"Dördüncü artıq əşya hansıdır?" tapşırığını yerinə yetirməkdən istifadə etmək olar. Bu metodika psixologiya sahəsində çalışan mütəxəssislərə yaxşı məlumdur və onlar tərəfindən geniş tətbiq olunur. Bu zaman verilmiş dörd əşya (və ya onların şəkli) arasında birinin artıq olduğu bildirilir və uşaqdan tələb olunur ki, onu tapsın və götürsün. Məsələn, a).karandaş, çanta, dəftər, şlyapa şəkilləri; b).stol, stul, kitab çaynik şəkilləri və s.
Bütün bu yollarla aparılan yoxlama işi uşağın məktəbə hazırlıq səviyyəsini aşkara çıxarmağa, bu sahədə onun valideyinə və gələcək müəlliminə müvafiq məsləhətlər verməyə imkan yaradır. Bununla yanaşı olaraq həmin qeydlər uşaq üçün tərtib olunacaq psixoloji xəritənin əsasını, başlanğıcını təşkil edir.