407) Perforativ mədə xorasının dürüst kliniki əlamətləri hansıdır?
A) Hıçqırma
B) Mədə qanaxması
C) Qusma
D) Qarnın ön divarının gərginləşməsi, qara ciyər kütlüyünün itməsi
E) Tezləşmiş duru nəcis ifrazı
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
408) Bədxassəli transformasiyaya hansı xora daha tez məruz qalır?
A) Bütün göstərilən xoralar
B) 12-barmaq bağırsaq soğanağının xorası
C) Postbulbar xoralar
D) Mədənin böyük əyrilik xoraları
E) Mədənin kiçik əyrilik xoraları
Ədəbiyyat:
Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
409) Mədənin xora xəstəliyinin cərrahi müalicəsinə mütləq göstərişlərə nə aiddir?
A) Perforasiya, maliqnizasiya, rentgenoloji müayinə zamanı aşkar edilmiş dərin «taxça» simptomlu penetrasiya xorası, mədə çıxacağının dekompensə edici stenozu
B) Perforasiya, konservativ üsullarla dayanmayan qanaxma, maliqnizasiya, mədə çıxacağının dekompensə edici stenozu
C) Konservativ üsullarla dayanmayan qanaxma, maliqnizasiya, rentgenoloji müayinə zamanı aşkar edilmiş dərin «taxça» simptomlu penetrasiya xorası, mədə çıxacağının dekompensə edici stenozu
D) Perforasiya, konservativ üsullarla dayanmayan qanaxma, maliqnizasiya, rentgenoloji müayinə zamanı aşkar edilmiş dərin «taxça» simptomlu penetrasiya xorası
E) Perforasiya, konservativ üsullarla dayanmayan qanaxma, maliqnizasiya, rentgenoloji müayinə zamanı aşkar edilmiş dərin «taxça» simptomlu penetrasiya xorası, mədə çıxacağının dekompensə edici stenozu
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
Dostları ilə paylaş: |