Ümummilli Lider


c) Sosial-mədəni kimliyin strukturu



Yüklə 0,72 Mb.
səhifə17/36
tarix03.01.2022
ölçüsü0,72 Mb.
#46949
1   ...   13   14   15   16   17   18   19   20   ...   36
c) Sosial-mədəni kimliyin strukturu

Bu gün Azərbaycanda xalq ədəbiyyatı və inanclarının toplanması, təsnif edilməsi, araşdırılması və mənşəyinin öy­rənilməsi mədəni zənginliylimizi ortaya çıxarmaq və bu zən­ginliyi qorumaq məqsədi daşıyır. Qloballaşan (kürəsəlləşən) dünyada qlobal siyasət inkişaf etməkdə olan ölkələrdə çox mədəniyyətlilik, mozaiklik, etnik problemlərin şişirdilməsi kimi bölücülük siyasəti yeridir, milli kimliyi mikro kimlik­lərə parçalamağa çalışır. Qlobal siyasətdə əsas məqsəd ölkə daxilində kiçik etnik qrupların mədəniy­yət­lərinin də önəm­li ölçüdə rol oynaması düşüncəsini önə çıxarmaqdır. Ancaq nəzərə alınmalıdır ki, ölkədə (konkret olaraq Azərbaycanda) yaşayan hər kəsin haqqı bərabər oldu­ğu üçün onların bir-birindən fərqli mədəniy­yət­ləri də yox­dur. Tək bir mədə­niy­yət, tək bir kimlik vardır. Azərbaycan mədəniyyəti, Azər­bay­­can kimliyi. Sadəcə olaraq Azərbaycan milli mədəniy­yəti, milli kimliyi bu torpaqlarda yaşayan hər kəsin iştirakı ilə daha da zəngin­ləş­mişdir. Etnik qruplar – talışlar, ləzgilər, tatlar, kürdlər, avarlar, ingiloylar və b. vahid mədəni kim­li­yin yaranmasında fəal iştirak etmiş­lər. Yeri gəlmişkən qeyd edək ki, milli kimliyin formalaşmasında etnik fərqliliklə bə­rabər, yaş, məslək, inanc, coğrafi bölgə, cinsiy­yət fərqi də önəmli rol oynayır.

Milli mədəniyyətin çox çeşidliliyinin özü bir zənginlik­dir. Bu isə çox mədəniyyətlilik deyil, milli mədəniyyətin çox­laylılığıdır. Belə ki, bölgələrdə doğum, evlənmə, ölüm mə­ra­sim­lərinin eyni olduğu, yemək mədəniyyətinin bir-biri­ni tamamladığı, inanclarımızın ortaq olduğu, xalq ədə­biyyatı növlərinin yalnız dil və bölgə özəllikli fərqdən ibarət olduğu tədqiqat nəticəsində materiallarla və elmi faktlarla təsdiqini tapmışdır.

Bu gün model olaraq qəbul etdiyimiz Avropa dövlət­lə­rinin hər biri müxtəlif qəbilələr və bu qəbilələrin mədəniy­yət­ləri əsasında yaransa da, birləşmə və bütövləşmə göstə­rərək ingilis, alman, italyan, fransız milli kimliklərini forma­laş­dır­mışlar. Məsələn, fransız milləti və fransız mədə­niy­yəti kelt, bask, yunan, latın, iber, flamand, provans kimi qəbilə­lər­dən və onların mədəniyyətlərindən yaransa da, tək bir millətdən bəhs etməkdə və hətta daha da irəli gedərək digər Avropa Birliyi üzvləri kimi, Avropa milləti yaratmaq üçün səy göstərməkdədir. Bu mənada Qərb dünyası etnik qrup­ların ayrı bir folklor və mədəniyyətinin mövcudlu­ğun­dan de­yil, onların folklor və ümummədəniyyət material­ları­nın bəzi özünəməxsus xüsusiyyətlər daşıma­sından söz aç­maq­dadır. Folklo­run öz mahiyyəti də əslində milliliyə, bütövlüyə işarə etməkdədir. Buna baxmayaraq, Avropa bizə etnik strukturu qabartmağı və bu baxımdan da yeni alt kim­liklər və yeni mədəniyyətlər yaratmağı təklif edir.

Hər halda, toplama nəticəsində əldə edilən folklor ma­te­rialları bizim kim olduğumuzu göstərməklə bərabər, zəif və üstün tərəflərimizi, psixologiyamızı, zövq və düşüncəmizi də açmağa xidmət edir. Bu materiallar incələnməklə mədəni kim­liyimizin pasportu rolunda çıxış edə bilər. Təbii ki, mə­də­ni kimlik bütövlükdə milli kimliyin təyinedici vasitəsi­dir və buna doğru gedən yol folklordan keçir. Ona görə də folklor materiallarının araşdırılması ilə antropoloji, etnoloji, sosioloji, politoloji elmlər birgə məşğul olmalıdır. Folklor elmi milli mədəniyyətin çoxfunksiyalılığını göstər­mək­lə tək­başına istə­ni­lən nəticəyə gələ bilməz. Lazımi elmlərin vasitə­silə sözlü (şifahi) mədəniyyətin funksiyasına uy­ğun etnoqrafik mate­rialları araşdırmaq daha asan olacaqdır.

Folklor materiallarını toplama bir daha sübut etdi ki, sözlü mədəniyyətin bilicilərinin söylədikləri klassik mənada folklor janrlarından çoxu artıq gündəlik icra fəaliyyə­tin­dən çıxmışdır. Ona görə də xatırlama və danışma söyləyicilər üçün asan olmayan bir prosesdir. Bu da azmış kimi, istər ata­lar sözləri, istər ənənəvi inanc mətnləri, istər mənkabə, is­tərsə də nağıl və ya əfsanə olsun, bunlar təbii icra mühit­lə­rin­dən qopuq, mifoloji bilgilərdən yoxsul bir şəkildə söylən­məkdədir. Qısası, şifahi ənənə inkişaf edən texno­logiya mü­hitində sürətlə ifadan çıxmaqda, unudul­maq­da, tarixə qarış­maqdadır. Toplanan folklor janrları da har­dasa tarixi şərai­tindən, təbii vəziyyətindən qopmuşdur. Söylə­mə vasitələri dediyimiz səs, mimika, əl-qol hərəkətləri, replikalar, ara cüm­­lələr və s. də süni icra mühitində, təbiilik­dən uzaq şəkil­də yazıya alındığından sözlü mədəniyyətin yalnız mətn ağır­lıqlı araşdırılmasına ehtiyac duyulmaqdadır. Mətnlə bərabər­hüquqlu olaraq, həmin mətnin formalaşdığı mühit də nəzərə alınmalı, araşdırma bu istiqamətdə aparıl­malı, mədəni kimli­yin qurulma mexanizmini açmağa xidmət etməlidir.

Şifahi mədəniyyətimizin yerini elektronik mü­hitdə ye­ni-yeni ünsürlər tutmaqdadır və bu ünsürlərin kollek­tiv ya­şama nə kimi təsir göstərdiyi, bizə və mədəniyyətimizə necə nəzarət etdiyi indilik tam aydın deyildir.

Dillərin və mədəniyyətlərin birləşdiyi, çarpazlaşdığı və bir mədəniyyət, bir millət formalaşdığı nöqtədə bəzi adamlar tərəfindən tez-tez vurğulanan fərqliliklər əslində vahid mə­də­niyyətin, vahid mədəni və milli kimliyin məhək daşla­rıdır. Fərqlilik istər dil baxımından, istərsə də coğrafi mühit baxı­mından hər zaman olmuşdur və olması da təbii­dir. Ancaq mayasında birləşdirici, bütövləşdirici Azərbaycan mədə­niy­yəti olduğundan şifahi ənənə, ənənəvi inanc sistemi, yaşama baxış fərqli olmayacaqdır.



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin