TürklüK ÇAĞDAŞliq



Yüklə 1,77 Mb.
səhifə94/116
tarix01.01.2022
ölçüsü1,77 Mb.
#104304
1   ...   90   91   92   93   94   95   96   97   ...   116
Səfəvilər dövlətinin I Şah Abbasın hakimiyyətə gəlmə-sindən sonrakı dövrünün (1587-1736) Azərbaycan dövlətçiliyi tarixinə aid edilməməsi üçün əsasən iki bəhanə var: mülki idarəçilikdə farsların üstünlüyü və fars dilindən “rəsmi dil” (daha doğrusu saray yazışmaları dili) kimi daha çox istifadə edilməsi.

Dövləti quran türk sülaləsi, dövlətin başçısı türk, silahlı qüvvələrin və əhalinin əksəriyyətinin türklərdən ibarət olduğu bir halda mülki idarəçilikdə farslara üstünlük verilməsinin dövlətin milli mənsubiyyəti baxımından o qədər də əhəmiyyəti yoxdur. “Rəsmi dil” məsələsinə gəldikdə isə onu qeyd etmək lazımdır ki, o dövrdə müasir təsəvvürümüzdəki “rəsmi dil” anlayışı olmamışdır. Bu gün məktəblər, elm, təhsil inkişaf etdiyindən yazılı nitq cəmiyyətin həyatında mühüm əhəmiyyətə malikdir və dövlətin milli mənsubiyyətini məhz onun rəsmi dili ilə müəyyən etmək olur. O dövrdə isə əhalinin böyük əksə-riyyəti savadsız (yazıb oxumağı bilməyən) olduğundan şifahi nitq hakim mövqeyə malik olmuş və saray yazışmalarında istifadə olunan yazılı nitqin əhalinin həyatında elə bir rolu olmamış və dövlətin milli mənsubiyyəti baxımından da əhəmiyyət kəsb etməmişdir. Aydındır ki, dövlət xadimləri əhali ilə ünsiyyəti əhalinin öz dilində durmuşdur.

Səfəvi şahı II Təhmasibin hakimiyyətinin (1722-1732) əvvəllərindən imperiya əfqan, rus və Osmanlı qoşunlarının işğallarına məruz qalmış və dövlət süqut etmək təhlükəsi ilə qarşılaşmışdır. Belə bir durumda qoşun başçısı Nadirin döyüş bacarığından xəbərdar olan II Təhmasib onu hərbi müşavir (komandan) təyin edir (1726) və Səfəvi qoşunları Nadirin başçılığı altında itirilmiş əraziləri geri qaytarmağa başlayır. Hərbi-siyasi nüfuzunu xeyli yüksəltmiş Nadir xan 1732-ci ildə II Təhmasibi hakimiyyətdən uzaqlaşdıraraq və özünü onun beşikdəki körpəsinin qəyyumu elan edərək, dövlətin faktiki idarəçiliyini öz əlinə alır. O, 1736-cı ilə qədər imperiyanın əksər itirilmiş ərazilərini geri qaytarır və həmin ilin fevralında Muğanda təşkil etdiyi qurultayda özünü şah seçdirir. Nadir şah öz hakimiyyəti illərində hətta Hindistanın bir hissəsini də özündən asılı vəziyyətə salaraq, bununla dövlətin iqtisadi gücünü xeyli artırmış olur. Nadir şahın hakimiyyəti illəri Azərbaycan dövlətçiliyi tarixində ən şərəfli səhifələrdən biri olduğu halda, həmin dövr bu günə qədər “Azərbaycanda İran zülmü” adlandırılır. 1747-ci ildə Nadir şah sui-qəsd nəticəsində öldürüldükdən sonra imperiya xanlıqlara par-çalanmış, təxminən yarım əsrlik bir dövrdə bu xanlıqlar arasında vahid hakimiyyət uğrunda mübarizə getmişdir. Yalnız əsrin sonunda böyük türk sərkərdəsi Ağa Məhəmməd Xan Qacar dağılmış imperiya ərazisində vahid hakimiyyəti bərpa edərək 1796-cı ildə özünü şah elan edir. Cəmi bir il sonra isə Qarabağda sui-qəsd nəticəsində öldürülür və bundan sonra şahlıq özünə varis təyin etdiyi Xanbaba Cahanbaniyə (Fətəli Şaha) çatır.

Farslarla düşmən olan, onlarla mübarizədə hətta öz cinsi sağlamlığını itirən Ağa Məhəmməd Şah Qacar sovet tarixşünaslığında Azərbaycana düşmən kimi təqdim olun-muş, onun qurduğu Qacarlar dövləti (1796-1925) haqsız olaraq fars dövlətçiliyi tarixinə aid edilmiş, Rus-Qacar mü-haribələri isə (1804-1813 və 1826-1828) “Azərbaycan tor-paqları uğrunda Rusiya və İran arasında müharibələr” adlandırılaraq dövlətçilik tariximiz təhqir edilmişdir. Acı-nacaqlı haldır ki, bu tarixi görüşlər dərsliklərimizdə bu gün də qalmaqdadır.

Qacarlar dövləti 1921-ci ildə baş vermiş dövlət çevrilişi nəticəsində farsların əlinə keçmiş, 1925-ci ildə Qacarlar sülaləsinin hakimiyyətinə son qoyulmuş, Rza Pəhləvi şah elan edilmişdir. Bu dövrdən hakimiyyətin şovinist siyasəti ilə dövlət farslaşdırılmağa başlamışdır.

Tarix dərslikləri azmış kimi, 9-cu sinfin “Coğrafiya” dərsliyində İran dövlətinin yaranma tarixi heç bir əsas olmadan “e.ə. 530-cu il” kimi göstərilmişdir. Sanki, həmin dövrdə yaradılmış dövlət bu günədək yaşamaqdadır. Bu, tarixdən məlumatı olan insanlar üçün çox gülüncdür. Əslində isə, bu tarix İran İslam Respublikasının yarandığı ildən (1979) götürülməli idi. Necə ki, elə həmin kitabda Türkiyə dövlətinin yaranma tarixi (Səlcuqlar və ya Osmanlı dövlətinin yarandığı ildən yox) məhz Cümhuriyyətin yarandığı ildən (1923) götürülmüşdür.

Bu cur tarixi baxışlar xalqımızın şüurunda “böyük fars dövlətçiliyi tarixi” mifinin yaranmasına, milli tarix şüurumu-zun yanlış, bizi alçaldan şəkildə formalaşmasına və bizi milli haqlarımız uğrunda mübarizədən çəkindirməyə xidmət edir.

Beləliklə, “İran” adlanan ərazidə tarixən türk dövlətçiliyi hakim mövqeyə malik olmuşdur. Həmin ərazidə mövcud olmuş Midiya (e.ə.712-550), Parfiya (e.ə.250–b.e.226), Sacoğulları (879-941), Səlcuqlar (1038-1157), Atabəylər (1136-1225), Elxanlılar (1258-1357), Cəlairlər (1359-1410), Qaraqoyunlu (1410-1467), Ağqoyunlu (1467-1501), Səfəvilər (1501-1736), Avşarlar (1736-1747), Qacarlar (1796-1925) və s. kimi böyük dövlətlər türk millətinin canı-qanı bahasına qurulmuş döv-lətlərdir. Farslar isə özləri heç vaxt dövlət qura bilməyiblər və yalnız 4 dəfə fars sülalələrinin bu ərazilərdə hakimiyyəti mövcud olmuşdur, 4-ündə də başqa millətin (3-ündə türklərin, birində ərəblərin) qurduğu dövləti hakimiyyət çevrilişi yolu ilə ələ keçirmişlər. Belə ki, Əhəmənilər sülaləsi (e.ə.550-331) Midiya dövlətində, Sasanilər sülaləsi (226-651) Parfiya döv-lətində, Büveyhilər sülaləsi (935-1055) Abbasilər xilafətində, Pəhləvilər sülaləsi (1925-1979) Qacarlar dövlətində çevriliş yolu ilə hakimiyyətə gəlmişlər.





Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin