Тясдиг едирям



Yüklə 3,14 Mb.
səhifə8/9
tarix01.12.2018
ölçüsü3,14 Mb.
#85219
1   2   3   4   5   6   7   8   9

10.6.9 Moniqramın PŞ-də ödənilməsi və PF-na məlumat verilmə tarixi;

10.6.10 Kompüterdə ödəniş aparma tarixi;

10.6.11 Alan şəxsin pasport məlumatları;

10.6.12 Ödənilmiş MP1(M) blankının poçt filialına daxil olma tarixi;

10.7 Ödəniş üçün PF-na daxil olan, moniqramlar əməliyyatçı tərəfindən f.Ö-20 kitabında qeydiyyata alınaraq həmin məlumatlar telefon vasitəsilə ünvan üzrə PŞ-nin rəisinə və ya əmrlə müəyyən edilmiş işçiyə ötürülür.

10.7.1 Moniqramların qəbulu və ödənişi üzrə f.Ö-20 və F.Q-20 kitabları poçt şöbələrində də eyni qayda ilə aparılır.

10.8 Şöbə rəisi PF-dan telefonla verilmiş və f.Ö-20 kitabında qeydə alınmış bu məlumatlara əsasən ünvançıya moniqramı ödəmək üçün MP1(M) blankı və f.22 bildirişini tərtib edir.

10.9 Moniqram ünvançıya ödənildikdən sonra PŞ-nin rəisi dərhal telefonla əməliyyatçıya (nəzarətçiyə) moniqramın ödənilməsi haqqında məlumat verir, ödənişin tarixini və ünvançının pasport məlumatlarını bildirir.

10.10 PŞ-nin rəisinin verdiyi məlumatlar əsasında əməliyyatçı kompüterdə moniqramın ödənişi əməliyyatını yerinə yetirir.

10.11 Moniqramın ödənildiyi MP1(M) blankı ertəsi gündən gec olmayaraq ilk çıxan poçtla PF-nın əməliyyatçısına (nəzarətçiyə) göndərilir, f.22 bildirişi isə PŞ-də saxlanılır. PŞ-də ödənilmiş moniqramlar üçün 2 nüsxədə f.10 reyestri tərtib olunur, 1-ci nüsxə hesabatla birlikdə PF-nın nəzarətçisinə göndərilir, 2-ci nüsxə PŞ-də saxlanılır.

10.12 Nəzarətçi f.PÇ-5 qəbzinin, MP1(M) blankının (həm qəbul həm də ödəniş üzrə) PŞ tərəfindən PF-na göndərilməsinə nəzarət edir və istənilən vaxt onu PŞ rəisindən tələb edir. Əks halda bu haqda PF rəhbərliyinə yazılı məlumat verir. Nəzarətçi şəxs eyni zamanda PŞ-də qəbul olunmuş MP1(M) blankında f.PÇ-5 qəbzinin nömrəsinin düzgün yazılmasına, qəbul gününün təqvim ştempelinin və qəbuledici işçinin imzasının olmasına nəzarət edir.

10.13 PF-na daxil olan moniqramların PŞ-lərinə ötürülməsi və PŞ-lərindən telefonla qəbul edilmiş moniqramların şəbəkəyə verilməsi ilə əlaqədar aparılan f.Q-20 və F.Ö-20 kitablarına PF rəisinin müavini, yaxud PF-nin istismar üzrə mühəndisi tərəfindən gündəlik nəzarət olunmalıdır.

10.14 Moniqramlarla əlaqədar hər hansı bir sorğu, yalnız PF rəisi (müavini) tərəfindən f.Q-20 kitabına əsasən aparılır. F.Q-20 və f.Ö-20 kitablarında sıra nömrələri hər ilin əvvəlində 01 nömrəsindən başlayaraq aylar göstərilməklə ilin sonuna kimi ardıcıl olaraq nömrələnir.

10.15 F.Q-20 və f.Ö-20 kitabında qaralama və pozuntunun aparılması qadağan edilir.

10.16 Nəzarətçi tərəfindən PŞ-də ödənilmiş moniqramların MP1(M) blankının daxil olması haqda kitabda qeydiyyat aparıldıqdan sonra sənədlər arxivə verilir.

10.17 PŞ-lərdə qəbul olunmuş moniqramların telefonla PF-nın əməliyyatçısına ötürülməsi,f.Q-20 kitabında qeydə alınması və təyinatı üzrə ötürülməsi 30 dəqiqə ərzində həyata keçirilməlidir.

10.18 Ödəniş üçün PŞ-na telefonla ötürülən moniqramın ödənişi dərhal təmin edilməlidir.PF-dan uzaq məsafədə yerləşən və pul vəsaiti olmayan PŞ-nə ötürülən moniqramın ödənişi ertəsi gündən gec olmayaraq təmin olunmalıdır. Surətli pul baratı şəxsən ödənilməlidir (Etibarnamə verildiyi hallar istisna olmaqla).

10.19 Hər bir PŞ üzrə qəbul və ödəniş əməliyyatlarının poçt filialında kompüterdə ayrıca formalaşması üçün PF rəisi tərəfindən PŞ-nin siyahısı MHM-ə təqdim edilir, MHM isə hər bir kənd PŞ-sinə kod verir. Kənd PŞ-ləri üzrə kompüterdə qəbul və ödəniş əməliyyatı aparıldıqda bu PŞ-nə verilmiş kod ŞRŞ nömrəsi üçün nəzərdə tutulmuş pəncərədə yığılır və hər bir PŞ üzrə ayrıca arayış çıxarmaq mümkündür.
11. Ünvançınının soyadı və şəhərin kodu üzrə

moniqramın və poçt baratlarının axtarılması
11.1 Ünvançının adına surətli pul baratının daxil olub-olmamasını yoxlamaq üçün rejim seçimində 6 yazılır “ET” yığılır. 1-ci pəncərədə ünvançının soyadı, 2-ci pəncərədə isə şəhərin kodu üzrə baxılır:

Məs: {Həmid} {001} { } “ET”.

2-ci halda moniqramı göndərən şəhərin kodu üzrə baxılır:

Məs: { } {271} { } “ET”.

Bütün moniqramlara baxmaq üçün isə 3-cü pəncərədəX” yazılır “ET” yığılır.

Məs: { } {271} { X } “ET”.
12. Moniqramların və poçt baratlarının qəbulu və ödənişinə

dair sənədlərin saxlanması, onların PF-də arxivləşdirilməsi
12.1 Poçt Rabitəsi Qaydalarının tələblərinə əsasən pul baratı əməliyyatlarına dair (qəbul və ödəniş üzrə) sənədlər ( F.281 və aviza), nəzarət və saxlanc üçün Ödəniş Xidmətləri Şöbəsinə göndərilir.

Digər sənədlər isə PF-də saxlanılır.

Pul baratalarının qəbulu və ödənişinə dair sənədlər mühasibat sənədi olduğuna görə, mövcud qanunuvericiliyin tələblərinə əsasən bu sənədələrin PF-da qorunub saxlanılması təmin olunmalıdır.

12.2 Moniqramların qəbulu və ödənilməsi üzrə sənədlərin qorunub saxlanması hər bir PF tərəfindən təmin edilir. PF rəisinin yazılı əmrinə əsasən pul sənədlərinin arxivləşdirilməsi üçün məsul şəxs təyin edilir.

12.3 Kompüterin məlumat bazasına işlənmiş moniqramlar kompüterin yaddaşında 10 il saxlanılır (Disket formasında). Bu müddət ərzində moniqramlarla əlaqədar istənilən araşdırmanın aparılması mümkündür.

12.4 PF-da isə sənədlər 3 il müddətində saxlanılır.

12.4.1 Kompüter olmayan PŞ-də qəbul olunmuş və ödənilmiş moniqramlara dair MP1(M) blankları və f.PÇ-5 qəbzləri hər gün ilk çıxan poçtla poçt filialının nəzarətçisinə göndərilməlidir.

12.4.2 PF-na daxil olmuş hesabat sənədləri f.PÇ-5 qəbzləri və MP1(M) blankları nəzarətçi şəxs tərəfindən kompüter məlumatları ilə yoxlanılır. F.PÇ-5 qəbzləri və MP1 (M) blankları PF-da saxlanılır.

12.5 Arxiv sənədələrinin qorunub saxlanması əmrlə həvalə olunmuş şəxs onların qorunmasına və saxlanmasına məsuliyyət daşıyır.

12.6 PF-nın fəaliyyəti ilə əlaqədar arxivə qəbul olunmuş sənədlərə baxış keçirilməsinə yalnız zərurət yarandığı hallarda (məhkəmə sanksiyasına, PF rəisinin və «Azərpoçt» DM-nin verdiyi rəsmi icazəyə əsasən) yol verilir.
Yüklə 3,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin