Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Adekvat özünüqiymətləndirmə



Yüklə 277,04 Kb.
səhifə102/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   98   99   100   101   102   103   104   105   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.Adekvat özünüqiymətləndirmə-şagird özünün ayrı-ayrı keyfiyyətlərini əsasən düzgün qiymətləndirir.
2.Qeyri-adekvat yuxarı qiymət-şagird özünün ayrı-ayrı keyfiyyətlərini olduğundan yüksək qiymətləndirir.
3.Qeyri-adekvat aşağı qiymət-şagird özünün ayrı-ayrı keyfiyyətlərini layiq olduğundan aşağı qiymətləndirir.
Əgər şagird özünə adekvat qiymət verirsə, onu daha da möhkəmləndirmək lazımdır. Şagirdin özünə qeyri-adekvat qiymət verməsini şərtləndirən amilləri müəyyənləşdirmək və aradan qaldırmaq lazımdır. Ailənin tipi, ailə münasibətlərinin xarakteri, tərbiyə üsulu, şagirdin sinifdə mövqeyi-bunların hamısı özünüqiymətləndirməyə mühüm təsir göstərir və onun adekvatlıq dərəcəsini müəyyən edir.
Yeniyetmənin özü, öz imkanları haqqında təsəvvürləri yüksək iddia fonunda təşəkkül tapır. Yüksək özünüqiymətləndirmə ilə kollektivdə, ailədə və yoldaşları arasında onun real mövqeyi uyğun gəlmədikdə, mənəviyyatı və heysiyyatı təhqir olunduqda yeniyetmə ilə ətrafdakılar arasında münaqişələr yaranır. Mənlik şüurunun mühüm bir cəhəti kimi cinsi mənlik şüuru da təşəkkül tapır. Onun iki əsas forması vardır.
1.Konstant cinsi mənlik şüuru-bütün cinsi davranış aktlarında iştirak edir, cinsi davranışa nəzarət funksiyasını yerinə yetirir.
2.Konseptual cinsi mənlik şüuru-əsasən stress şəraitində, şəxsiyyət üçün bu və ya digər şəraitdə mühüm məna kəsb edən, ümumiyyətlə həyati əhəmiyyətə malik olan problemləri həll etmək zərurəti meydana çıxdıqda aktivləşir.
Yeniyetmənin şəxsiyyətində mühüm yer tutan psixi keyfiyyətlərdən biri kimi əxlaqi şüur vasitəsilə uşaqlar etik anlayışlara və təsəvvürlərə yiyələnir, başqalarının rəftar və davranışını əxlaqi etalonlarla müqayisə etməyi bacarırlar. Şərəf, ləyaqət, təvazökarlıq, iftixar, ciddilik, təkidlilik, səmimiyyət və s. kimi mücərrəd etik anlayışları onlar düzgün mənalandıra bilirlər. Məsələn, təkidlilik odur ki, adam öz üzərinə ən çətin işlər götürür, işi axıra çatdırır, çətinlikdən qorxmur, yaxud təvazökarlıq-geyimdə, danışıqda, davranışda və bu kimi məsələlərdə təbii görünməkdir.
Yeniyetmənin öz davranış və rəftar xüsusiyyətlərini, şəxsiyyətin digər əlamətlərini dərk etməsi psixi keyfiyyət olaraq qalmır. Bu sahədə özünüdərketmə şagirdə öz şəxsiyyətindəki, davranışındakı qüsurları aradan qaldırmaq, müsbət keyfiyyətləri inkişaf etdirmək imkanı verir. Ona görə də müəllim və valideynlər yeniyetmələrin özünüqiymətləndirməsinə, özünüdərketməsinə lazımi şərait yaratmalı, onlarda özünütərbiyə tələbatının formalaşmasının qayğısına qalmalıdırlar.


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin