Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə150/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   146   147   148   149   150   151   152   153   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

2.Psixoprofilaktika məktəb təlimi prosesində uşaqların psixi inkişafında baş verə biləcək qüsurların qarşısını almaq məqsədilə nəzarətin təşkilindən ibarətdir. Müəllimlə birlikdə psixoloq şagirdin əqli inkişafında müəyyən qüsurları aşkara çıxarır və müvafiq tədbirləri həyata keçirir. Bu zaman uşağın keçid mərhələləri üzərində nəzarətə xüsusi yer verilir. Məktəb psixoloqu uşaqların birinci sinifə qəbulunda iştirak etməli, onların məktəbə emosional-iradi cəhətdən hazırlığına xüsusi diqqət yetirməlidir. Psixoprofilaktika aşağıdakı vəzifələri həyata keçirir.
-insanlara fiziki və ruhi bədən arasındakı əlaqələri izah etmək;
-ruhi bədənin profilaktikasının zəruriliyini aydınlaşdırmaq;
-psixikada yaranan problemlərin səbəblərini açıqlamaqla onun profilaktikasını aparmaq;
-psixoloji problemlərin insan həyatında yarada biləcəyi çətinliklərin həlli yollarını onlara göstərmək və s.
3.Psixodiaqnostika praktik psixoloqun fəaliyyətində mühüm əhəmiyyət kəsb edir. Diaqnostika yunan sözü olub “müəyyən edən” mənasını ifadə edir. Diaqnostika-psixikanın hər hansı bir keyfiyyətinin tədqiqi məqsədilə tətbiq olunan metodlar toplusudur. Diaqnostikanın əsas üstün cəhətləri ondan ibarətdir ki, psixoloqun köməyi ilə şagirdlərin həm əqli, həm də şəxsi imkanları aşkara çıxarılır. Diaqnostika işində yalnız şagirdlərin deyil, həm də yaşlıların (valideyn, tərbiyəçi, müəllim) diaqnozlaşdırılması lazım gəlir. Bu isə praktik psixoloqdan daha əhatəli praktik hazırlıq tələb edir. Psixoloq düzgün sual verməyi, lazımi məlumatı əldə etməyi, təhlil etməyi və zəruri nəticəyə gəlməyi bacarmalıdır. Diaqnostika prosesində psixoloq tərəfindən aşağıdakı ardıcıllıq gözlənilir.
-tədqiq edəcəyi obyektlə tanış olmalı;
-ona yanaşmanın yollarını müəyyənləşdirməli;
-son mərhələdə psixodiaqnostik metodu seçməlidir.
4.Psixokorreksiya psixoloq tərəfindən psixoloji baxımdan sağlam olan insanın psixoloji vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş, onun psixikasında və davranışındakı problem və çatışmazlıqların aradan qaldırılması məqsədilə tətbiq edilən psixoloji metodlar toplusudur. Korreksiya latın sözü olub “düzəliş, müəyyən düzəlmə, dəyişmə” mənalarını ifadə edir. Psixokorreksiya insanın psixikasındakı ləngimələrin kompensasiyası və düzəldilməsinə yönəldilmiş məqsədyönlü, inkişafetdirici psixoloji-pedaqoji təsirdir. Psixokorreksiya ondan ibarətdir ki, psixoloq aşkara çıxarılmış çətinlikləri aradan qaldırmaq üzrə iş aparır. Burada həm şagirdlərin əqli inkişafında, həm də şagirdlərin həmyaşıdları və yaşlılar ilə qarşılıqlı münasibətlərində özünü göstərən qüsurların aradan qaldırılması zəruridir. Korreksiya zamanı psixoloqdan aşağıdakılar tələb olunur.
-praktik psixoloji xidmət təcrübəsi;
-insanlarla işləmək marağının, qabiliyyətinin olması;
-yaş mərhələlərinin xüsusiyyətlərini bilmək;
-təlim-tərbiyənin metod və vasitələrinə bələdləşmə bacarığı və s.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin