Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Kiçik məktəblilərdə hisslərin inkişafı



Yüklə 277,04 Kb.
səhifə97/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   93   94   95   96   97   98   99   100   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

27. Kiçik məktəblilərdə hisslərin inkişafı
Plan:
1. Kiçik məktəblilərdə zehni hislərin inkişafı
2. Kiçik məktəblilərdə əxlaq hislərin inkişafı
3. Kiçik məktəblilərdə estetik hislərin inkişafı
4. Kiçik məktəblilərdə vətənpərvərlik hissinin inkişafı
5. Kiçik məktəblilərdə praksis hislərin inkişafı
Məktəbə yenicə gəlmiş uşaqlar bir sıra hissi hallar, təəssüratlar keçirirlər. Bununla yanaşı, mühitin, təlim və tərbiyənin təsiri altında uşaqlarda bir sıra müsbət hisslər yaranır. Bu cür hisslər, xüsusilə uşağın məktəbdə qazandığı müvəffəqiyyətlər, çətinlikləri aradan qaldırması və s. ilə bağlı olan razılıq hissində özünü göstərir. Təlimdə qazandığı ilk müvəffəqiyyətlər uşağın sevincinə səbəb olur. Psixoloji tədqiqatlar göstərir ki, kiçik məktəb yaşlı uşaqlarda hisslər öz davamsızlığı ilə fərqlənir. Yüksək əhval-ruhiyyə ilə çalışan uşağa təsir edən kiçik bir şey onun əhvalını tezliklə dəyişdirir.
Kiçik məktəb yaşının sonuna doğru uşaqların hissləri nisbətən davamlı xarakter daşımağa başlayır. Bu dövrdə uşaqlarda zehni hisslər də inkişaf edir. Uşaqda hər şeyi bilməyə, öyrənməyə həvəs, təlim tapşırıqlarını yerinə yetirərkən rast gəldiyi çətinliyi aradan qaldırmağa şübhə, fikri məsələni icra edərkən özündən razı qalmaq kimi hallar yaranır. Kiçik yaşlı məktəblilərdə emosiyaların inkişafı müvazinətli formaya doğru cərəyan edir. Bəzi hallarda kiçik məktəblilərin emosional müvazinətliliyi, yeniyetmələrə nisbətən, böyüklərin hisslərinə daha çox yaxınlaşmış olur. Kiçik məktəblilər öz təəssüratlarını, onları əmələ gətirən motivləri kifayət qədər anlaya bilmirlər. Lakin onlar məktəbəqədər yaşlı uşaqlardan fərqli olaraq, öz hisslərini cilovlayır, əhvallarını idarə etməyi bacarır və hətta lazım gəldikdə bəzən pərdələyə də bilirlər.
Kiçik məktəblilərdə əxlaqi hisslər daha səmərəli inkişaf edir. Bu dövrdə onlarda insanlara qayğı göstərmək, kollektivçilik, əməksevərlik kimi hisslər formalaşır. Uşaqda sevinc və narazılıq hissləri kollektiv daxilində get-gedə öz məzmun və xarakterinə görə dəyişir. Bu dəyişmə fəaliyyətin mürəkkəbləşməsi, uşağın fiziki, mənəvi aləminin inkişafı ilə əlaqədardır. Kiçik məktəblilərdə sevinc və narazılıq yoldaşların bir-birinə hörmət və etibar edib-etməməsi ilə əlaqədar olur.
Bu dövrdə uşaqda yaranan hisslər içərisində mühüm yeri uşağın sinif müəlliminə məhəbbət hissi tutur. Bu hissi məhəbbət də adlandırmaq olar. Uşağın müəllimə məhəbbəti dərin, anlaşılmaz, ülvi hissləri özündə birləşdirməklə anaya, ataya bəslədiyi hisslərə yaxın olur. Məhəbbət hissi bütün uşaqlar üçün spesifik xarakter daşımır. Çünki, onu hər müəllim uşaqlarda oyada bilmir. Müəllim bu ülvilik zirvəsinə qalxmaq üçün uşaqlarla münasibətində hər an mənəvi dəyərləri üstün tutmalıdır. Müəllim sinifdəki uşaqların hər birinin ailə vəziyyətini, kiçik məktəblilərin yaş xüsusiyyətlərini bilməli, ünsiyyət və fəaliyyət prosesində bu cəhətləri nəzərə almalıdır.
Kiçik məktəb yaşlı şagirdlərdə təsviri incəsənətin, musiqinin, nəğmənin təsiri ilə estetik hisslər də sürətlə inkişaf edir. Hətta onlar nəğmələri, musiqi əsərlərini emosional cəhətdən qiymətləndirir və ona öz münasibətlərini bildirirlər. Kiçik məktəb yaşının sonunda biz artıq estetik zövqünə, gözəlliklərə münasibətinə görə heç də yaşlılardan fərqlənməyən şəxsiyyətlə üzləşirik.
Kiçik məktəblilərdə vətənpərvərlik hissi də özünü göstərir. Kiçik məktəb yaşının sonunda uşaq artıq “Vətən” məfhumunun mahiyyətini, xüsusiyyətini dərk edir, Vətən qarşısında öz borcunu, məsuliyyətini başa düşür. Bu sahədə iş apararkən Vətən hissi uşağa mənlik şüurunun, şəxsi ləyaqət, qeyrət, özünüqiymətləndirmə və özünütəsdiqin vacib tərəfi kimi mənimsədilir. Mənlik şüurunun formalaşması mərhələsində Vətən hissi uşağın mənəvi aləmində özünə layiqli yer tapır.
Şagirdlərin hisslərinin inkişafından danışarkən praksis hissləri də qeyd etmək lazımdır. Bu hiss əmək, təlim, idman fəaliyyəti zamanı təzahür edib uşağın həyatında böyük əhəmiyyətə malik olur. Xüsusilə şagirdin təlim müvəffəqiyyəti onun müəyyən vaxtlarda keçirdiyi hisslərdən çox asılıdır. Məsələn, III sinif şagirdlərindən biri deyir: “Dərsin əvvəlində özümü inamlı apardım, ruh yüksəkliyi ilə işlədim, buna görə dərsi yaxşı mənimsədim”. Digər bir şagird isə deyir: “Mən dərsdə mürgüləyirdim, nə qədər çalışdım ki, dərsdə özümü ələ alım, mümkün olmadı, dərsi mənimsəyə bilmədim”. Çox vaxt praksis hiss şagirdin xarakter xüsusiyyəti kimi də təzahür edir. Buna görə də bəzi şagirdlər dərsdə şən, ciddi, bəziləri isə bədbin, inamsız görünürlər. Bəzi şagirdlərdə qüvvətli emosional oyanıqlıq, bəzilərində isə həddindən artıq düşkünlük, ləngimə müşahidə edilir. Müəllim təlim-tərbiyə işini düzgün qurmaq üçün hər bir şagirdin və bütün sinfin praksis hissinin inkişafını izləməli, onu təlim işinə fayda verəcək istiqamətə yönəltməlidir.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin