1.Elmi aspekt 2.Tətbiqi aspekt 3.Praktik aspekt Bu aspektlərin vəhdəti məktəbə psixoloji xidmətin mövzusunu təşkil edir. Şübhəsiz vəhdətdə olan bu sahələrin hər birinin öz məqsədi və vəzifələri vardır ki, onları həyata keçirmədən psixoloji xidmətin səmərəliliyi mümkün deyildir. Həmin aspektləri qısaca nəzərdən keçirək.
Elmi aspektdə aparılan tədqiqatlar elə olmalıdır ki, onlar bu və ya digər psixoloji qanunauyğunluqları açarkən bilavasitə məktəbdə işləyən psixoloqun və müəllimlərin fəaliyyətini nəzərə almış olsun. Əldə edilmiş elmi nəticələr elə olmalıdır ki, onlar konkret məktəb şəraitinə, konkret uşaqda şəxsiyyətin formalaşdırılmasına xidmət göstərə bilsin.
Tətbiqi aspekttələb edir ki, proqram, dərslik, didaktik və metodiki materiallar hazırlayarkən psixoloji biliklərdən kifayət qədər istifadə olunsun. Bu cəhət nəzərə alındıqda, yeri gəldikcə həmin sahələrdə psixoloqların bilavasitə iştirakı səmərəli nəticə verir.
Praktik aspektməktəbə psixoloji xidməti təmin edən əsas aspektdir. Məktəbə psixoloji xidmətin həmin sahəsini bilavasitə məktəb psixoloqları həyata keçirir. Bu zaman onlar konkret problemləri həll etmək üçün ayrı-ayrı şagirdlərlə, sinif kollektivi ilə, müəllim və valideynlərlə işləməli olurlar.
Məktəb psixoloji xidmətin əsas vəzifəsi şagirdlərin təlim və tərbiyəsi sahəsindəki çətinlikləri, qüsurları aradan qaldırmaqla, məktəbdə aparılan işin səmərəliliyini yüksəltməkdə, şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə köməklik göstərməkdən ibarətdir. Məktəbə psixoloji xidmətin əsas vəzifəsinə iki istiqamət aiddir.
1.Aktual istiqamət-şagirdlərin təlim və tərbiyəsindəki çətinlikləri, onların davranışlarında, ünsiyyətlərində qüsurlarla bağlı problemlərin həllinə yönəldilmiş istiqamətdir.
2.Perspektiv istiqamət-hər bir şagirdin inkişafı, onun psixoloji hazırlığının həyata keçirilməsinə yönəldilmiş istiqamətdir.
Məktəbə psixoloji xidmətin təşkilinin sistemli xarakter daşıması üçün aşağıdakı prinsiplərə əməl edilməsi tələb olunur.