5.Əldə edilmiş nəticələr əsasında məktəb psixoloqu tərəfindən şagirdlərlə psixokorreksiya işləri aparılır.
6.İşin nəticələri barədə valideyn iclasında ümumiləşmiş məlumat verilir, eləcə də məktəbin pedaqoji şurasında müzakirə olunur.
19. Məktəbə psixoloji xidmətin əsas istiqamətləri Plan: 1. Psixoloji maarifləndirmə və psixoprofilaktika
2. Psixokonsultasiya və psixodiaqnostika
3. Psixokorreksiya və psixoloji konsilium
4. Məktəb psixoloqunun həyata keçirdiyi psixoloji yoxlamalar
Məktəbə psixoloji xidmətin əsas istiqamətlərini, sahələrini aşağıdakı şəkildə müəyyənləşdirmək olar.
1.Psixoloji maarifləndirmə
2.Psixoprofilaktika
3.Psixodiaqnostika
4.Psixokorreksiya
5.Psixokonsultasiya
6.Psixoloji konsilium
1.Psixoloji maarifləndirmə psixoloji xidmət işində məzmunca yeni bir sahə kimi meydana gəlmişdir. Psixoloji maarifləndirmə işi öz mövzusunu müəyyənləşdirərkən ümumilikdə cəmiyyətin, ayrı-ayrı insanların psixoloji maarifləndirməsini nəzərdə tutur. Bu prosesdə psixoloqlar insanlara daxili potensialını, irsi, genetik, etnopsixoloji imkanlarını aşkar etməyi və onları özünüinkişafa yönəltməyin yollarını izah edir. Psixoloji maarifləndirmədə praktik psixoloqun mühüm vəzifələrindən biri başqalarında özünə qarşı inam yaratmaqdır. Bunun üçün psixoloq insanlara hörmətlə yanaşmalı, vəziyyəti hərtərəfli təhlil etməli və obyektiv nəticə çıxarmalıdır. Həmçinin, cəmiyyətdə psixoloji xidmətin mahiyyətini aydınlaşdırmaq, nəticələr haqqında faktlarla çıxış etmək və insanlarda psixoloji mədəniyyətin yüksəldilməsinə nail olmaqdır. Psixoloji maarifləndirmə işi aşağıdakı məsələlərin həllini təmin edir.
-cəmiyyətdə sabit, etibarlı psixoloji xidmət ənənəsi yaratmaq istiqamətində maarifləndirmə işi aparmaq;
-cəmiyyəti praktik psixoloqun fəaliyyəti, vəzifələri, ilə tanış etmək;
-uşaqların psixoloji xidmətə ehtiyacının olduğunu valideynlərə izah etmək və onları inandırmaq;
-cəmiyyətdə praktik psixoloji xidmət mədəniyyəti formalaşdırmaq.