Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə43/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#7519
1   ...   39   40   41   42   43   44   45   46   ...   55

Namaz


İbadətlər arasında ən əhatəli olan namazdır. Namaz vasitəsi ilə təvazökarlıq və müt`ilik izhar olunur, Allahın birliyi e`tiraf edilir, təşəkkür bildirilir. İnsanın iradəsinə tabe olaraq bütün əzalar Kə`bə evinə peyğəmbər və imamların (ə) hərəminə tələsir. Məhz namaz yolu ilə mə`rifət əhli Allahı, özünü, yaranış hədəflərini tanıyır. Beləcə ilahi məzhərdə təvazö’ göstərir, gizlində və aşkarda Allahın birliyi təsdiq olunur, qəlb dili ilə ne`mətlərə şükür edilir, mə`rifət dolu könüllərlə müqəddəs məkanlar ziyarət olunur.

Mə`rifət əhli nə üçün Allaha nikbin olmamalıdır?! Hansı peyğəmbər, hansı kitab iman əhlinin cəzalandırılacağını xəbər verir?! Əksinə bütün mö`təbər mənbələrdə təsdiq olunur ki, iman, saleh əməl, gözəl əxlaq sahibləri büdrəsələr də tövbə etdikləri üçün Cəhənnəm atəşi ilə cəzalandırılmayacaqlar.

İnsanı əzabdan qurtaracaq ibadət olan namazda ixlas üçün Allah dərgahına əl açaq!

Həzrət Peyğəmbər (s) buyurur: “Namaz dinin qanunlarındandır. Allahın razılığı namazdadır. Namaz peyğəmbərlərin yoludur.”333 “Tə’rifi böyük olan Allah gözümün nurunu, qəlbimin sevincini namazda qərar verib, namazı mənə məhbub edib. Necə ki, təam aclığın, su isə təşnənin məhbubudur. Şübhəsiz ki, ac yedikcə doyur, təşnə su içdikcə sirab olur. Mən isə namazdan doymuram.”334 “Elə ki, namaza durdun, qibləyə üz tutdun, “Fatihə” və müyəssər olan bir surə oxudun, rükuya getdin, səcdələri başa vurdun, təşəhhüd və salam oxudun, səninlə qıldığın namaz arasında olan bütün günahlar növbəti namazadək bağışlanar.”335

Həzrət Əli (ə) buyurur: “Namaz mərhəmət nazil edər.”336 “Namaz hər bir təqvalını Allaha yaxınlaşdırır.”337 “Sizə namaz və onun hifzini tapşırıram. Çünki namaz əməllərin üstünü və dinin sütunudur.”338 “Namazda olan insanın cismi, libası və bütün ətrafındakılar təsbih deyir.”339 “Ey Kumeyl! Namaz qılmaq, oruc tutmaq, sədəqə vermək əsas deyil. Əsas odur ki, namazı pak qəlb ilə əməli Allahın razılığı üçün və xuşu` ilə yerinə yetirəsən.”340

Allaha nikbinlik


Doğrudan da, müəyyən həddə qədər iman, saleh əməl və əxlaqa malik olan şəxs, ömrünün axırınadək kamala doğru hərəkət etmək məqsədində olan mö`min insan Allaha nikbin olmalı, Onun rəhmətinə bel bağlamalıdır. Bəndə Qiyamət əzabından qorxduğu vaxt ümidvar olmalıdır ki, Qiyamət səhnəsində onunla mərhəmətli davranılacaq, onun günahları bağışlanacaqdır.

Həzrət Əli (ə) buyurur: “Nikbinlik odur ki, Allah qarşısında öz sə`ylərini xalis edəsən və büdrəmələrinin bağışlanacağına ümidvar olasan.”341

İmam Sadiq (ə) buyurur: “Allaha nikbinlik odur ki, yalnız Allaha ümid bağlayıb, yalnız öz günahlarından qorxasan.”342

İslam Peyğəmbəri (s) nikbinlik haqqında buyurur: “And olsun Ona ki, Ondan başqa mə`bud yoxdur. Mö`min bəndə Allaha ümidsiz olmaz. Çünki Allah Kərimdir və bütün yaxşılıqlar Onun əlindədir. Allah Ona nikbin olan mö`min bəndənin gümanına qarşı çıxmaqdan həya edər. Allaha nikbin olun, Ona doğru şövq göstərin.343 “Heç biriniz Allaha nikbin olmadan dünyadan getməyin. Çünki Behiştin dəyəri Allaha nikbinlikdir.”344 “Allaha nikbinlik ibadətdir.”345


“Və Əntə tə`ləmu zə`fi, ən qəlilin min bəlaid-dünya və uqubatiha, və ma yəcri fiha minəl-məkarihi əla əhliha, əla ənnə zalikə bəlaun və məkruhun qəlilun məksuhu, yəsirun bəqauhu, qəsirun muddətuhu, fəkəyfəhtimali libəlail axirəti, və cəlili vuquil məkarihi fiha, və huvə bəlaun tətulu muddətuhu və yədumu məqamuhu və la yuxəffəfu ən əhlihi liənnəhu la yəkunu illa ən ğəzəbikə vəntiqamikə və səxətikə və haza ma la təqumu ləhus-səmavatu vəl-ərzu, ya Səyyidi, fəkəyfə li və ənə əbdukəz-zəifuz-zəlilul həqirul miskinul mustəkin.”

(“Sən dünyanın kiçik qəmləri və cəzaları qarşısındakı zəifliyimizdən, əhlinə ağır gələn işlərdən xəbərdarsan. Belə ki, bu qəm-qüssə və çətinliklər yüngül və ötəridir. Elə isə zamanca uzun, məkanca əbədi olan ağır axirət çətinlikləri qarşısında necə tab gətirəcəyəm?! Həmin çətinlik Sənin qəzəbin, intiqamın və narazılığından doğduğu üçün yüngülləşdirilməz. Bu, göylərin və yerin tab gətirmədiyi bir çətinlikdir. Ey mənim Ağam, zəif, zəlil, həqir, miskin, köməksiz bir bəndə olduğum halda mən necə dözüm?!”)


Dünya və axirət bəlaları


Həzrət Əli (ə) buyurur ki, dünya bəlası axirət bəlasından bir neçə cəhətdən fərqlənir:

Əvvəla tufan, zəlzələ və digər dünya bəlaları yüngül və ötəri, axirət bəlaları isə ağır və həmişəlikdir.

İkincisi, dünya bəlaları imtahan məqsədi də daşıya bilər. Axirət çətinlikləri isə itaətsizlik və günahlara görə cəzadan başqa bir şey deyil. “Ənfal” surəsinin 46-cı ayəsində oxuyuruq: “Səbir yolunu seçin, şübhəsiz, Allah səbir edənlərlədir.” Bəli, Qur`ani-Kərim dünya bəlalarına səbir edənləri böyük mükafatla müjdələyir.346

Həzrət Peyğəmbər (s) buyurur: “Səbir üçdür: müsibət zamanı səbir, itaətdə səbir və günah məqamında səbir.”347 Lakin axirət bəlası imtahan xarakteri daşımır; o, əməlin cəzası olduğundan, burada səbir etmək təsəvvürolunmazdır və əgər bir kəs onun müqabilində səbir etsə də belə, bu səbrin heç bir savabı və əcri olmayacaqdır!


Bərzəx və Qiyamət əzabları


Qur`ani-Kərimdə xüsusi ilə onun son üç cüzvündə Bərzəx və Qiyamət əzabları təsvir olunur. Bu mövzu rəvayətlərdə də geniş şərh olunur. Həzrət Əli (ə) Allah düşmənləri haqqında buyurur: “Allahın düşməninə rəftar və görünüşcə çox çirkin, üfunət qoxuyan bir mələk yaxınlaşar. Mələk deyər: “Səni qaynar su və Cəhənnəmlə müjdələyirəm...”348

İmam Baqir (ə) buyurur: “Od əhli əzabın ağırlığından it və canavar kimi ulayar. Onlar üçün ölüm yoxdur, əzab yüngülləşmir, ac və susuzdurlar, gözləri zəifdir,çöhrələri qaradır...”349

İmam Sadiq (ə) buyurur ki, bir gün Cəbrail çox narahat halda Həzrət Peyğəmbərə (s) nazil olur. Həzrət (s) bu qəmginliyin səbəbini soruşur. Cəbrail deyir: “Bu gün Allah-Taala od haqqında əmr verdi. Bu od min il yanıb qızarmış, min il yanıb ağarmış, daha min il yanıb qaralmış bir oddur. Bu qaranlıq maddə zülmətə bürünmüşdür. Bu oddakı zəncirdən bir halqası dünyaya düşsə, dünya əriyər. Onun zəqqumundan bir damlası yer sularına qatılsa, üfunətindən dünya əhli məhv olar...”350

Pərvərdigara! Bu ağır əzablar qarşısında mən zəif bəndənin halı necə olacaq?! İbadətim naqis, günahım çox olsa da Sənin, Peyğəmbər və imamlarının, nazil etdiyin kitabının aşiqiyəm. Bəndəlik və ibadətdən qaçası deyiləm, günahkarlığı peşə seçməmişəm. Bütün nöqsanlarımın səbəbi mə`rifətimin azlığı və iradəmin zəifliyidir. Məni günaha sövq edən şey nəfsin qələbəsidir. Kamil və xalis ibadət həvəsindəyəm, günahdan təmizlənmək arzusundayam. Şeytanın, tağutun, nəfsimin əlindən zara gəlmişəm. Vüsal həsrətindəyəm, məni bağışla, mənə əl tut, günahdan xilas et, ibadətə həvəsləndir, Behişt qapılarını üzümə aç!


“Ya İlahi və Rəbbi və Səyyidi və Məvlayə liəyyil umuri iləykə əşku və lima minha əziccu və əbki, liəlimil-əzabi və şiddətihi, əm litulil bəlai və muddətihi, fələin səyyərtəni lil-uqubati məə ə`daikə və cəmətə bəyni və bəynə əhli bəlaikə və fərrəqtə bəyni və bəynə əhibbaikə və əvliyaikə fəhəbni ya İlahi, və Səyyidi, və Məvlayə və Rəbbi, səbərtu əla əzabikə fəkəyfə əsbiru əla firaqikə və həbni səbərtu əla hərri narikə fəkəyfə əsbiru əninnəzəri ila kəramətikə əm kəyfə əskunu finnari və rəcai əfvukə.”
(“Ey Mə`bud, ey Pərvərdigar, ey Ağa, ey Mövla! Hansı müsibətimə görə dərgahına şikayət edim, hansı çətinliyimə görə nalə çəkim? Əzab və çətinliyinə ya bəlaların uzunluğuna görə? Məni düşmənlərinlə birlikdə əzaba düçar etsən, məni əzab əhlinə qoşsan, məni aşiqlərdən ayrı salsan nə edərəm?! Ey Mə`bud, ey Ağa, ey Mövla, ey Pərvərdigar! Tutaq ki, əzabına dözdüm, bəs ayrılığına necə səbir edim? Tutaq ki, yandırıcı atəşin qabağında dayandım, bəs kəramətinə göz yummağa necə tab gətirim? Hər zaman bağışlayacağına ümid etdiyim halda atəş içində necə durum?”)
Gəl dua əlini açıb göylərə

Nalə çəkib rəhmət yağdıraq yerə.

Günaha bulanmış qəlbin şəfası

Nalədir, naləylə mümkün xilası.

Gözlərindən qanlı yaşlar axıtsan,

Dərdinin dəvası olacaq asan.

Quru gözlə döymə hacat qapısın,

Elə ağla, sanki qurulub yasın.

Bilki yanan ürək olası elçi,

Göz yaşıyla axtar şəfi bələdçi.

Vasitə seç o pak olan hüzura,

Çağır Əhli-beyti düşəndə dara.

Əvvəlcə son qoyub günah, riyaya,

İç vəhdət camından, çat o liqaya.




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin