Fokus-qrup materiallarının müzakirələrinin təhlili metodikası
1. Mətnlərin vizual və kompüter vasitəsilə aparılan köçürmə yolu ilə təhlil vahidləri olan sözlər və söz birləşmələrinin axtarışı aparılır; bu sözlər bəzi anlayışları, hadisələri, qanunauyğunluqları və yaxud prosesləri ifadə edir. Bu cür təhlil vahidlərinin (anlayışlar, altanlayışlar) tezlikli-interpretasiyalı cədvəli quraşdırılır.
2. Quraşdırılmış cədvəlin köməyi ilə aparıcı sözə (anlayışa) subyektiv münasibətin təhlili və qiymətləndirilməsi aparılır (bu zaman diskusiya iştirakçılarının ifadələri təsnifləşdirilir, qruplaşdırılır, burada kateqoriyaların mənaları müəyyən edilir, konkret problemin görünüşü, onun həlli yolları müəyyən olunur).
3. Təhlilin növbəti mərhələsində, təhsildə gender vəziyyətinə dair çıxış edənlərin fikirlərində aşkarlanmış aparıcı elementlər müəyyən edilir. Nəticədə aşağıdakı məsələlərin xüsusiyyətləri aşkarlanır: gender bərabərliyinin ictimai əhəmiyyəti, onun aktuallığı, burada irəliləyiş və yaxud geriləmə səbəbləri və meylləri, yaranan problemlərin vacibliyi və reallığı.
4. eyni zamanda təhsildə gender problemlərinə təsir edən müxtəlif amillərin (amilənin təsirinin, adət-ənənələrin, iqtisadi amillərin, ərə getməyin, ictimai rəydəki stereotiplərin) rolu da qiymətləndirilir. Müxtəlif ölçülər arasında əhəmiyyətli əlaqələr və asılılılıqların subyektiv mənalarının yuxarıda qeyd edilən amillərlə bağlı təhlili, assosiativ təhlili ilə tamamlanır.
5. Qrupun növünün, adının müəyyən edilməsi və təsvirindən sonra, müəlliflərin öz fikirlərinin, ifadələrininin doğruluğunda əminliyinin yoxlanılması üçün diskurs-təhlil aparılır. Burada müəlliflərin ifadələrinin, onların əqidəsinə, «ideoloji» əminliyinə uyğunluğu təhlil olunur. Qiymətvermə və rəylərdə əsaslandırma tərzinə də fikir verilir.
6. Təhlil prosesi müqayisəli şəkildə aşağıdakı məqamlara verilən ümumi qiymətlərin müqayisəsini təmin etməlidir:
-
konseptual qruplar arasında oxşarlıq və fərqlər;
-
universitetlər arasında oxşarlıq və fərqlər;
-
qadınların və kişilərin sosial davranışında oxşarlıq və fərqlər;
-
kontrastlı (fərqli) yaş qrupları arasında oxşar və fərqli cəhətlər (sosial yaş mənasında).
Mövzunun məzmunu baxımından müzakirəyə çıxarılan problemlər aşağıdakı ardıcıllıqla ifadə olunmuşdu:
-
Ali təhsil sistemində müəllim arasında cinsi əlamət arasında diskriminasiya varmı?
-
Ali təhsilin idarəolunması sahəsində qadınların təmsil olunması haqqında fikriniz nədir?
-
Peşə və elmi artım mənasında kişilər və qadınların imkanlarında fərqlər varmı?
-
Ali məktəblərdə genderlə bağlı fənnlər tədris olunmalıdırmı?
-
Müəllimlər və tələbələr tərəfindən cinslərin qarşılıqlı münasibətləri elmi tədqiqat obyekti kimi götürülüb öyrənilirmi?
-
Oğlanlar və qızlar tərəfindən gender mövzusunda xüsusi kursların tədris materiallarının qavranılması və mənimsənilməsi dərəcəsində fərqlər varmı?
-
Tələbələrin bilikləri və davranışı qiymətləndirilən zaman, müəllimlər, ali məktəb müdiriyyəti onların cinsi mənsubiyyətinə müəyyən əhəmiyyət verirlərmi?
-
Oğlanlar və qızlar üçün təhsil almaq halının əhəmiyyəti nə dərəcədə fərqlidir?
-
Ölkənin təhsil sistemində, ali məktəblərdə cinslərin ictimai bərabərliyinin gələcəkdə inkişafı üçün nə təklif edə biləcəksiniz?
Təhlil üç əsas problemlər sahəsi ilə bağlıdır:
-
ali təhsil sistemində gender balansı və onun məzmunu;
-
ali məktəblərdə genderin elm və təhsil sahələrində tətbiqi;
-
tədqiqatın nəticələri və yeni təkliflər.
3. Nəticələrin icmalı
3.1. Ali təhsil sistemində gender balansı və onun məzmunu
|