"Seqen lövhəsi" üzrə iş aparmaq olar. Bu tapşırıq bağça yaşlı uşaqlar tərəfindən asanlıqla yerinə yetirilir. O, bir növ oyun xarakteri daşımaqla uşaqların xoşuna gəlir, onları sakitləşdirir, gərginliyi aradan qaldırır. Bununla yanaşı, dərhal müvəffəqiyyət şəraiti yaradır. "Seqen lövhəsi" bir neçə topludan ibarətdir. Yoxlama zamanı həmin toplulardan ikisindən istifadə etmək olar. Birinci lövhə toplusu aşağıdakı doqquz bütöv fiqurdan (dairə, xaç, kvadrat, üçbucaq, romb, oval, trapesiya, ulduz, altıguşəli) ibarətdir. İkinci lövhə iki hissəyə bölünmüş fiqurdan (dairə, oval, altıguşəli, kvadrat, xaç) ibarətdir. Tapşırığı yerinə yetirmək üçün uşağa aşağıdakı şəkildə təlimat verilməlidir. "Bax, bu lövhədə fiqurlar var. Mən onları yerə tökəcəm, sən isə əvvəlki yerlərinə yığmalısan". Bu söz qurtaran kimi fiqurları yerə tökmək, uşağın işə başlamasını gözləmədən saniyəölçəni işə salmaq lazımdır. Əgər uşaq işə dərhal başlamırsa bunu protokolda qeyd etmək, nə qədər vaxt keçdiyini göstərmək lazımdır. Protokolda uşağın bütün hərəkətləri, fəallığı, işgüzarlığı, marağı, çətinlik çəkdikdə kimə və necə müraciət etməsi və s. qeyd edilməlidir. Burada mütləq həmin işə nə qədər vaxt sərf olunduğu qeyd edilməlidir. Bununla həmin uşağın fərdi tempini müəyyənləşdirmək olar. Həmin yaş dövründə birinci lövhə üzrə işin orta vaxt göstəricisi 30-35 saniyə, ikinci lövhə üzrə bir dəqiqə təşkil edir. Tapşırığı yerinə yetirərkən uşaq çətinlik çəkərsə, psixoloq həmin çətinliyin nədən ibarət olduğunu, uşağın buna necə münasibət bəslədiyini, onu aradan qaldırmağa necə cəhd göstərdiyini protokola qeyd etməlidir. Uşağa necə hərəkət etmək lazım gəldiyini dərhal bildirmək lazım deyildir. Ona birinci növbədə imkan yaratmaq lazımdır ki, özü çətinliyi aradan qaldırsın. Çətinliyin mürəkkəb xarakter daşıdığını hiss etdikdə uşağın köməyinə gəlmək lazımdır.
"Seqen lövhəsi"ndən sonra uşaqlara N.A.Brenşteynin "ardıcıl hadisələr" tapşırığını vermək olar. Bunun üçün "Canavarlar" seriyasından ibarət beş süjetli şəkildən istifadə etmək olar. Həmin şəkillərin məzmunu aşağıdakı kimidir: birinci şəkildə əlində çanta tutmuş gülərüz bir oğlan uşağı qarla örtülmüş meşə yolu ilə gedir. İkinci şəkildə çox qorxmuş halda həmin uşaq əlində çanta meşə ilə qaçır. Üçüncü şəkildə ağaca dırmaşan uşaq görünür. Onun çantası ağacın altında görünür. Dördüncü şəkildə ağacın altında uşağın çantası və ətrafa səpələnmiş kitab dəftərlər görünür. Ağacın dövrəsində üç canavar dayanmışdır. Beşinci şəkildə ağacdan aşağı düşmək istəyən uşaq və ona aşağıdan kömək edən saqqallı kişi görünür.
Şəkillər uşağa ardıcıl deyil, qarışıq verilir. Şəkilləri uşağa verdikdən sonra psixoloq daha onun işinə qarışmır, uşağın hər bir hərəkətini, emosional vəziyyətini protokola daxil edir. Əgər uşaq süjeti düzgün tərtib etməyibsə, onu yerinə yetirdiyi işə görə tərifləmək, sonra köməkçi suallar vasitəsilə ardıcıllığı düzgün başa düşməsinə nail olmaq lazımdır.
Nəhayət, “məktəbə hazırlığın diaqnostikasını” vermək üçün