Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


§ 14. Qiymətli kağızların tədavülü



Yüklə 0,51 Mb.
səhifə767/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   763   764   765   766   767   768   769   770   ...   904
§ 14. Qiymətli kağızların tədavülü

 

Maddə 1078-20. Qiymətli kağızlar üzrə əqdlər

 

1078-20.1. Qiymətli kağızların tədavülü yerləşdirmədən sonra qiymətli kağızlarla mülki-hüquqi əqdlərin bağlanması nəticəsində mülkiyyət hüquqlarının keçməsi və qeydiyyatı prosesidir.



1078-20.2. Qiymətli kağızlar üzrə əqdlər bu Məcəlləyə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bağlanılır və həyata keçirilir.

1078-20.3. Adlı qiymətli kağızları əldə edən şəxsin mülkiyyət hüquqları qiymətli kağızlar üzrə hüquqların ötürülməsinin qeydiyyatı ilə yaranır.

1078-20.4. Qiymətli kağızların tədavülü zamanı qiymətli kağızlarla əqdlərin bağlanması və icrasına dair bu Məcəllədə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan tələblərin pozulması aşkar edildikdə maliyyə bazarlarına nəzarət orqanı qanun pozuntusu ilə müşayiət olunan əqdlərin bağlanılmasını dayandırır və ya klirinq baş verdikdə tərəflərinin hesablarını dondurur.

1078-20.5. Qiymətli kağızların növləri üzrə alqı-satqı əqdlərinin bağlanması qaydaları bu Məcəllə və ona müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

1078-20.6. Hüquqi və fiziki şəxslərin borclarının qiymətli kağızlarla rəsmiləşdirilməsi və ödənilməsi maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir.

1078-20.7. İnvestisiya qiymətli kağızlarla əqdlər investisiya şirkəti vasitəsilə bağlanmadıqda və ya belə əqdlərdə tərəf müqabili investisiya şirkəti olmadıqda həmin əqdlər notarial qaydada təsdiq olunmalıdır.

1078-20.8. Ünvanlı satış istisna olmaqla, səhmdarların sayı əllidən artıq olan səhmdar cəmiyyətlərinin yerləşdirilmiş səhmlərlə alqı-satqı əqdləri fond birjası vasitəsilə bağlanmalıdır. Tərəfləri bir-birinə məlum olan və qabaqcadan razılaşdırılmış qiymətlə və şərtlərlə bağlanan qiymətli kağızların alğı-satqı müqaviləsi ünvanlı satış əqdidir.



1078-20.9. Veksellər, ipoteka (daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla) və girov kağızları ötürülərkən qiymətli kağızın arxa tərəfində tələbin güzəşti haqqında qeyd (indossament) etmək zəruridir. Qiymətli kağızda icra edilmiş indossament qiymətli kağızla təsdiqlənmiş bütün hüquqları o şəxsə (indossat) keçirir ki, qiymətli kağız üzrə hüquqlar ona və ya onun sərəncamı ilə verilir. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı üzrə hüquqların ötürülməsi bu Məcəllənin 996.2-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

1078-20.10. İndossament blanklı (icranın həyata keçirilməli olduğu şəxs göstərilmədən) və ya orderli (icranın həyata keçirilməli olduğu və ya əmri ilə həyata keçirilməli olduğu şəxs göstərilməklə) ola bilər. İndossament yalnız qiymətli kağızla təsdiqlənmiş hüquqları həyata keçirmək tapşırığı ilə, bu hüquqlar indossata verilmədən (təkrar tapşırılan indossament) məhdudlaşdırıla bilər. Bu halda indossat nümayəndə kimi çıxış edir.

1078-20.11. Bu Məcəllənin 996.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, indossament aşağıdakı tələblərə uyğun gəlməlidir: 

1078-20.11.1. onda indossat haqqında məlumatlar və indossantın imzası olmalıdır;

1078-20.11.2. sadə olmalı və heç nə ilə şərtlənməməlidir (indossamenti məhdudlaşdıran hər cür şərt etibarsız sayılır; qismən indossament də etibarsızdır.);

1078-20.11.3 qiymətli kağızda və ya ona əlavə edilmiş vərəqdə (əlavə vərəq) yazılmalıdır.

1078.20.12. İnsayder ticarəti və ya manipulyasiya həyata keçirilməsi nəticəsində zərər vuran şəxs zərər vurulmuş şəxs qarşısında vurduğu zərərin üç misli miqdarında məsuliyyət daşıyır.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   763   764   765   766   767   768   769   770   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin