Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə42/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#7519
1   ...   38   39   40   41   42   43   44   45   ...   55

RÜbubiyyət cilvəsi


Allah-Taala insanı doğulduğu gündən dünyasını dəyişdiyi günədək iki istiqamətdə tərbiyələndirir: maddi və mə`nəvi.

Maddi tərbiyə insanın ixtiyarına verilmiş saysız-hesabsız ne`mətlərdən istifadə qaydalarını müəyyənləşdirir. “Yunus” surəsinin 31-ci ayəsində buyurulur: “De ki, sizə göydən və yerdən ruzi verən, qulaqlara və gözlərə sahib olan, ölüdən diri və diridən ölü çıxaran, işləri sahmana salan kimdir? Deyəcəklər ki, Allahdır. De ki, bəs Allahdan qorxmursunuz?”

İnsan öz orqanizminin bir üzvünün funksiyalarını dərk etməkdə acizdir. Məsələn, göz əsasən altı hissədən ibarətdir: göz kasası, göz kürəsi, xarici əzələlər, göz qapaqları, qapaq daxili, göz yaşı qurğusu. Göz kürəsi göz kasasının yalnız 1/5 hissəsini doldurur. Gözün hərəkətinə beyin kürələri nəzarət edir. Qapaqlar və kirpiklər gözü xarici tə`sirlərdən qoruyur. Burunla əlaqəli olan göz yaşı qurğusu gözü şəffaf və təmiz saxlayır. Göz kürəsi gözün xarakterik xüsusiyyətlərini, eləcə də rəngini tə`yin edən üç hissədən ibarətdir.

İnsan orqanizmində təqribən 15 milyard sinir hüceyrəsi iştirak edir. Bu mexanizmin ən primitiv nümunəsini yaratmaq üçün yüksək ixtisaslı elektronika mütəxəssisinə qırx min il vaxt lazımdır! İnsanı nütfədən, nütfəni torpaqdan yaradan Xaliq yenidən insanda nütfə vücuda gətirir. Toyuqdan yumurta, yumurtadan isə toyuq yaranır. Bu mürəkkəb proseslərə yalnız Allahın qadir olduğunu bilən insan hansı məntiqlə Ona şərik axtarır?!

İnsan əql, fitrət, vicdan, nübuvvət, imamət, ilahi kitablar kimi mə`nəvi tərbiyə vasitələri ilə həqiqi azadlıq qazanır. Bu azadlıq sayəsində Allahın razılığına müvəffəq olur.

Həzrət Əli (ə) duanın bu hissəsində ərz edir ki, maddi və mə`nəvi ne`mətlər vasitəsi ilə Allahın rübubiyyətini qəbul etmiş bəndənin Allah dərgahından qovulması çox uzaq bir fikirdir. Allah-Taala buyurur: “Məni çağırdınız - cavab verdim. Məndən istədiniz əta etdim. Müxalifət göstərdiniz - möhlət verdim. Məni tərk etdiniz - sizi qorudum. Günah etdiniz - üstünü örtdüm. Mənə arxa çevirsəniz - geri dönməyinizi gözlər və Mənə tərəf qayıtsanız, qəbul edərəm. Mən bağışlayanların bağışlayanı, kərimlərin kərimi, mehribanların mehribanıyam.”332


Musa və Qarun


Əllamə Məclisi, Əli ibn İbrahim Qummidən belə rəvayət edir:

Qarun Musanı və onun peyğəmbərliyini inkar edib, zəkat verməkdən boyun qaçırdıqdan sonra Musa Allaha şikayət etdi. Allah-Taala buyurdu: “Göyləri və yeri sənin itaətinə qoydum, nə istəyirsən əmr et.”

Musa Qarunun qəsrinə üz tutdu. Qarun köməkçilərə göstəriş vermişdi ki, Musaya qapı açmasınlar. Musa qapıları bir işarə ilə açdığı zaman Qarun anladı ki, Musa Allahın əzabı ilə gəlib. Qarun dedi: “Ya Musa, aramızdakı yaxınlığa görə mənə rəhm et.” Musa torpağa Qarunu udmaq əmri verdi. Torpağa batan Qarun Musaya yalvararaq, tövbə edirdi. Amma Qarunun hərəkətləri Musanı çox incitmişdi.

Qarun həlak olduqdan sonra Allah-Taala Musaya buyurdu: “Ey Musa, onlar sənə çox yalvardılar, amma sən onlara rəhm etmədin. And olsun izzət və cəlalıma, əgər Məni çağırsaydılar, onlara rəhm edərdim!”


Nida oldu: Musa, yetmişcə dəfə

Qarun əlin açdı sənin tərəfə.

Bilirsənmi necə çəkdi iztirab,

Bircə dəfə olsun vermədin cavab.

İnan, çağırsaydı bir dəfə Məni,

Çəkərdim yolundan qüssəni, qəmi.

Yaratmış olsaydın əgər sən onu

İstərdin əzabdan qurtulsun canı

Yaxşıya yaxşılıq asandan asan,

Bacar günahkara rəva qıl ehsan.

Min günahdan sonra damla göz yaşı

Əlbət ki, tərpətməz cansız bir daşı.

Mənsə həmin damla göz yaşı üstə

Qaldırram bəndəmi buludlar üstə.

Güzəşt etməyə’nin nəyi var axı,

Böyüklər bacarır bağışlamağı.



Valideynin üzünə ağ olmuş gənc


“Təfsire-Nişaburi”də nəql olunur:

İslam Peyğəmbərinin (s) dövründə bir gənc ölüm ayağında olarkən Həzrət (s) onun yanına getdi. Oğlanın dili tutulduğundan şəhadət kəlmələrini deyə bilmirdi. Həzrət (s) soruşdu ki, bəlkə namazqılan deyil, ona görə dili tutulub? Dedilər ki, namaz qılandır. Həzrət (s) buyurdu ki, bəlkə zəkat ödəməyib? Dedilər ki, ödəyib. Həzrət (s): - “Bəlkə atasının üzünə ağ olub?” deyə maraqlandı. Yenə də “yox” dedilər. Nəhayət, Həzrət (s) belə bir sualla müraciət etdi: “Bəlkə anasının üzünə ağ olub?” Cavab verdilər ki, - “Bəli, anasının üzünə ağ olub.” Ananı də`vət edib oğlunu halal etməsini istədilər. Ana dedi: “Mən onu necə halal edə bilərəm ki, üzümə sillə vurub?!”

Həzrət Peyğəmbər (s) buyurdu: “Od gətirin.” Ana soruşdu ki, “Odu nə üçün istəyirsiniz?” Həzrət buyurdu ki, “Pis əməlinə görə onu yandıracağam.” Ana dedi: “Mən razı olmaram ki, onu yandırasınız. Onu doqquz ay bətnimdə gəzdirib, sonra iki il süd vermişəm, illər uzunu kənarında durmuşam. Mən onu oddan qurtarmaq üçün bağışlayıram.”

İnsan üçün həqiqi mürəbbi olmayan ana günahkar övladının yanmağına razı olmursa, həqiqi mürəbbi olan Allah öz bəndəsinin əzabına razı olarmı?! Əsla!


Çörək kəsməyin haqqı


Nəql edirlər ki, Xorasan ağalarından biri Yəzib ibn Mühəlləbdən borc almışdı. Yəzidin adamları borclunun vəkilini incidir, borcun ödənməsini tələb edirdilər. Bir gün həmin nümayəndəni Yəzidin yanına gətirirlər ki, möhlət istəsin. Bu gəliş yemək vaxtına düşür və nümayəndə də əyləşib təamlardan yeməyə başlayır.

Bunu görən Yəzid adamlarını çağırıb deyir: “Daha ondan pul tələb etməyin. Çünki süfrəmizdə çörək kəsdi. Bundan sonra ona əziyyət verməyimiz düz olmaz.”

Biz günahkar bəndələr Allahın süfrəsində çörək kəsmirikmi?!

Qonağın haqqı


Tarixçilər yazır:

Məşhur sərkərdə Mə`n ibn Zaidə 300 əsirin qətlinə fərman verir. Əsirlərin arasında olan, hələ büluğ həddinə çatmamış bir oğlan deyir: “Ey əmir, səni and verirəm Allaha, su içməmiş bizi qətlə yetirmə.” Əmir göstəriş verir ki, əsirlərə su paylansın. Oğlan suyu içib deyir: “Ey əmir, sənin süfrəndən istifadə edib, sənə qonaq olduq. Böyüklər qonağa hörmət göstərməyə layiqdirlər.” Mə`n deyir: “Düz deyirsən.” Sonra isə bütün əsirləri azad edir.

Bəli, Həzrət Əli (ə) buyurduğu kimi, Allahın süfrəsində qonaq olmuş bəndənin əzab görəcəyi ehtimal olunmur.
Kiçilmişik torpağadək,

«Mən» bütümüz çilik-çilik.

Kiçilməklə ucalmışıq,

Məhəbbətdən kam almışıq.

Sənsən səbrü-qərarımız,

Yox dünya adlı yarımız.

Göz açılır görür Səni,

İnan, yox başqa həmdəmi.

Günahımız olsa da çox

Səcdəmizin qatqısı yox.

Yoxsa da bir günah duyan

Nəyimiz var Sənə əyan.

Çıxsa da suçumuz dizə

Öz qəmimiz yetər bizə.

Qaradırsa da naməmiz.

Göz yaşıdır nişanəmiz.

Olarmı ki, sınıq könül

Od içində qala zəlil?


“Və ləytə şi`ri, ya Səyyidi və İlahi və Məvlayə, ətusəllitun-narə əla vucuhin xərrət liəzəmətikə sacidətən, və əla əlsunin nətəqət bitəvhidikə sadiqətən və bişukrikə madihətən və əla qulubini`tərəfət biilahiyyətikə mühəqqiqətən və əla zəmairə həvət minəl-ilmi bikə hətta sarət xaşiətən və əla cəvarihə səət ila əvtani təəbbudikə taiətən və əşarət bistiğfarikə muz`inətən, ma hakəzəz-zənnu bikə və la uxbirna bifəzlikə Ənkə ya Kərimu ya Rəbb.”

(“Ey mənim Ağam, ey mənim Mə`budum, ey mənim Mövlam! Ey kaş biləydim ki, əzəmətin qarşısında torpağa səcdə edən çöhrələri oda salacaqsan? Tovhidin və həmdin üçün sədaqətlə mədh oxuyan dilləri, İlahiyyətini e`tiraf edən qəlbləri, mə`rifətinin əhatə etdiyi və qarşında təvazökar olan batinləri, pərəstişgahlarına eşqlə tələsən və bağışlamağını axtaran əzaları odda yandıracaqsanmı? Xeyr, Sənin haqqında belə bir güman yoxdur. Fəzl və ehsanın haqqında belə bir xəbər verilməyib, ey Kərim, ey Pərvərdigar!”)



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin