4. Mərasim davranışı. Heydər Əliyevin mərasim mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən biri də onun göstərdiyi şəxsi davranış nümunəsidir. Onun mərasim hərəkətləri, yerişi, duruşu, mimikası, jestləri, çıxışı, nitqi, söylədiyi hər kəlmə nümunəvidir, böyük və zəngin bir məktəbdir. Bu, bizim mərasim mədəniyyəti tariximizdə ən parlaq səhifəni təşkil edir. Müstəqil dövlətçilik mədəniyyətinin mərasimi əsaslarının formalaşmasında Heydər Əliyevin misilsiz xidmətləri vardır. Rəsmi dövlət mərasimlərinin təşkili ilə yanaşı bu mərasimdə iştirakın ən mükəmməl rəsmi nümunəsini göstərən Heydər Əliyev əslində yeni dövr dövlət mərasim mədəniyyətimizin əsaslarını müəyyənləşdirdi.
Ümummilli Liderin müxtəlif mərasimlərdə, görüşlərdə və başqa tədbirlərdə etdiyi çıxışları, söylədiyi nitqləri, verdiyi fərmanlar və göstərişlər üzərində müşahidələrdən aydın olur ki, bu böyük şəxsiyyətin milli-mənəvi quruculuq siyasəti mükəmməl konseptual əsaslara malikdir; onun strategiyası və taktikası mövcuddur. Onun milli-mənəvi quruculuq siyasəti azərbaycançılıq ideologiyasına əsaslanır. Azərbaycan vətəndir və bizi birləşdirən müqəddəs dəyərdir. Heydər Əliyev milli ideologiyamızın təməl prinsiplərinə milli-mənəvi dəyərlərimizi, o sıradan adət və ənənələrimizi də aid edirdi. Milli adətlərə, mərasimlərə və dini bayramlara da çox diqqətlə yanaşan Ulu Öndər Qurban bayramı haqqındakı mülahizələrini belə aydınlaşdırırdı:
“Qurban bayramı İslam aləminin bizə yadigar qoyduğu müqəddəs bayramdır. Bu bayramı dünyada bütün müsəlmanlar qeyd edirlər. İndi biz milli ənənələrimizi, adətlərimizi, dinimizi, mədəniyyətimizi bərpa etmişik. Azərbaycan xalqı milli azadlığa nail olub, özü öz taleyinin sahibidir. Ulu babalardan, Həzrəti Məhəmməd peyğəmbərdən qalmış müqəddəs kitabımız “Qurani-Kərim” tərəfindən tövsiyə olunmuş Qurban bayramını azad və sərbəst şəraitdə qeyd edirik və beləliklə, Azərbaycan xalqının həm müstəqilliyini, həm milli azadlığını, həm də öz tarixi ənənələrinə sadiq olduğunu bütün dünyaya bir daha nümayiş etdiririk”. Bu nümunədə Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə, adət və ənənələrimizə, bayramlarımıza və bütün mərasimlərimizə verdiyi önəm aydın şəkildə ifadə olunmuşdur. Burada bizim mərasim mədəniyyətinin perspektivləri üçün zəruri müddəalar da öz əksini tapmışdır. Bu sahədəki mədəniyyətimizin strateji inkişaf istiqamətləri həmin müddəaların fəlsəfi əsaslarını müəyyənləşdirən yuxarıdakı fikirlərdə ifadə olunmuşdur. Çünki bu nümunələrdə məsələyə Heydər Əliyev baxışı, Ulu Öndər yanaşması vardır və bu bizim milli-mənəvi inkişaf konsepsiyamızın strateji əsaslarını təşkil edir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan mərasim mədəniyyəti tarixindəki xidmətləri misilsizdir. Onun bərpa etdiyi, inkişaf etdirdiyi, təşkil etdiyi və yaratdığı mərasimlər xalqımızın həyatında ənənə şəklində yaşamaqdadır. Heydər Əliyev siyasi kursunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev Ulu Öndərin bu istiqamətdəki quruculuq fəaliyyətini davam və inkişaf etdirməkdədir. Milli bayram mərasimlərinin təşkili, təntənənin miqyasının və bayram tətillərinin genişləndirilməsi bu sahədə aparılan mədəni quruculuq işinin uğurlu davamı kimi böyük mədəni və mənəvi dəyər daşımaqdadır.
Dostları ilə paylaş: |