqlarına məhz “Qərbdən gəlməsi” kimi qiymətləndirilir. (1.9, 1.26, 1.79 və s.). Lakin bunu birmənalı olaraq demək olmaz. Sadəcə olaraq, bu dövrdə Qərbdə və Şərqdə olan mövcud reallıqlar milli ideyaların meydana çıxmasına bir zərurət yaratmış və təkanverici amil rolunu oynamışdır.

XIX əsrin ortalarında feodal münasibətlərindən çıxmamış iki böyük türk dövləti – Osmanlı və Qacarlar dövlətləri mövcud idi. Digər türk xalqlarının əksəriyyəti, o cümlədən Şimalı Azərbaycan türkləri isə kapitalıst münasibətlərinin formalaşmaqda və inkişaf etməkdə olduğu, milli ayrıseçkilik və şovinist siyasət yeridən çar Rusiyasının tərkibində idi. Qanunauyğun olaraq Osmanlı və Qacarlar dövlətlərində siyasi hərəkatlar əsasən Qərbi Avropanı nümunə götürən müasir-ləşmə (əsasən burjua-demokratik hərəkatı fonunda) ideyalarına (konstitusiya qəbulu, hüquqi-demokratik islahatlar, ETT, sənayeləşmə və s.) əsaslanmışdır. Milli ideya isə əsasən ana dilinin saflaşdırılması və mövqeyinin gücləndirilməsi, xarici kapitaldan asılılığa son qoyulması ideyası ilə məhdudlaşmışdır. Çünki, müstəqil dövlət mövcud idi və əsas problem inkişaf etmiş Qərbi Avropa ilə ayaqlaşmaq idi.

Rusiya tərkibində olan türk xalqlarının vəziyyəti isə fərqli idi. Bu türk xalqlarının müasirləşmə ilə yanaşı milli azadlıq problemi, yəni milli dövlətə sahib olma problemi də var idi. Ona görə də burada milli ideyalar milli azadlığı da ehtiva etməklə daha geniş məzmun daşımış, milli azadlıq məsələsinin ön plana keçməsi ilə milli azadlıq hərəkatlarının burjua-demokratik və sosial-demokrat hərəkatlarından ayrılması baş vermişdir.



Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin